9. 275 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Allah Təalanın qəza və qədərində dəyişiklik olmayacağına görə duanın faydası nədir?

Cavab: Dua ilə bəla-müsibətin ortadan qalxması da İlahi təqdirdir. Bu yönü ilə dua, bəlanın ortadan qalxmasının səbəbi, ilahi rəhmətin cəlb edicisidir. Bu qalxanın insanı oxlardan qorumasına, suyun otları bitirməyə səbəb olmasına bənzəyir. Necə ki, qəza və qədərə inansa da, əsgər yenə silahını daşımalıdır. Çünki Cənabı Allah: “Ey iman gətirənlər! Düşmənə qarşı hazırlıqlı olun, ehtiyatı əldən verməyin, silahınızı götürün…”[1] buyurmuşdur.

Eyni şəkildə tarlaya toxumu səpdikdən sonra “Allah əzəli elmində təqdir buyurmuşsa toxum cücərər, əks təqdirdə cücərməz, tarlanı sulamağa gərək yoxdur” − demək doğru deyildir. Allah təqdir etdiyi şeylərin baş verməsini dünyada müəyyən səbəblərə bağlamışdır. Xeyri təqdir edən Rəbbimiz onu bir səbəblə ortaya çıxartdığı kimi, təqdir etdiyi bir şərin dəf edilməsini də başqa bir səbəbə bağlamışdır. Ona görə də inanan insanlar olaraq başa gələn bəla və müsibətlərin ortadan qalxması, sovuşması üçün dua etməliyik.

Bundan əlavə insanın ilahi təqdiri anlaması mümkün deyil. O, öz üzərininə düşəni etməli, ancaq nəticəyə də riza göstərməlidir. Necə ki, bu aşağıdakı şeirdə daha gözəl ifadə olunmuşdur:

Haqq şərləri xeyir eylər,
Zənn etmə ki, qeyr eylər,
Arif onu seyr eylər;
Mövla görəlim neylər
Neylərsə güzəl eylər.

* * *

Sən Haqqa təvəkkül qıl
Təslim ol və rahat bul,
Hər işinə razı ol,
Mövla görəlim neylər,
Neylərsə, gözəl eylər…
* * *

Bir işi murad etmə,
Oldusa inad etmə,
Haqdandır o, rədd etmə,
Mövla görəlim neylər,
Neylərsə, gözəl eylər…

Ərzurumlu İbrahim Haqqı

 

 

 

[1]Nisa surəsi, 4/71



Açar sözləri

dua qədər qəza riza

Bənzər məqalələr

Qəza orucuna niyyət

Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.

Şəvval yoxsa, qəza orucu?!

Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.

Bu gecə, o gecə deyilsə…

Kim inanaraq və savabını umaraq ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar

Niyə duamız qəbul olmur

Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.

İftar duası

İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.


Şərh yaz