Aylıq namaz vaxtları
3. 065 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:Oruclu ikən saqqız çeynəmək olarmı?

Cavab: Oruclu ikən təzə saqqızı çeynəmək caiz deyil, yəni boğazdan şəkər və dad getdiyi üçün orucu pozur. Xüsusilə, zəmanəmizdə istehsal edilən saqqızlarda ağızda parçalanan maddələr əlavə olunduğu üçün nə qədər diqqətli olunsa da onların boğazdan içəri getməməsi mümkün deyil. Lakin tərkibində hər hansı maddə qatılmayan və çeynəndikdə azalmayan, əvvəlcədən uzun müddət çeynənmiş dadından əsər-əlamət qalmayan saqqızı çeynəməklə oruc pozulmur, lakin məkruh – xoşagəlməz bir davranışdır. Yaxşı olardı ki, oruc ibadətini bir ibadət kimi haqqını verərək tutaq.

Dr. Anar Qurbanov




Şərh yaz

*