2. 096 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:İxlas” surəsində Allahın Saməd olduğu ifadə edilir. Saməd isə “Hər şey ona möhtac, o heç bir şeyə möhtac deyil”, -deməkdir. Elə isə Allahın bizim ibadətimizə nə ehtiyacı var ki, israrla, qətiyyətlə namaz qılmağımızı əmr edir?

İnsan mədəsinin qidaya ehtiyacı olduğu kimi, insane ruhunun, qəlbinin və incə duyğularının da ibadətə ehtiyacı vardır. Həm də imtahan üçün dünyaya gələn insana nəfs və şeytanın göndərilməsi ilə birlikdə, səbrlə kamilləşməsi üçün zərərli mədənlər hökmündə bəzi duyğular da verilmişdir. Bu baxımdan insanın içində böyük mücadilələr olur, bəzən mənəvi yaralar, xəstəliklər meydana gəlir.

Namaz isə ibadətlərin başı olaraq ən gözəl dərman hökmündədir. Necə ki, bir həkim xəstənin yaxşılaşması üçün bir dərman yazar və təkrar-təkrar vaxtında istifadə etməsini tələb edər. Bunun müqabilində xəstənin “Sənin nə ehtiyacın var, belə israrla tələb edirsən” -deməyə haqqı varmı? Yoxdur, çünki dərmana ehtiyacı olan həkim deyil, xəstədir.



Açar sözləri

Allah ibadet

Bənzər məqalələr

Allahın varlığı haqda 2 sual

1. Deyirlər ki, hər şeyi yaradan Allahdır. Elə isə, bəs Allahı kim yaradıb?
2. İndi ki, Allah bizə bu qədər yaxındır, bizi yaradandır, bizim nə düşündüyümüzü, nə etdiyimizi bilir, o zaman nə üçün biz Allahı görmürük?

Allahın varlığının dəlilləri 1

Məqalə Allahın varlığının kainat, iradə, hüdus, intizam, elm, sənət, hikmət, məqsəd, şəfqət, mərhəmət və ruzi, yardımlaşma, təmizlik, simalar, ilahi sövq, çoxçeşidlilik (tənəvvüat) dəlilləri haqdadır.

Həccin hikmətləri

Həcc ibadətinin iki yönü var: fərdi və ictimai. Fərdi yönü xüsusilə mühümdür. Çünki həcc ibadəti əslində hər kəs üçün bir ibadət, bir qulluqdur. Necə ki bir nəfər bayram kimi xüsusi günlərdə bir vəzirin, bir padşahın təbrikinə gedəndə ondan iltifat görür, eləcə də bir hacı sadə insanlardan olsa da, məqamlar keçmiş və ən yüksək mərtəbəyə ucalmış bir Allah dostu kimi Aləmlərin Rəbbinə yönəlir, külli ibadətlə şərəflənir.

Namaz ibadətinin tərifi və tarixi

Fərzlərin ən əhəmiyyətlisi namazdır. İnsan qiyamət günü imandan sonra namazdan sorğuya çəkiləcək. Namaz ibadəti qəlbin nuru, qəlbin sevinci, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır. Namaz kəlməsinin “dua etmək”, “tərifləmək”, “təzim etmək”, “xeyir-dua etmək” kimi mənaları var. Termin olaraq isə namaz, təkbirlə başlayıb salamla tamamlanan xüsusi hərəkət və sözlərdən ibarət ibadətdir.

Elm Allahı bilməkdir

Elm “oxumaqla əldə edilən bilik, məlumat” mənasındadır. Lüğətlərə nəzər saldıqda elm sözünün “bir şeyi həqiqi mahiyyəti ilə qavramaq, həqiqətlə eyni olan və qəti olaraq bilinən şey, bir şeyin şəklinin zehində formalaşması, əşyanı bütün və hissələri ilə anlamağa çalışmaq” və bənzər mənalarının olduğunu görürük. Elm kəlməsi cəhalət və elmsizlik (savadsızlıq) kəlmələrinin antonimidir.


Şərh yaz