3. 263 dəfə oxunub ,   0 şərh   Çap et

Su ilə üzü, qolları, ayaqları yumaq və başı məsh etməkdən ibarət olan xüsusi təmizliyə dəstəmaz deyilir. Hz. Peyğəmbərin (s.ə.s) dəstəmaz almadan heç bir iş görmədiyi nəql edilir.[1]

Dəstəmaz alarkən istifadə edilən su maneəsiz olaraq dəstamaz üzvlərinə təmas etməlidir.

Dəstəmaz pozan hallar olmamalıdır. Sidik damcılarının və qanaxmanın dayanması, qadınlarda heyz və nifas halının tamamlanması lazımdır. Bədəndən xaric olan məzi və vədi kimi axıntıların kəsilməsi üçün bir az gözlənilməlidir. Axıntı tam kəsilmədən alınan dəstəmaz səhih olmaz, çünki axıntının gəlməsi ilə pozular. Bunun üçün barmaqlarla kişi cinsiyyət orqanı sığanmalı, bir müddət yürüməli və ya hərəkət edilməlidir.

Dəstəmaz almadan bir müddət gözləməyə istibra deyilir.[2] Bu haqda Allah Rəsulu (s.ə.s) “Sidikdən qorunun. Çünkü qəbir əzabının əzabının çoxu ondandır.[3]” −  buyurur.

Üzrlü şəxslər isə bundan istisnadırlar. Yaradan qan axması, sidiyi saxlaya bilməmək, ishaldan qaynaqlanan yellənmə kimi narahatlıqları olan şəxslər üzrlü hesab olunurlar. Ancaq qanayan yarası olduğu üçün üzrlü olan şəxslər də istibraya diqqət yetirmələlidirlər.


[1] Elmalılı Hamdi Yazır, Hakk Dini Kuran Dili, II, 1583. 
[2] İbn Abidin, Rəddul-muxtar, I, 344-345
[3] Buxari, Vudu 55; İbn Macə, Təharət 26; Nəsai, Səhv, 88.



Bənzər məqalələr

Dəstəmaz

Dəstəmaz nədir? Dəstəmazın növləri hansılardır? Dəstəmazın fərzləri və sünnələri, Dəstəmaz necə alınır? Dəstəmazı pozan hallar hansılardır? Üzrlü şəxs necə dəstəmaz almalıdır.

Niyyət etməyi və Bismillah deməyi unutmaq

Dəstəmaz və qüsl almağa başlayarkən niyyət etmək və Bismillah deməyin hökmü sünnədir. Niyyət etmədən və Bismillah demədən alınan qüsl və dəstəmaz səhih olar. Unudularsa sünnət savabından məhrum qalmış olarıq.

Nəcasət dəstəmazı pozur?

Uşağın bezini dəyişdirərkən əlimizə dəyən nəcasət dəstəmazı pozurmu? Dəstəmazı pozan hallar insanın şəxsiylə əlaqədar bir məsələdir. Kənardan bulaşan bir nəcasət həmin şəxsin dəstəmazına bir ziyan verməz.

Dəstəmazın fərzləri

“Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı başınızı məhs edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun…”

Dəstəmazın növləri

Su ilə üzü, qolları, ayaqları yumaq və başı məsh etməkdən ibarət olan xüsusi təmizliyə dəstəmaz deyilir. Dəstəmaz hökm və dərəcəsinə görə üç yerə ayrılır: fərz, vacib və məndub.


Şərh yaz