Sevgili Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) buyurur: “Ən fəzilətli dua Ərəfə günü edilən duadır. Mən və məndən əvvəlki peyğəmbərlərin dediyi ən fəzilətli söz:
“Allahdan başqa ilah yoxdur, O, təkdir, Onun şəriki yoxdur, mülk Onundur, həmd Ona məxsusdur. O, hər şeyə qadirdir” sözüdür.[1]
Hz. Aişə (r.a.) anamız rəvayət edir: “Bir gün Allah Rəsulundan: “Ey Allahın Rəsulu, Qədr gecəsində necə dua edim?” – deyə soruşdum. Mənə bu duanı tövsiyə etdi:
“Allahım! Sən bağışlayansan, bağışlamağı sevənsən, məni bağışla”.[2]
[1]Muvatta, Quran 32, (1, 214, 215); Tirmizi, Dəavat, 123.
[2]Tirmizi, Dəavat, 85.
Hacı olmayanlar, ərəfə günü oruc tuta bilərlər.
Kim inanaraq və savabını Allahdan gözləyərək Qədr gecəsi namaz qılarsa, keçmiş günahları əfv olunar.
Peyğəmbərimiz (s.ə.s.) Qədr gecəsinin ramazanın son on və ya yeddi gününə, tək gecələrdən (21, 23, 25, 27) birinə düşdüyünü buyurmuşdur.
Qədir gecəsi Quranın nazil omağa başladığı və Rəsulullahın (s.ə.s) ilk vəhy alaraq peyğəmbərlik vəzifəsinə başladığı gecədir.
Qədr gecəsi hər cür dua oxuna bilər.