Aylıq namaz vaxtları
4. 514 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Allah Təalanın qəza və qədərində dəyişiklik olmayacağına görə duanın faydası nədir?

Cavab: Dua ilə bəla-müsibətin ortadan qalxması da İlahi təqdirdir. Bu yönü ilə dua, bəlanın ortadan qalxmasının səbəbi, ilahi rəhmətin cəlb edicisidir. Bu qalxanın insanı oxlardan qorumasına, suyun otları bitirməyə səbəb olmasına bənzəyir. Necə ki, qəza və qədərə inansa da, əsgər yenə silahını daşımalıdır. Çünki Cənabı Allah: “Ey iman gətirənlər! Düşmənə qarşı hazırlıqlı olun, ehtiyatı əldən verməyin, silahınızı götürün…”[1] buyurmuşdur.

Eyni şəkildə tarlaya toxumu səpdikdən sonra “Allah əzəli elmində təqdir buyurmuşsa toxum cücərər, əks təqdirdə cücərməz, tarlanı sulamağa gərək yoxdur” − demək doğru deyildir. Allah təqdir etdiyi şeylərin baş verməsini dünyada müəyyən səbəblərə bağlamışdır. Xeyri təqdir edən Rəbbimiz onu bir səbəblə ortaya çıxartdığı kimi, təqdir etdiyi bir şərin dəf edilməsini də başqa bir səbəbə bağlamışdır. Ona görə də inanan insanlar olaraq başa gələn bəla və müsibətlərin ortadan qalxması, sovuşması üçün dua etməliyik.

Bundan əlavə insanın ilahi təqdiri anlaması mümkün deyil. O, öz üzərininə düşəni etməli, ancaq nəticəyə də riza göstərməlidir. Necə ki, bu aşağıdakı şeirdə daha gözəl ifadə olunmuşdur:

Haqq şərləri xeyir eylər,
Zənn etmə ki, qeyr eylər,
Arif onu seyr eylər;
Mövla görəlim neylər
Neylərsə güzəl eylər.

* * *

Sən Haqqa təvəkkül qıl
Təslim ol və rahat bul,
Hər işinə razı ol,
Mövla görəlim neylər,
Neylərsə, gözəl eylər…
* * *

Bir işi murad etmə,
Oldusa inad etmə,
Haqdandır o, rədd etmə,
Mövla görəlim neylər,
Neylərsə, gözəl eylər…

Ərzurumlu İbrahim Haqqı

 

 

 

[1]Nisa surəsi, 4/71



Açar sözləri

dua qədər qəza riza

Bənzər məqalələr

Maşından dua asmaq olar?

Sual: Maşınlara “Bismillah” yazmaq, kiçik Quranlar, dua mətnləri asmaq və ya yapışdırmaq doğrudurmu?

İzdivac/evlilik namaz və duası

Evlənmək istədiyimiz qadının haqqımızda xeyirli olub-olmamasını öyrənmək üçün iki rükət namaz qılınır və belə dua edilir.

Balıqçı və oğlu

Ata və oğul gölün kənarına gəldilər və tilovu gölə atıb geri qayıtdılar. Bir saat sonra tilovu yoxlamağa gəldilər və bir-neçə balığın tilova düşdüyünü gördülər. Bunu görən uşaq: “Mən tilova balıq düşəcəyini bilirdim”, – dedi. Atası: “Haradan bilirdin?” – deyə soruşdu. Uşaq: “Çünki dua etdim onun üçün”, – deyə cavab verdi… Ata və oğul tilovu yenidən […]

İmtahan duası

Duanın iki növü var: feli (əməli) və sözlə dua. İnsanın üzərinə düşən öhdəlikləri səbəblər dairəsində yerinə yetirməsi, çalışıb səy göstərməsi feli duadır.

Qədr gecəsi duası

Qədr gecəsi hər cür dua oxuna bilər. İnsan həm özünə, həm ailəsinə, həm ölkəsinə, həm də dünyadakı bütün müsəlman qaradaş və bacılarına duada yer ayırmalıdır. Ancaq bu gecə ilə əlaqəli Allah Rəsulundan rəvayət olunan dua bu şəkildədir:  “Allahumma innəkə afuvvun tuhibbul avfa fafuanni” “Allahım! Sən əvf edib bağışlayıcısan. Əfv etməyi sevirsən. Məni də bağışla.”


Şərh yaz


(gərəkli)