Aylıq namaz vaxtları
1. 037 dəfə oxunub ,   0 şərh   Çap et

 İslam ibadət sisteminin əsas məqsədlərindən biri də insanlar arasındakı fərqli qruplaşmaları və cəmiyyətin müxtəlif təbəqələri arasındakı fərqi ortadan qaldıraraq bərabər hüquqlu sosial bir model təşkil etməkdir. Kasıb və varlı, ağa və qul, alim və cahil, məmur və sivil, dövlət rəhbəri və adi bir vətəndaş arasında fərq qoymadan onların hər birinə eyni hüququ verməkdir. Qərb tarixini oxuduqda siniflərarası çəkişmələrin necə qanlı hadisələrə, siyasi, mədəni və etnik mübarizələrə səbəb olduğunu müşahidə edirik. İslam tarixində isə buna bənzər heç bir münaqişə və fərqlilikdən söz açıla bilməz. Bunun səbəblərindən biri və bəlkə də ən vacibi camaat halında qılınan namazların müsəlmanlara qazandırdığı qardaşlıq və bərabərlik ruhudur. Çünki hər bir inanan insan, mədəni və ictimai mövqeyi nə olursa olsun, birlik, bərabərlik, ortaq düşüncə və  həzzi sadəcə bu namazlar sayəsində əldə edər.




Şərh yaz

*