2. 940 dəfə oxunub ,   0 şərh   Çap et

İmkan dəlilinin məqsədi “Vacib”in mövcudluğunu isbat etməkdir. Vacib “varlığı özündən olub, başqasına möhtac olmayan” deməkdir. Vacibin əksi “mümkün”dür. Mümkün “var olmaq üçün başqasına möhtac olan” mənasını verir. Kainat bir hissəsi duyğu orqanları ilə dərk olunan, digər hissəsi isə başqa vasitələrlə müəyyən edilən canlı-cansız varlıqlardan ibarətdir. Bu varlıqlar ya vacibdir, ya da mümkündür. Müşahidə edilən bütün varlıqlar imkan (başqasına möhtac olma) xüsusiyyətinə malik olduğuna görə təbiəti təşkil edən digər parçalar da eyni xüsusiyyətlər daşıyır. Demək, təbiət “mümkün”dür. Elə isə ona can verən, ancaq “mümkün” olmayan bir səbəb vardır ki, o da varlığı mütləq olan Allahdır.

Öləni öldürənsiz, sənəti sənətkarsız, uşağı atasız təsəvvür etmək qeyri-mümkündür. Kainatın “mümkün”lüyü də onun vacib bir varlığın əsəri olduğunu göstərir.

Hal-hazırda gözlə görünən heç bir şeyin vücudu özündən deyil. Çünki heç bir fani varlıq öz vücudunun ölüb getməsinin qarşısını ala bilmir. Daşıdığı xüsusiyyətlər də onun mahiyyətindən və özündən qaynaqlanmır. Belə ki, onların da yox olub getməsinə mane ola bilmir. Yəni hər bir fani varlıq zati və vacib bir vücuda deyil, mümkün vücuda malikdir. Və o mövcudatın vücudunda, yəni malik olduğu bütün xüsusiyyətlərdə, mövcud kimi varlığını davam etdirdiyi hər bir anda (bir halda ki, bu, mümkündür) sonsuz cəhətlər çərçivəsində var olması imkan daxilindədir. Bir varlığın hər bir xüsusiyyəti də onun özünə məxsus tərzdə verilir. O, var edildiyi müddətdə hər an dəyişən xüsusiyyət və halları da özünə xas şəkildə olur. Deməli, bu xüsusiyyətləri məxsusi şəkildə verən Zat ilahi iradəsi ilə və müəyyən bir hikmətə binaən yoxdan var etməsi ilə fani varlıqları saysız-hesabsız yollar arasında hikmətli bir yola sövq edir, ona müntəzəm şəkildə xüsusiyyət və hallar əta edir.

Kainatın varlığının mütləq olmadığını, başqa sözlə, özündən və öz-özünə var olmadığını isbat etmək mümkündür. Əslində, aləm deyəndə atomlar, amöblər (birhüceyrəli canlılar) kimi bir-birindən asılı olmayan varlıqlar başa düşülür. Halbuki bunların heç birinin varlığı özündən deyildir, yəni onlar mahiyyətcə varlıq səbəbinə malik deyillər. Çünki bunların hamısı bir-birindən asılıdırlar və bir-biri ilə şərtləndirilirlər. Bir-birindən asılı olan varlıqların mövcudluğu heç bir halda mütləq ola bilməz. Əgər bunların varlığı mütləq olsa idi, bir-birindən asılı olmazdılar, biri digəri ilə şərtlənməzdi. Çünki mütləq varlığa malik olmaq öz-özünə var olmaq və öz varlığından başqa heç bir şeylə bağlı olmamaq deməkdir. Madam ki, aləm mütləq olmayan varlıqlardan ibarətdir, o zaman kainatın varlığı da mütləq deyildir, yəni mümkündür. Kainat “mümkün” olduqdan sonra yoxluqdan varlıq aləminə çıxmaq üçün bir mübdiyə (yaradıcıya) ehtiyacının olması normal haldır. Bu mübdi isə Allahdır.

Bir kənd başçısız deyilsə, hadisələrin son dərəcə nizamla cərəyan etdiyi bu kainatın yaradansız olması nə qədər ağlabatandır?! Bir iynə ustasız olmadığı halda kainatda milyardlarla planet, dağ, dəniz, ağac, bitki, heyvan və insanın yaradansız olması mümkünmü? Şübhəsiz ki, bütün bunları yoxdan var edən bir Yaradan vardır və o yaradan da Allah-Təaladır.




Bənzər məqalələr

Allahın varlığı haqda 2 sual

1. Deyirlər ki, hər şeyi yaradan Allahdır. Elə isə, bəs Allahı kim yaradıb?
2. İndi ki, Allah bizə bu qədər yaxındır, bizi yaradandır, bizim nə düşündüyümüzü, nə etdiyimizi bilir, o zaman nə üçün biz Allahı görmürük?

Allahın varlığının dəlilləri 1

Məqalə Allahın varlığının kainat, iradə, hüdus, intizam, elm, sənət, hikmət, məqsəd, şəfqət, mərhəmət və ruzi, yardımlaşma, təmizlik, simalar, ilahi sövq, çoxçeşidlilik (tənəvvüat) dəlilləri haqdadır.

Dünya malından üz çevirmək

Allah-Təala dünya nemətlərini verir və onlardan necə istifadə etməyimizə, işlədiyimiz əməllərə baxır. Hər kəs Allahın verdiyi və ya vermədiyi şeylərlə imtahan olunur. Zəngin əlində olan nemətlərlə, yoxsul da yoxluqla imtahana çəkilir. Kimisi sağlamlıq və gözəlliklə, kimisi də xəstəliklə imtahan olunur.

Elm Allahı bilməkdir

Elm “oxumaqla əldə edilən bilik, məlumat” mənasındadır. Lüğətlərə nəzər saldıqda elm sözünün “bir şeyi həqiqi mahiyyəti ilə qavramaq, həqiqətlə eyni olan və qəti olaraq bilinən şey, bir şeyin şəklinin zehində formalaşması, əşyanı bütün və hissələri ilə anlamağa çalışmaq” və bənzər mənalarının olduğunu görürük. Elm kəlməsi cəhalət və elmsizlik (savadsızlıq) kəlmələrinin antonimidir.

Peyğəmbərə itaət Allaha itaətdir

Müsəlman olaraq biz həm Allaha, həm də Rəsuluna (s.ə.s) iman edirik. Yəni Allahın göndərdiyi Quran və Rəsulunun sünnəsinə tabe olmaqla mükəlləfik. Çünki Allah Rəsulullah (s.ə.s) vasitəsilə əmr və qadağan etdiklərinə tabe olmağı əmr etmişdir.


Şərh yaz