1. 577 dəfə oxunub ,   0 şərh   Çap et

Doğruluq və istiqamət

فَاسْتَقِمْ كَمَا اُمِرْتَ وَمَنْ تَابَ مَعَكَ وَلَا تَطْغَوْا إِنَّهُ بِمَا تَعْمَلُونَ بَص۪يرٌ

(Ya Rəsulum!) Sənə əmr edildiyi kimi, düz (yolda) ol. Səninlə birlikdə iman gətirənlər (tövbə edib ardınca gedənlər) də düz (yolda) olsunlar. (Allahın əmrlərini pozub) həddi aşmayın, çünki O, sizin nə etdiklərinizi görür! {“Hud” surəsi, 11/112}

إِنَّ الَّذ۪ينَ قَالُوا رَبُّنَا اللّٰهُ ثُمَّ اسْتَقَامُوا تَتَنَزَّلُ عَلَيْهِمُ الْمَلٓئِكَةُ اَلاَّ تَخَافُوا وَلَا تَحْزَنُوا وَاَبْشِرُوا بِالْجَنَّةِ الَّت۪ي كُنْتُمْ تُوعَدُونَ

نَحْنُ اَوْلِيَآؤُكُمْ فِي الْحَيَوةِ الدُّنْيَا وَف۪ي اْلَاخِرَةِ وَلَكُمْ فِيهَا مَاتَشْتَه۪ي اَنْفُسُكُمْ وَلَكُمْ فِيهَا مَاتَدَّعُونَ نُزُلاً مِنْ غَفُورٍ رَح۪يمٍ

Şübhəsiz, mələklər “Rəbbimiz Allahdır!” – deyən, sonra da (sözünə) sadiq olan kəslərin (ölüm ayağında) yanına enib (belə deyəcəklər): “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!  Biz dünyada da, axirətdə də sizin dostlarınızıq. Orada (Cənnətdə) sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır!” {“Fussilət” surəsi, 41/30-32}

إِنَّ الَّذ۪ينَ قَالُوا رَبُّنَا اللّٰهُ ثُمَّ اسْتَقَامُوا فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ اُولٓئِكَ اَصْحَابُ الْجَنَّةِ خَالِد۪ينَ فِيهَا جَزَآءً بِمَا كاَنُوا يَعْمَلُونَ

Şübhəsiz: “Rəbbimiz Allahdır!”–deyənlərin, sonra da (sözünün üstündə) möhkəm duranların (Qiyamət günü) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməyəcəklər! Belələri cənnətlikdir, onlar (dünyada) etdikləri (yaxşı) əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar! {“Əhqaf” surəsi, 46/13-14}

  عَنْ سُفْيَانَ بْنِ عَبْدِ اللّٰهِ  قَالَ: قُلْتُ: يَا رَسُولَ اللّٰهِ قُلْ ل۪ي فِي الْإِسْلَامِ قَوْلاً لَا أَسْأَلُ عَنْهُ أَحَدًا غَيْرَكَ. قَالَ: «قُلْ آمَنْتُ بِاللّٰهِ ثُمَّ اسْتَقِمْ»

Sufyan ibn Abdullah (r.a.) nəql edir:

“Mən: “Ey Allahın Rəsulu! Mənə İslam haqqında elə bir söz de ki, ondan sonra Səndən qeyrisindən bir şey soruşmayım,” – deyə rica etdim. Allah Rəsulu (s.ə.s.) belə buyurdu: “Allaha iman etdim” de, sonra da bu imanın tələbini yerinə yetir – doğru-dürüst ol!” [Müslim, İman 62]

 عَنْ أَب۪ي هُرَيْرَةَ  قَالَ قَالَ رَسُولُ اللّٰهِ: «قَارِبُوا وَسَدِّدُوا وَاعْلَمُوا أَنَّهُ لَنْ يَنْجُوَ أَحَدٌ مِنْكُمْ بِعَمَلِهِ» قَالُوا: وَلَا أَنْتَ يَا رَسُولَ اللّٰهِ؟ قَالَ: «وَلَا أَنَا إِلَّا أَنْ يَتَغَمَّدَنِيَ اللّٰهُ بِرَحْمَةٍ مِنْهُ وَفَضْلٍ»

Əbu Hureyrə (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql edir:

“İşlərinizdə orta yolu (nə təfrit, nə də ifrat) tutun, doğru-dürüst olun və yaxşı bilin ki, heç biriniz təkcə əməli ilə qurtula bilməz”. Səhabələr soruşdu: “Sən də qurtula bilməzsən, ey Allahın Elçisi?” Peyğəmbərimiz (s.ə.s.): “Allah məni mərhəmət və kərəmi ilə əhatə etməsə, mən də qurtula bilmərəm,” – deyə cavab verdi. [Müslim, Sifət əl-Munafiqin 76]




Şərh yaz