Sual: Oruc tutmağa gücü çatmayanlar fidyələrini nələrdən və kimlərə verməlidirlər?
Cavab: Quranda oruc fidyəsi ilə bağlı belə buyurulur: “Oruc tutmağa taqəti olmayanlar isə bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər” (Bəqərə, 2/184). Bu ayə belə izah edilir ki, oruc tutmağa gücü çatmayan yaşlılar və sağalma ümidi qalmayan xəstələrin tuta bilmədikləri oruc üçün fidyə verməsi vacibdir və fidyənin miqdarını da hər gün bir kasıbı bir günlük doyuracaq qədərdir. Odur ki, sayılan səbəblərdən oruc tuta bilməyənlər istəsələr ramazan ayının əvvəlində və ya axırında nağd pul və ya ərzaq olaraq da verə bilərlər. Bu fidyəni sağlıqlarında ödəyə bilməyiblərsə, vəfatlarından sonra ödənməsini vəsiyyət etməlidirlər. Tutula bilməyən orucların fidyəsi bir çox yoxsula verilə biləcəyi kimi, bu fidyələrin hamısı birdən bir kasıba da verilə bilər. Bundan əlavə, qeyd edilməlidir ki, oruc fidyəsinin miqdarı fitir sədəqəsinin miqdarına bərabərdir.
Belə ki, hənəfilərə görə bir yoxsulu doyurası qədər fidyə miqdarı buğdadan yarım “sa”, arpa, xurma və ya quru üzümdən bir “sa”dır. Bir “sa” 3, 333 kiloqrama bərabərdir. Günümüzdə arpanın qiyməti çox olmasa da, quru üzümün/kişmiş və xurmanın dəyərinə görə hesab aparıla bilər. Onu da vurğulamaq lazımdır ki, dövrümüzdə bir yoxsulu bir gün ərzində doyurası nağd pul və ya ərzaq, cəmiyyətin sosial-iqtisadi səviyyəsi nəzərə alınaraq ən az miqdar olaraq müəyyən edilməli, bundan çox miqdar mövzusunda isə məsul şəxs öz imkanına və gəlirinə görə hərəkət etməkdə sərbəstdir.
Dr. Anar Qurbanov
Fitrə, ramazan ayının sonunda nisab miqdarı mala malik müsəlmanların verməklə mükəlləf olduqları vacib sədəqədir.
Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.
Mədəyə su, qan və s. getməmək şərtilə dişə qoyulan plomb orucu pozmur. Maye getdiyi təqdirdə oruc pozulur və qəza edilməlidir.
Siqaret və qəlyan çəkmək orucu pozur. Həmin oruca qəza və kəffarə gərəkir. Başqasının çəkdiyi siqaret tüstüsünü bilərək ciyərlərinə çəkən şəxsin də orucu pozulur.
İslam oruc tuta bilməyəcək dərəcədə yaşlı olanları tuta bilmədikləri hər gün üçün bir kasıbı doyurmaq şərti ilə bu ibadətdən azad etmişdir.