46 dəfə oxunub ,   0 şərh   Çap et

Ticarətdə alarkən və satarkən dürüst olmaq, müştərini, alıcını aldatmaq ümumi əxlaqi normadır. İnsanlar bu dünyaya müxtəlif qabiliyyət və mizaclarda gəlir. Kimisi lider, kimisi müəllim, kimisi sənətkar, kimisi usta, kimisi…. Yaşadığımız dövrdə minlərlə fərqli ixtisaslar var. Hətta hər ixtisas sahəsinin öz daxilində ciddi şaxələnmə var. Həyatın davam etməsi üçün bu peşələr hər birinə ehtiyac vardır. Biri digərindən üstün deyildir. İnsanın ehtiyacı çox olduğu üçün bu peşələrdən bəlkə birində, bəlkə bir neçəsində püxtələşə bilər. Ancaq bütün peşələri öyrənmək qeyri-mümükündür. Buna görə də məcbur əməyin mübadiləsi aparılır. Əvvəllər bu işi barter yolu ilə icra edirdilər. Daha sonra bunu yerini qiymətli metallar icra edirdi. Kağız pul meydana çıxandan sonra isə hər şey kağız əsginaslar ilə icra olunur.

İstər barter, istərsə də onun yerini alan pul vahidi olsun, satarkən və iş görərkən müştərini, alıcını aldatmamaq satdığı malı və gördüyü işi olduğu kimi müştəri təqdim etmək lazımdır. Hiylə, aldatma, yalan və s. yolla edilən satış, görülən işlə əldə edilən qazanc gəlir  kimi görünsə də bərəkəti olmaz.

Bütün kainatı və bizi də yaradan Əzəli və Əbədi olan Uca Allah hər şeyi eşidir, görür və xəbərdardır. Sabah Məhşər günündə bu gün etdiyim hər bir bütün çılpaqlığı ilə üzə çıxacaqdır. Bundan qaçış yoxdur. Aldatma qul haqqıdır, başqasının haqqının qəsb etməkdir.

Uca Allah Quranı Kərimdə insanlara düzgün yolu göstərmiş, onun sərhədlərini müəyyən etmişdir. Kənara çıxmaları da haram olaraq təyin etmiş, digər yandan belə qazancın əslində dünya həyatında da bərəkəti olmayacağını bəyan etmişdir.

وَلَا تَأْكُلُوا أَمْوَالَكُمْ بَيْنَكُمْ بِالْبَاطِلِ وَتُدْلُوا بِهَا إِلَى الْحُكَّامِ لِتَأْكُلُوا فَرِيقًا مِنْ أَمْوَالِ النَّاسِ بِالْإِثْمِ وَأَنْتُمْ تَعْلَمُونَ

Mallarınızı aranızda haqsızlıqla yeməyin və xalqın malından bir qismini bilə-bilə günah yolu ilə yemək üçün onu (malınızı) hakimlərə (rüşvət olaraq) verməyin! Bəqərə 188

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَأْكُلُوا أَمْوَالَكُمْ بَيْنَكُمْ بِالْبَاطِلِ إِلَّا أَنْ تَكُونَ تِجَارَةً عَنْ تَرَاضٍ مِنْكُمْ ۚ وَلَا تَقْتُلُوا أَنْفُسَكُمْ ۚ إِنَّ اللَّهَ كَانَ بِكُمْ رَحِيمًا

 Ey iman gətirənlər! Aranızda qarşılıqlı razılıqla edilən alış-veriş istisna olmaqla, mallarınızı aranızda batil yolla (haqsızlıqla və haram yolla) yeməyin və özünüzü (bir-birinizi) öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir. Nisa 29

Allah Rəsulun (s.ə.s) şəxsi həyatına baxdığımız zaman görürük ki, atası və əmiləri ticarətlə məşğul olmuş. Özü də kiçik yaşlarından etibarən əmilərinin himayəsində ticarətlə məşğul olmuşdur. Həzrət Xədicə ilə tanıdığı zaman sərbəst ticarət karvanını idarə edəcək şəkildə püxtələşmiş tacir olduğunu görürük. Daha sonra onunla ailə həyatı qurur. Peyğəmbər olmadan öncə, Məhəmməd Peyğəmbər (s.ə.s.) fəal şəkildə uğurlu bir ticarət həyatı yaşamış, Xədicənin mallarını Dəməşqdə və oradan gətirdiyi malları Məkkədə satmışdır.

Yenə onun yaxın dostları və ilk tərəfdaşları Əbu Bəkir, Osman,  Əbdurrəhman ibn Avf, Talha ibn Übeydullah və s. (Allah onlardan razı olsun) ticarətlə məşğul olmuşlar. Ümumiyyətlə Məkkə əhalisinin əsas gəlir qaynağı ticarət idi. Başda Peyğəmbərimiz olmaqla, onun ilk tərafdaşları Cahilliyə dövründə düzgün ticarət edən insanlardı.

Məkkədən Mədinəyə hicrət etdikdən sonra məscid inşa edildikdən sonra Allah Rəsulu (s.ə.s) müsəlmanlar üçün bazar yeri təyin edir. Mədinədə də ticarət həyatı formalaşmağa başlayır.

Möminlərin anası Ümmü Sələmə (r.anha) belə nəql edir: “Peyğəmbərin vəfatından bir il əvvəl Əbu Bəkr Bədr döyüşündə iştirak edən səhabələrdən Nuayman və Süveybit ibn Hərməla ilə birlikdə Busraya getdi. (Busra Suriya-İordaniya sərhədindən 10 km məsafədə yerləşən qədim şəhər olub, o dövrün ən mühim ticarət mərkəzlərindən biri idi.) Onlar ticarət etməklə böyük qazanc əldə edirdilər. Allah Rəsulu Əbu Bəkri sevsə və onu çox qorusa da, onun bu ticarət səyahətinə çıxmasına mane olmamışdı. Əbu Bəkr də Allah Rəsulu ilə birlikdə olmaqdan çox həzz alırdı, amma…” (O, bu səfərə çıxmışdı) çünki Allah Rəsulu ticarəti bəyənir və sevirdi.” (Təbərani, Mucemul Kəbir, 23/300)

Zübeyr ibn Əvvam çox gənc yaşlarında İslamı qəbul etmiş və Uhud və Bədr kimi bir çox döyüşlərdə iştirak etmiş səhabə idi. Allah Rəsulunun çox sevdiyi və haqqında “Mənim havarim” deyə tərif etdiyi Zübeyr, ticarətdən yaxşı qazanc əldə edən varlı bir səhabə idi. Bir gün dostları ondan soruşdular: “Ey Zübeyr, bu qədər var-dövləti necə əldə etdin?” O cavab verdi: “Mən ticarətimi heç kim mənim var-dövlətimə tamah salmadan aparıram. Üstəlik, mən ticarətlə yalnız qazanc üçün məşğul olmuram. Allah da ona bərəkət verir.” (İbn Abdulbərr, İstiab, 263)

Quranı Kərimə nəzər saldığımız zaman görürük ki. Uca Allah dünya həyatını ticarət kimi təqdim edir. “Ey iman gətirənlər! Sizi ağrılı-acılı əzabdan xilas edəcək bir ticarəti sizə göstərimmi?” (Saff, 61/10) “Allah möminlərdən canlarını və mallarını cənnət müqabilində satın almışdır.” (Tövbə, 9/111) “Allahın Kitabını oxuyanlar, namaz qılanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar infaq edənlər əsla zərər etməyən bir qazanc uma bilərlər.” (Fatir, 35/29) “Qiyamət günü Allah nə onlarla danışar, nə də onları təmizə çıxarar. Onlar üçün şiddətli bir əzab vardır. Onlar doğru yol əvəzinə zəlalət yolunu, bağışlanmaq əvəzinə də əzabı satın almış kimsələrdir. Onlar oda qarşı necə də səbirlidirlər!” (Bəqərə, 2/174-175) Ayələrdə insanların bütün əməllərinin əslində bir növ ticarət olduğu izah edilir. Hədislərdə də buna bənzər ifadələr var. “Bütün insanlar səhər tezdən oyanar, bəziləri canlarını satar, bəziləri isə ya onu azad edir, ya da həlak edər.” (Müslim, Təharət, 1)

İstər o günün ərəb cəmiyyətində olsun, istərsə də tarixin bütün dövrlərində, bütün dövrlərində ticarət qacınılmaz sosial münasibətdir. Allah Rəsulu da ticarət həyatında yarana biləcək nöqsanları zaman-zaman dilə gətirdi, tövsiyə verdi, bəzən də bir başa müdaxilə edərək tənzimləməyə çalışdı. Əsasən üzərində durduğu mövzu dürüstlük idi. Bu mövzuda gələn hədislərə nəzər salaq.

Ümmü Bəni Ənmar kimi tanınan Qaylə, ticarətlə məşğul olan Peyğəmbərin yaşlı bir qadın səhabəsi idi. O, alış-veriş edərkən tətbiq etdiyi üsulun düzgün olub-olmadığını bilmək istəyirdi. Bu barədə Allah Rəsulundan soruşmaq qərarına gəldi. Əsasını götürərək Peyğəmbərlə görüşməyə getdi. Onu Ümrə səyini edərkən gördü. Mərvə təpəsinin yaxınlığında ona yaxınlaşaraq soruşdu: “Ey Allahın Rəsulu! Mən ticarətlə məşğul olan bir qadınam. Bir şey satın almaq istəyəndə əvvəlcə ödəyə biləcəyimdən aşağı qiymət təklif edirəm. Sonra ağlımda olan qiymətə çatana qədər tədricən artırıram. Bir şey satmaq istəyəndə əvvəlcə sata biləcəyimdən yuxarı qiymət deyirəm, sonra isə istədiyim qiymətə çatana qədər tədricən azaldıram. Bu üsul haqqında nə düşünürsən?” Allah Rəsulu cavab verdi: “Qaylə, bunu etmə. Bir şey almaq istəyəndə, sənə satılsa da satılmasa da, düşündüyün qiyməti de.” və davam etdi: “Bir şeyi satmaq istədikdə də, satsan da satmasan da onu yüksək qiymətə deyil, hansı qiymətə satmaq istəyirsən onu de.” (İbn Macə, Ticarət 29)

Hakim b. Hizam (r.a) nəql edir: Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Alış-veriş edənlər bir-birindən ayrılmadıqları müddətcə (alış-verişi qəbul edib etməmək məsələsində) sərbəstdirlər. Əgər dürüst rəftar edər və (malın qüsurunu) açıq şəkildə söyləyərsə, alış-verişləri bərəkətlənər. Fəqət qüsuru gizləyər və yalan danışarsa, (etdikləri) alış-verişin bərəkəti gedər.” (Əbu Davud, Buyu 51)

İsmayıl b. Ubeyd b. Rifaa babasından nəql etdir. Babam Rifaa b. Rafi r.a Hz. Peyğəmbər (s.ə.s) ilə birlikdə namazgaha getmişdi. Hz. Peyğəmbər insanların alış-veriş etdiklərini gördü və “Ey ticarət əhli!” deyə səsləndi. Onlar da Rəsulullaha qarşılıq verdilər. Başlarını qaldırıb gözlərini ona çevirdilər. Bunun üzərinə Rəsulullah belə buyurdu: “Allahdan qorxun, yaxşılıq edən və dürüst davrananlar xaric, tacirlər qiyamət günü günahkarlar olaraq dirildiləcəklər.” (Tirmizi, Buyu 4) Cabir b. Abdullah (r.a) nəql edir, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Tərəzidə ölçərkən artıqlaması ilə (çəkərək) verin.” (İbn Macə, Ticarət 34) Yenə Cabir b. Abdullah (r.a) nəql edir, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Satarkən, satın alırkən, alacağını tələb edərkən mərhəmətli, şirindilli davranıb asanlıq göstərən şəxsə Allah rəhmətiylə rəftar eləsin.”(Buxari, Buyu16) Əbu Hüreyrə (r.a) nəql edir. Rəsulullah (s.ə.s) belə dedi: “…Bizi aldadan, bizdən deyil.” (Müslim, İman, 164)

Alış-veriş zamanı mallardakı qüsurları gizlədərək aldatmaq sadəcə qazancın bərəkətini azaltmır, həm də satıcının haram qazanc əldə etməsinə səbəb olur. Bu kontekstdə sevimli Peyğəmbərimiz (s.ə.s) buyurmuşdur: “Müsəlman başqa bir müsəlmanın qardaşıdır. Onun qüsurunu aşkar etmədən qüsurlu bir məhsulu müsəlman qardaşına satması caiz deyil.” (İbn Macə, Ticarət, 45) Haram qazanc yalnız ticarətlə məhdudlaşmır; o, insanın bütün həyatına hopur, hətta dualarının qəbul olunmasına mane olur. Bir gün Allah Rəsulu (s.ə.s) belə bir dəfə uzun səfərlərə çıxmış, paltarları tozlu, saçları dağınıq bir nəfərdən danışdı. Həmin adam əllərini göyə qaldıraraq “Ya Rəbbim, ya Rəbbim!” deyə dua edir, ancaq duası qəbul olunmur.  Amma yediyi haram, içdiyi haram, geyindiyi haram idi. O, haramla qidalanırdı. Belə bir insanın duası necə qəbul oluna bilər?!” (Müslim, Zəkat, 65) Bundan əlavə, bu cür qazanc Uca Allahın qəzəbinə səbəb olur. Allah Rəsulu (s) “Kim bir məhsulu qüsurunu aşkar etmədən satarsa, həmişə Allahın qəzəbinə düçar olar və mələklər ona daim lənət edərlər” deyə təhdid dolu sözləri ilə satıcılara mühüm xəbərdarlıqlar edir.  (İbn Macə, Ticarət, 45)

Digər yandan dürüst insanlardan da bəhs edirdi. Allah Rəsulu (s) buyurur: “Dürüst tacir (Qiyamət günü) peyğəmbərlərlə, sadiqlərlə və şəhidlərlə birlikdə olacaq”. (Tirmizi, Büyu, 4) “Allahdan qorxanlar, yaxşılıq edənlər və dürüst davrananlar istisna olmaqla, tacirlər Qiyamət günü günahkar kimi diriləcəklər”. (Tirmizi, Büyu, 4)

Satılan maldakı qüsuru gizlətmək və bu məqsədlə müştərinin diqqətini başqa şeylərə yönəltmək və mal satılana qədər vəziyyəti idarə etmək əvvəlcə mənfəət gətirə bilər. Lakin, əgər belə bir mənfəət qanuni yollarla əldə edilməzsə, bu, oğurluq və korrupsiya kimi haqsız qazanclardan fərqlənmir. Peyğəmbərimiz (s.ə.s) bazarda satıcıya xəbərdarlığı bizə bu həqiqəti xatırladır. Əbu Hüreyrənin rəvayətinə görə, bir gün sevimli Peyğəmbərimiz bazarda gəzərkən taxıl yığınına rast gəldi. Əlini, yoxlamaq üçün yığının içinə saldı… Barmaqları islanmışdı. Bundan sonra sahibindən soruşdu: “Bu nədir?”. Sahibi vəziyyəti izah etməyə çalışaraq dedi: “Malım yağışda islandı, ey Allahın Rəsulu!” Lakin Rəhmət Peyğəmbəri (s.ə.s) bu izahatı qənaətbəxş hesab etmədi və ona xəbərdarlıq etdi: “Əgər belədirsə, niyə yaş hissəni yığının üstünə qoymadın ki, insanlar onu görə bilsinlər?” və sonra “(İnsanları) aldadan məndən deyil” deyərək narazılığını bildirdi. (Müslim, İman, 164)

Ticarət zamanı qarşı tərəfi xoşuna gəlmək üçün and içmək də onları aldatma və yalana sövq edə biləcək bir davranışdır. Buna görə də, alış-veriş zamanı lazımsız yerə and içməkdən, hətta lazım olsa belə and içməkdən çəkinmək lazımdır. Allah Rəsul belə buyurmuşdur: “Mallarınızı satarkən and içməkdən çəkinin. Çünki and içmək mallarınıza rəğbəti artıra bilər, lakin onların bərəkətini aparar.” (İbn Macə, Ticarət 30)

Rəsulunun yalan yerə and içərək mallarını satanlarla Uca Allahın Qiyamət günü danışmayacağı bildirir.

Salman əl-Farisi (r.a) mərfu olaraq rəvayət edir. Nəbi (s.ə.s) belə buyurdu: “Allah qiyamət günündə üç kimsə ilə danışmaz, onları təmizə çıxartmaz və onlar için can yandıran əzab vardır. Bunlar, zina edən yaşlı, qürurlu kasıb və malını satarkən Allahın adına and verməyi özünə sərmayə edən, malını ancaq and içərək satan, and verərək alan şəxsdir.” (Təbərani rəvayət edib- Səhihdir)

Həzrət Ömər xəlifə olduğu dövrdə bazarda ticarət edən şəxslərə belə deyərmiş: “Dini mövzularda yetərli fiqhi məlumatı  olmayanlar bizim bazarımızda satış eləməsi.” (Tirmizi, Vitr, 21)

Xülasə, günlük həyatın ayrılmaz parçası olan alış-veriş edərkən düsrüs davranmaq əsasən satıcının diqqət etməsi vacib məsələdir. Alıcının da yalan danışması günahdır. O biri tərəfdə çətin vəziyyətdə qalmamaq, bu dünyada da üzü ağ, alnı açıq yaşamaq üçün dürüstlüyü özümüz üçün meyar halına gətirməmiz lazımdır.




Bənzər məqalələr

Ticarətdə kar həddi

İslamda alış-verişdə hər hansı kar məhdudiyyəti (həddi) qoyulmamışdır. Yəni Quran və Sünnədə və səhabələrin tətbiqatında buna rast gəlinmir. Ticarətdə hər hansı kar (qazanc) məhdudiyyətinin gətirilməməsi, ticarət həyatının daha canlı olması nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir. Əgər ticarətdə hər hansı kar həddi qoyulmuş olasaydı bir çox çətinliklər ortaya çıxardı.

İslamda halal qazancın etik prinsipləri

Halal gəlirin ölçüsü könül məmnuniyyətdir. Qurana görə ticarətin məqbul olması qarşılıqlı riza bağlıdır.

İslamın əsası doğruluqdur

Rəsulullahın (s.a.s.) “Məni Hud və oxşar surələr qocaltdı” hədisini necə anlamaq lazımdır? 

Niyyət edilən əhdi pozmaq olar?

Əhdimizi pozmaq məcburiyyətində qaldıqda və ya əhdimizi pozmaq bizim üçün daha xeyirli olduğunu gördükdə poza bilərik. Belə olan halda yə əhdimizi yerinə yetirməli, ya da yəmin kəffarəsini ödəməliyik.

Doğruluq və dürüstlük

Doğruluq söz, düşüncə və davranışda əksini tapır. Düzlük və dürüstlük həm doğru danışmaq, həm doğru düşünmək, həm də davranış və əməllərdə bunu əks etdirməkdir. İnsan hər işdə düz danışmalı, öz ziyanına və ya yaxınları əleyhinə olsa belə, doğru sözü söyləməyi bacarmalıdır. Dürüstlükdən hasil olan etimad hissi qarşılıqlı münasibətlərin qüvvətlənməsində, həmrəylik hissinin güclənməsində mühüm rol oynayır.


Şərh yaz