1. 024 dəfə oxunub ,   0 şərh   Çap et

Əmanətə riayət

إِنَّ اللّٰهَ يَأْمُرُكُمْ اَنْ تُؤَدُّوا اْلَامَانَاتِ اِلٰى اَهْلِهَا

Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmağı əmr edir. {“Nisa” surəsi, 4/58}

إِنَّا عَرَضْنَا اْلأَمَانَةَ عَلَى السَّمَاوَاتِ وَاْلأَرْضِ وَالْجِبَالِ فَأَبَيْنَ أَنْ يَحْمِلْنَهَا وَأَشْفَقْنَ مِنْهَا، وَحَمَلَهَا اْلإِنْسَانُ، إِنَّهُ كَانَ ظَلُومًا جَهُولاً

Biz əmanəti (Allaha itaət və ibadəti, şəri hökmləri yerinə ye­­tir­məyi) göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yük­lən­mək­­dən (məsuliyyət altına girməkdən) qorxub çəkindilər. Ona in­san yükləndi. Həqiqətən, insan (bu əmanətə layiqincə sahib çıxa bilmədiyinə görə) çox zalım, çox cahildir. {“Əhzab” surəsi, 33/72}

 عَنْ أَب۪ي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللّٰهِ قَالَ: «آيَةُ الْمُنَافِقِ ثَلَاثٌ: إِذَا حَدَّثَ كَذَبَ وَإِذَا وَعَدَ أَخْلَفَ وَإِذَا اؤْتُمِنَ خَانَ»

Əbu Hureyrə (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql edir:

“Münafiqin üç əlaməti var: yalan danışır, vədinə əməl etmir, əmanətə xəyanət edir”. [Buxari, İman 24; Müslim, İman 107]

 عَنْ حُذَيْفَةَ وَأَب۪ي هُرَيْرَةَ  قَالَا: قَالَ رَسُولُ اللّٰهِ: «يَجْمَعُ اللّٰهُ تَبَارَكَ وَتَعَالٰى النَّاسَ فَيَقُومُ الْمُؤْمِنُونَ حَتّٰى تُزْلَفَ لَهُمُ الْجَنَّةُ، فَيَأْتُونَ آدَمَ صَلَوَاتُ اللّٰهِ عَلَيْهِ، فَيَقُولُونَ: يَا أَبَانَا اسْتَفْتِحْ لَنَا الْجَنَّةَ، فَيقُولُ: وَهَلْ أَخْرَجَكُمْ مِنْ الْجَنَّةِ إِلَّا خَطِيئَةُ أَب۪يكُمْ، لَسْتُ بِصَاحِبِ ذٰلِكَ، اِذْهَبُوا إِلٰى ابْن۪ي إِبْرَاه۪يمَ خَل۪يلِ اللّٰهِ، قَالَ: فَيَأْتُونَ إبْرَاه۪يمَ، فيقُولُ إبْرَاه۪يمُ: لَسْتُ بِصَاحِبِ ذٰلِك إِنَّمَا كُنْتُ خَل۪يلاً مِنْ وَرَاءَ وَرَاءَ، اِعْمِدُوا إِلٰى مُوسٰى الَّذ۪ي كَلَّمَهُ اللّٰهُ تَكْل۪يمًا، فَيَأْتُونَ مُوسٰى، فيقُولُ: لَسْتُ بِصَاحِبِ ذٰلِكَ، اِذْهَبُوا إِلٰى ع۪يسَى كَلِمَةِ اللّٰهِ وَرُوحِهِ فَيقُولُ ع۪يسَى: لَسْتُ بِصَاحِبِ ذٰلِكَ. فَيَأْتُونَ مُحَمَّدًا ، فَيَقُومُ فَيُؤْذَنُ لَهُ وتُرْسَلُ الْأَمَانَةُ وَالرَّحِمُ فَيَقُومَانِ جنْبَتَيِ الصِّرَاطِ يَم۪ينًا وَشِمَالاً، فَيَمُرُّ أَوَّلُكُمْ كَالْبَرْقِ » قُلْتُ: بِأَب۪ي وَأُمِّي، أَيُّ شَيْءٍ كَمَرِّ الْبَرْقِ؟ قَالَ: «أَلَمْ تَرَوْا كَيْفَ يَمُرُّ وَيَرْجِعُ فيِ طَرْفَةِ عَيْنٍ؟ ثُمَّ كَمَرِّ الرّ۪يحِ ثُمَّ كَمَرِّ الطَّيْرِ؟ وَأَشَدُّ الرِّجَالِ تَجْر۪ي بِهِمْ أَعْمَالُهُمْ ونَبِيُّكُمْ قَائِمٌ عَلَى الصِّرَاطِ يَقُولُ: رَبِّ سَلِّمْ، حَتّٰى تَعْجِزَ أَعْمَالُ الْعِبَادِ، حَتّٰى يَجِيئَ الرَّجُلُ لَا يَسْتَط۪يعُ السَّيْرَ إِلَّا زَحْفًا وَف۪ي حَافَتَيِ الصِّرَاطِ كَلَال۪يبُ مُعَلَّقَةٌ مَأْمُورَةٌ بِأَخْذِ مَنْ أُمِرَتْ بِهِ، فَمَخْدُوشٌ نَاجٍ وَمُكَرْدَسٌ فِي النَّارِ» وَالَّذ۪ي نَفْسُ أَب۪ي هُرَيْرَةَ بِيَدِهِ إِنَّ قَعْرَ جَهَنَّمَ لَسَبْعُونَ خَر۪يفًا

Hz. Huzeyfə və Əbu Hureyrə (r.a.) Allah Rəsulunun (s.ə.s.)  belə buyurduğunu nəql edir:

“Uca Allah insanları Məhşər meydanında toplayacaq. Möminlər ayağa qalxacaq və Cənnət onlara yaxınlaşdırılacaq. Hz. Adəmin (ə.s.) yanına gəlib deyəcəklər: “Ey atamız! Uca Allaha niyaz et, Cənnətin qapılarını bizə açsın!” Həzrəti Adəm: “Sizi Cən­nətdən çıxaran atanızın xətası olmadımı? Mən buna layiq deyiləm. Siz Allahın dostu (Xəlilullah) olan övladım İbrahimin yanına gedin,” – deyəcək. Bundan sonra Həzrəti İbrahimin yanına gedəcəklər, o da: “Mən buna layiq deyiləm. Mən (şəxsən) Ona xəlil olmaqdan çox uzağam. Siz Allahla birbaşa mükalimə edən Həzrəti Musanın yanına gedin,” –  deyəcək. Onlar Həzrəti Musaya üz tutacaqlar. Həzrəti Musa onlara: “Mən də buna layiq deyiləm. Siz Allahın kəlamı və ruhu olan Həzrəti İsanın yanına gedin,” – deyə yol göstərəcək. Bundan sonra onlar Həzrəti İsanın yanına gələcəklər, O: “Mən də buna layiq deyiləm,” – deyib onları Həzrəti  Məhəmmədin (s.ə.s.) yanına göndərəcək. O da dərhal ayağa qalxacaq və Ona şəfaət haqqı veriləcək. (Əmanət və qohumluq əlaqəsi göndəriləcək) və onlar Sirat körpüsünün sağ və sol tərəfində dayanacaqlar. Sizin ilk dəstəniz şimşək kimi keçəcək.

Əbu Hureyrə (r.a.) sual verir: “Atam-anam Sənə fəda olsun, şim­şək kimi keçmək nə deməkdir?” Allah Rəsulu (s.ə.s.): “Heç şim­şək görməmisiniz? Göz açıb yumunca keçib gedəcəklər. Sonra gə­lənlərin bəziləri külək kimi, bəziləri quş kimi, bəziləri qaçış yarışçıları kimi keçəcəklər. Onları Siratdan belə sürətlə keçirən əməlləridir”. Peyğəmbəriniz Sirat üstündə dayanıb belə deyəcək: “Ey Rəbbim, sağ-salamat çıxart, sağ-salamat çıxart”. Bir məqama çatandan sonra qulların əməlləri o qədər cılız olacaq ki, onları Siratdan keçirə bilməyəcək. Hətta yeriməyə taqəti qalmayıb sürünə-sürünə yol gedənlər olacaq. Siratın iki tərəfində haqqında əmr verilənləri tutmaq üçün asılmış çəngəllər var. Kimi (bu çəngəllərdən) yaralı  vəziyyətdə qurtulacaq, kimisi də Cəhənnəmə yuvarlanacaq. Əbu Hureyrənin canı qüdrət əlində olan Allaha and olsun ki, Cəhənnəmin dibi yetmiş illik məsafə dərinliyindədir”. [Müslim, İman 329]

İzah: Həzrəti İsanın Allahın kəlamı və ruhu olması məsələsini belə anlamaq lazımdır: Allah-Təala bir şeyin var olmasını dilədikdə “Ol!” deyir, o da olur. Allahın əmrləri, kəlmələri sonsuzdur. İnsanları bir nizam əsasında ata və anadan yaradan Allah ilk insan Həzrəti Adəmi anasız və atasız xəlq etdiyi kimi, Həzrəti İsanı da qüdrət və hikmətinin bir təzahürü olaraq atasız var etmişdir. Beləliklə, ilahi iradənin mütləq olduğunu, heç bir nizama, qanuna məhkum olmadığını göstərmişdir. İlk dövrdə xristianlara Həzrəti İsanın Allahın əmri (kəlamı) ilə bakirə Məryəmdən yaradılması bəyan edilmişdi. Lakin sonralar onlar Ellinizm filosoflarından biri olan Filonun təsirinə düşüb kəlamı “Allahın kəlamı” (Loqos) mənasında qəbul etdilər. Beləliklə, Allahın Zatını və ya Kəlam vəsfinin Həzrəti İsanın şəxsində izhar etməsinə inanmağa başladılar. Bunu Kitabi-Müqəddəsə daxil edilmiş ilk üç İncillə təzad təşkil edən dördüncü Yuhanna İncilinin başlanğıcında da müşahidə edirik.

Allah Həzrəti İsanı Müqəddəs Ruhla (Ruhul-qüdslə) dəstəkləmişdir. Ali ruhani dəyərlər  daşıdığı üçün burada da “Allahın ruhu” şəklində ifadə edilmişdir. Məqsəd onun ali fəzilətlərə sahib, bütün nöqsanlardan uzaq müqəddəs ruh və həqiqətlə və qüvvətli bəsirət gücü ilə təchiz edilməsini vurğulamaqdır. Lakin xristianlar yunan fəlsəfəsinin təsiri ilə bunu “Allahın Öz Ruhu”na çevirib onun Həzrəti İsada hulul (təzahür, təcəssüm) etdiyini iddia edərək mücərrəd üç üqnum inancını ortaya atmışlar. On səkkiz əsrdir, bu mücərrəd inancı şərh etməyə çalışan saysız-hesabsız təfsir və məzhəblər hələ də bir-birini ittiham edir. Bundan əlavə, Həzrəti İsanın ölüləri diriltmə möcüzəsinə istinadən “Ruhullah” adlandırıldığını irəli sürənlər də olmuşdur.




Şərh yaz