Aylıq namaz vaxtları
4. 996 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:Uzun müddətdir bir qohumumun uşağı olmur. Özü də bu məsələdə çox sıxılır. Qohum əqrabası tərəfindən yoldaşını  boşaması və yaxud  ikinci bir evlilik etməsi söylənir. Siz nə tövsiyə edərsiniz?

Cavab:Uşaq sahibi olmaq, evlənmənin gayələrindən sadəcə biridir və Allahın təqdirində olan bir haldır. Quran buyurur:” Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir. Yaxud hər ikisindən – həm oğlan, həm də qız verir, istədiyini də sonsuz (övladsız) edir. O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir! “ (Şûrâ surəsi, 42/49-50)

Ayrıca, həyat yoldaşları arasındakı sevgi ve mərhəmət, Allahın varlığının ve qüdrətinin dəlillərindən biri olarak təqdim edilir. (Rum surəsi, 30/21) Deməli yoldaşlar Allahın varlığına və qüdrətinə sığınacaq, Onun qüdrətinin bir aynası olaraq, Onun rızası için bir birlərinə sevgi göstərəcək və mərhəmət edəcəklər. Bu çox boyük lütufdur, ayrıcalıqdır.

Normal müalicə yollarını təqib etdikdən sonra da uşağı olmayanların anormal yollara müraciət etməmələri, bir birlərini günahlandıraraq  aralarındakı sevgi və mərhəməti zədələməmələri gərəkir.

Uşaq olmayınca ikinci evliliği ümumiyyətlə uygun görmürük. Fəqət yenə də bu məsələ  yerinə görə dəyərləndirilməlidir. Yəni, birinci xanımın bu məsələyə baxışı necə olacaq, ətrafımızdakı insanlar necə münasəbət göstərəcəklər, keçinmə ve xanımlar arası ədalət..vs. Hamısı hesap edilərək hərəkət edilməlidir. Həm, ikinci evlilik olduqda uşağın olacağını kim qarantiya verə bilər! Əlimizdə belə bir qarantiya olmadığına görə, qədərimizə razı olub, Allaha dayanıb, Ona güvənərək müsəlmanca yaşamağa davam edəcəyik..

Bununla bərabər, bizlər haqqımızda xeyirli olanı bilmərik. Uşaqları olsa idi daha yaxşı olardı yoxsa yox, bun bizim ağlımız qavramaz . “Elə olur ki, xoşlanmadığınız bir şey sizin için xeyirli olur. Elə də olur ki, sevip arzu ettiğiniz bir şey sizin için şərli olur. Gerçəği Allah bilir, siz bilməzsiniz.” (Bəqərə surəsi, 2/216) deyir. Quran bizi qədərə təslimiyyətə dəvət edir. Çünkü necə uşaqlar var ki, yoxlukları varlıqlarından xeyirli olur. Analar, “kəşkə sənin kimi bir övlad doğmasaydım!” deyə fəryad edirlər.

Ayrıca boşandıklarında qadının psixologiyasını da düşünmək lazımdır. Yəni illərlə bərabər bir yasdığa baş qoyduğu əri tərəfindən uşağı olmadığı üçün boşanan və o halıyla ortada qalan bir xanımı düşünək..! Daxili alemində dünyaları başına yıxılar, hayata necə baxar.. bəlki də heç vaxt evlənməyi düşünməz. Birinci evliliyində yaşadığı sıxıntıya görə ikinci dəfə ailə qurmağı qadınlar bu gün olduqca çoxdur.Xəyallarının puç olmasıyla həm özlərinə, həm ata-analarına, varsa övladlarına dözülməz həyat yaşadırlar.

Bəylə-gəlin, nigah stolu arxasında əyləşirkən sadəcə dünya həyatı üçün değil, bir- birlərini ən gözəl vəziyyətdə görəcəkləri cənnət həyatı üçün də imza atarlar. Hurilerin göz qamaştırıcı halları qarşısında, kişilərə ən xoşagələn öz zövcəsi olacaq və bu sevgi hər zaman artaraq davam edəcəkdir. Harada  əlli altmış illik dünya həyatı, harada əbədi hüzur yurdunda bitməz tükənməz sevgi!

Məsələyi, əbədi  hayata görə düşünməli, həmən boşanmayı ağla getirməməliyik..




Bənzər məqalələr

Evlilik və ailə həyatı

Müasir dövrdə ailədaxili münaqişələr və boşanma hadisələrinin səviyyəsi narahatlıq doğurur. Ailə həyatını sağlam təməllər üzərində oturtmaq və ailədə daimi xoşbəxtliyi təmin etmək üçün nə etməliyik?

Səmimiyyəti qorumaq

Bəzi möminlər İslamı təbliğ edərkən başlanğıcda heç bir mənfəət gözləmirlər. Bir müddət sonra niyyəti və məqsədi təbliğ olanların sayı azalır. İlk günlərdəki saflıq və səmimiyyəti qorumaq üçün nə etmək lazımdır?

Peyğəmbər yolu

İman və ibadətlə əlaqəli məsələlərdə doğru yolu tapmaq Quran və Sünnəyə bağlı qalmaqla mümkündür. Dini mövzularda peyğəmbər yolunu izləməyən bir insan bir çox şeydə xəta edə bilər. Peyğəmbər yolu da məhz Uca Allahın Rəsuluna (s.a.s.) bildirdiyi vəhy və Onun (s.a.s.) həmin vəhyi təmsil şəklidir.

Valideyn övlad münasibətləri

Sual: Uşaqların valideyin üçün bir imtahan vəsiləsi olduğunu deyirlər. Bununla nə nəzərdə tutulur? Dilimizdə istifadə olunan “bala” sözü ehtimal ki, ərəbcədən dilimizə keçmişdir. “İbtila” ərəb dilində “imtahan etmək”; “bəla” kəlməsi isə imtahan, dərd, müsibət kimi mənalar gəlir. Bu yönü ilə “bala”, yəni övlad imtahan deməkdir.

Bəşəri münasəbətlərdə edilən xətalar

İslamı təbliğ etməyə çalışan bəzi müsəlmanlar bəzən ətrafındakılarla sərt rəftar edir, onların xətrinə dəyirlər. Bəşəri münasibətlərdə tarazlığı qorumaq üçün nə etmək lazımdır?


Şərh yaz

*