Cümə günü Müsəlmanların bayram günüdür. Orucu bu günə xas edərək tutmaq Əfəndimiz (əleyhissalətu vəssələm) tərəfindən qadağan edilmişdir. Bir hədislərində Peyğəmbər Əfəndimiz: “Gecələr arasında yalnız cümə gecəsini ibadətə təsis etməyin, yenə günlər arasında oruc tutmaq üçün yalnız cümə gününü təsis etməyin. Ancaq sizdən biri adəti olan bir oruc tutursa bu müstəsnadır.” buyurmuşdur.
Fitrə, ramazan ayının sonunda nisab miqdarı mala malik müsəlmanların verməklə mükəlləf olduqları vacib sədəqədir.
Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.
Mədəyə su, qan və s. getməmək şərtilə dişə qoyulan plomb orucu pozmur. Maye getdiyi təqdirdə oruc pozulur və qəza edilməlidir.
Siqaret və qəlyan çəkmək orucu pozur. Həmin oruca qəza və kəffarə gərəkir. Başqasının çəkdiyi siqaret tüstüsünü bilərək ciyərlərinə çəkən şəxsin də orucu pozulur.
İslam oruc tuta bilməyəcək dərəcədə yaşlı olanları tuta bilmədikləri hər gün üçün bir kasıbı doyurmaq şərti ilə bu ibadətdən azad etmişdir.