Sual: Oruc tutanların Cənnətə “Rəyyan” qapısından girəcəyi bildirilir. Bəs oruc tutmayanlar Cənnətə girə bilməyəcək?
Cavab: Rəsulullah (s.ə.s) bir hədisində “Cənnətdə “Rəyyan” adlı qapı var. Qiyamət günü həmin qapıdan ancaq oruclular daxil olacaq, onlardan savayı heç kim girməyəcək. “Oruclular hardadır?” – deyə səslənəcəklər. Onlar da həmin qapıdan daxil olacaqlar. O qapıdan onlardan başqası girə bilməz. Oruclular girəndən sonra həmin qapı bağlanacaq.”[1]
Hədisdə oruc tutanların Cənnətə “Rəyyan” qapısından girəcəyi bildirilmişdir. Əvvəla, Cənnətə girəcək bütün möminlərin oruc tutduğunu söyləmək çətindir. Çünki, müsəlman olub oruc tutmadığı halda, əfv edilərək Cənnətə girənlər də ola bilər. Həmçinin, oruc tutacaq yaşa çatmadan ölənlər də bu qapıdan girməyə bilərlər. Allah Təala xüsusi lütfü olaraq Rəyyan qapısını sadəcə oruc tutanlara vəd etmişdir. Ancaq Cənnətin birdən çox qapısı var. Bir çox müsəlman da bu qapılardan Cənnətə girə biləcəklər. Cənnətin səkkiz qapısının olduğu ifadə edilmişdir: Namaz qapısı, Rəyyan qapısı, sədəqə/zəkat qapısı, xeyir qapısı, tövbə qapısı, qəzəblərinə hakim olaraq insanları bağışlayanların qapısı, riza qapısı, hesaba çəkilməyənlərin qapısı…
Bu qapıları eşidən Hz. Əbu Bəkr “Ya Rəsulullah! Bir insanın bu qapıların hamısından çağırıla bilərmi?” deyə soruşanda “Bəli, sənin də onlardan olacağını ümid edirəm.” Cavabını aldığı nəql olunmuşdur.[2]
[1] Buxari, Savm 4; Müslim, Siyam 166. Nəsai, Siyam 43.
[2] Buxari, Savm 4; Muslim, Zəkat 85
Fitrə, ramazan ayının sonunda nisab miqdarı mala malik müsəlmanların verməklə mükəlləf olduqları vacib sədəqədir.
Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.
Mədəyə su, qan və s. getməmək şərtilə dişə qoyulan plomb orucu pozmur. Maye getdiyi təqdirdə oruc pozulur və qəza edilməlidir.
Siqaret və qəlyan çəkmək orucu pozur. Həmin oruca qəza və kəffarə gərəkir. Başqasının çəkdiyi siqaret tüstüsünü bilərək ciyərlərinə çəkən şəxsin də orucu pozulur.
İslam oruc tuta bilməyəcək dərəcədə yaşlı olanları tuta bilmədikləri hər gün üçün bir kasıbı doyurmaq şərti ilə bu ibadətdən azad etmişdir.