Aylıq namaz vaxtları
1. 672 dəfə oxunub ,   0 şərh   Çap et

Rəsulullah sallallahu aleyhi və səlləmin səhər və axşam namazlarında salam verdikdən sonra oxuduğu dualar.

PDF olaraq yüklə

لَا إِلهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ يُحْيِي وَيُمِيتُ وَهُوَ عَلٰى كُلِّ شَيْءٍ قَدِيرٌ

(10)

( 7 )   اَللَّهُمَّ أَجِرْنِي مِنَ النَّارِ  

اَللَّهُمَّ أَدْخِلْنَا الْجَنَّةَ، اَللَّهُمَّ اجْعَلْ خَيْرَ عُمُرِي اٰخِرَهُ وَخَيْرَ عَمَلِي خَوَاتِمَهُ وَاجْعَلْ خَيْرَ أَيَّامِي يَوْمَ أَلْقَاكَ  اَللَّهُمَّ إِنِّيٓ أَعُوذُ بِكَ مِنَ الْكُفْرِ وَالْفَقْرِ وَعَذَابِ الْقَبْرِ  اَللَّهُمَّ إِنِّيٓ أَعُوذُ بِكَ مِنَ الْجُبْنِ وَأَعُوذُ بِكَ أَنْ أُرَدَّ إِلَى أَرْذَلِ الْعُمُرِ وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الدُّنْيَا وَأَعُوذُ بِكَ مِنْ عَذَابِ الْقَبْرِ

رَبِّ قِنِي عَذَابَكَ يَوْمَ تَبْعَثُ عِبَادَكَ  اَللَّهُمَّ رَبَّ جِبْرِيلَ وَمِيكَائِيلَ وَإِسْرَافِيلَ وَرَبَّ مُحَمَّدٍ أَعِذْنِي مِنْ حَرِّ النَّارِ وَعَذَابِ الْقَبْرِ  اَللَّهُمَّ أَعِنِّي عَلٰى ذِكْرِكَ وَشُكْرِكَ وَحُسْنِ عِبَادَتِكَ  اَللَّهُمَّ اغْفِرْ لِي خَطَايَاىَ وَعَمْدِي، اَللَّهُمَّ اهْدِنِي لِصَالِـحِ الْأَعْمَالِ وَالْأَخْلَاقِ لَا يَهْدِي لِصَالِحِهَا وَلَا يَصْرِفُ سَيِّئَهَا إِلآَّ أَنْتَ  اَللَّهُمَّ اغْفِرْ لِي خَطَئِي وَذُنُوبِي كُلَّهَا، اَللَّهُمَّ انْعِشْنِي وَاجْبُرْنِي وَارْزُقْنِي وَاهْدِنِي لِصَالِــحِ الْأَعْمَالِ وَالْأَخْلَاقِ لَا يَهْدِي لِصَالِحِهَا إِلَّا أَنْتَ وَلَا يَصْرِفُ سَيِّئَهَا إِلَّا أَنْتَ

اَللَّهُمَّ أَصْلِـحْ لِي دِينِي وَوَسِّعْ لِي فِي دَارِي وَبَارِكْ لِي فِي رِزْقِي

﴾سُبْحَانَ رَبِّكَ رَبِّ الْعِزَّةِ عَمَّا يَصِفُونَ ۝ وَسَلَامٌ عَلَى الْمُرْسَلِينَ ۝ وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ﴿

بِسْمِ اللَّهِ الَّذِي لَا إِلَهَ إِلاَّ هُوَ الرَّحْمٰنُ الرَّحِيمُ  اَللَّهُمَّ أَذْهِبْ عَنِّي الْهَمَّ وَالْحَزَنَ  اَللَّهُمَّ إِنِّيٓ أَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ  اَللَّهُمَّ إِنِّيٓ أَعُوذُ بِكَ مِنْ عَذَابِ الْقَبْرِ  اَللَّهُمَّ إِنِّيٓ أَعُوذُ بِكَ مِنْ عَذَابِ جَهَنَّمَ

اَللَّهُمَّ إِنِّيٓ أَعُوذُ بِكَ مِنَ الْمَأْثَمِ وَالْمَغْرَمِ  اَللَّهُمَّ إِنِّيٓ أَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ  اَللَّهُمَّ أَدْخِلْنِي الْجَنَّةَ مَعَ الْأَبْرَارِ

Sonra “Əuzu-Bismillah” çəkilərək Fatihə surəsi, Ayətul-Kürsi (Bəqərə 2/255), İxlas, Fələq və Nas surələri oxunur.  Ardından 33 dəfə “Sübhanallah”, 33 dəfə “Əlhamdülillah”, 33 dəfə “Allahu əkbər” və “Lə ilahə illallahu vəhdəhu lə şərikə ləh, ləhul-mulku və ləhul-həmdu və huvə alə külli şeyin qadir”, – deyilir.

Sonra əlləri qaldırılaraq dua edilir.

Yuxarıdakı zikirlərin tərcüməsi:

Allah birdir, Ondan başqa heç bir ilah yoxdur. O birdir, ortağı yoxdur. Mülk və həmd Ona məxsusdur. Canı verən də alan da Odur. Onun hər şeyə gücü yetir. (10 dəfə)

Allahım! Məni Cəhənnəmdən qoru. (7 dəfə)

Allahım! Bizi Cənnətinə daxil elə. Allahım! Ömrümün sonunu həyatımın ən xeyirli anı, əməllərimin sonuncusunu gördüyüm işlərin ən xeyirlisi və günlərimin də ən xeyirlisini Sənə qovuşduğum gün eylə.

Allahım! Həqiqətlərə göz yumub inkar etməkdən, fəqirlikdən və qəbir əzabından Sənə sığınıram.

Allahım! Qorxaqlıqdan Sənə sığınıram! Əldən-ayaqdan düşüb ona-buna möhtac olmaqdan Sənə sığınıram! Dünyanın fitnəsindən və qəbir əzabından Sənə sığınıram!

Ey Rəbbim! İnsanları öldükdən sonra diriltdiyin günün əzabından məni qoru.

Cəbrayılın, Mikayılın, İsrafilin və Muhəmməd sallallahu aleyhi vəsəlləmin rəbbi Allahım! Cəhənnəmin istiliyindən və qəbir əzabından məni qoru!

Allahım! Səni zikr etmək, Sənə şükür etmək və Sənə gözəl ibadət etmək üçün mənə yardım elə!

Allahım! Xətalarımı və bilərək işlədiyim günahlarımı bağışla.

Allahım! Məni gözəl əxlaq və saleh əməllərə istiqamətləndir. Ancaq Sən məni əməllərin və əxlaqın saleh olanına qovuşdurar və çirkin olanından qoruyarsan.

Allahım! Bütün xətalarımı və günahlarımın bağışla!

Allahım! Məni ülvi dəyərlərə ucalt, nöqsanlarımı aradan qaldır, halal ruzi nəsib eylə, saleh əməllərə və gözəl əxlaqa istiqamətləndir, çünki yalnız Sən bunların saleh olanına çatdırırsan, çirkin davranışlardan da ancaq Sən qoruyursan.

Allahım! Dini həyatımı əhya et, evimə genişlik ver, qazancıma da bərəkət nəsib eylə.

“Yenilməz qüvvət sahibi (mülkündə hər şeyə qalib) Rəbbin (müşriklərin) Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır! Göndərilən bütün  peyğəmbərlərə salam olsun. Və həmd, aləmlərin Rəbbi Allaha məxsusdur.” (Saffat 37/180-182)

Özündən başqa ilah olmayan, Rəhman və Rəhim Allahın adıyla.

Allahım! Dərd-qəmi məndən uzaq eylə!

Allahım! Məsihi-Dəccalın fitnəsindən Sənə sığınıram!

Allahım! Qəbir əzabından Sənə sığınıram!

Allahım! Cəhənnəm əzabından Sənə sığınıram!

Allahım! Günahda və borcda batmaqdan Sənə sığınıram!

Allahım! Həyatın və ölümün fitnəsindən Sənə sığınıram!

Allahım! Məni əbrar (kamil iman, gözəl əxlaq, saleh əməl) sahibləri ilə birlikdə Cənnətə daxil elə.




Bənzər məqalələr

Peyğəmbərimizin dilindən səhər və axşam oxunan dualar

“Kim səhər-axşam yüz dəfə “Subhanallahi və bi hamdihi (Sübhansan, ya Rəbb! Həmd və mədh hisləri ilə Səni təsbeh edirəm)” deyərsə, Qiyamət günü heç kimin əməli ondan üstün olmaz


Şərh yaz

*