Aylıq namaz vaxtları
2. 719 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Qurban kəsilən iribuynuzlu mal-qara iki yaşını doldurmalıdır ki, qurban olsun. Bunun dəlili varmı?

Cabir (r.a) nəql edir: “Rəsulullah (s.ə.s): “Yaşını doldurmuş (müsinnə) heyvandan başqasını (qurban) kəsməyin. Ancaq siz (beləsini) tapa bilməsəniz onda başqa! Belə olduqda qoyundan bir quzu kəsin!“, – buyurdu. (Müslim, Qurbanlar, 13)

Yaşını doldurmuş deyə tərcümə etdiyimiz “müsinnə” kəliməsi qoyun və keçinin bir, iribuynuzlu mal-qaranın iki, dəvənin isə beş yaşını tamamlaması mənasına gəlir. Yəni keçinin bir, iribuynuzlu mal-qaranın iki, beş yaşına girməmiş dəvənin erkəyi erkək kimi olmur, dişiləri də anası kimi boğaz qalmır. Ancaq qoyun bir yaşını doldurmadan boğaz olur. Hədisdə açıqca müsinnə zikr edildiyinə görə qoyundan başqa heç bir heyvanın qəsd edilən yaşını doldurmamış balasından qurban olmaz. Qoyu­nun sürüdən ayrılmayacaq dərəcədə böyümüş balasından isə yaşını dol­durmasa da qurban ola bilər.



Açar sözləri

qurban

Bənzər məqalələr

məscid namaz dua
Bayram namazı necə qılınır?

Bayram namazları iki rükətdir. Camaatla və səsli qılınır. Azan və qamət oxunmur.

Hansı heyvanlardan qurban kəsmək olar?

Kəsiləcək qurbanlıq heyvan cins (növü), yaş, çəki (neçə adama çatması) baxımından müəyyən xüsusiyyətlərə malik olmalıdır. “İslam alimləri, yalnız xırdabuynuzlu və iribaş heyvanların qurban kəsilməsinin səhih olması ilə bağlı həmfikirdirlər. Bu heyvanlara camış, dəvə, inək, öküz, keçi, qoyun, qoç və təkə daxildir. Bu heyvanların erkəyi ilə dişisi, axtası ilə qeyri-axtası arasında fərq yoxdur”.

Ov heyvanlarından qurban kəsilər?

Sual: Əhliləşdirilmiş maral, ceyran, cüyür, çöl öküzü, çöl qoyunu, dağ keçisi, vəhşi iribuynuzlu heyvan, vəhşi camış, vəhşi dəvə və zürafə kimi əti halal olan otyeyən heyvanları qurban kəsmək olar?

Qurban kəsmək kimlərə vacibdir?

Qurbanın vacib olması üçün bəzi tələblər var. Belə ki, qurban bayramında qurban kəsmək əqli cəhətdən sağlam olan, yetkinlik yaşına çatmış, səfərdə olmayan, azad və şəriətə görə maddi imkanı çatan hər bir müsəlmana vacibdir.

Qurbanın əsaslandığı dəlillər

Əbu Hənifəyə görə qurban kəsmək vacib, əksər İslam hüquqşünaslarına görə isə sünnədir.


Şərh yaz

*