Aylıq namaz vaxtları
4. 562 dəfə oxunub ,   0 şərh   Çap et

Camaat halında namaz qılarkən kişi, qadın və uşaqların sıra düzülüşünün necə olacağı Rəsulullah (s.ə.s) tərəfindən bildirilmiş və günümüzə qədər gəlib çatmışdır. Camaat namazı qılarkən ön sırada kişilər, sonra oğlan uşaqları və axırıncı cərgədə isə qadınlar durmalıdır. Mövzu ilə bağlı bir çox hədis var. Bir neçəsini misal gətirək:

Allah Rəsulu (s.ə.s) camaat namazı qılarkən sıraların necə olacağını bilavasitə  özü müəyyələşdirmişdir. O (s.ə.s): “Namaz qılarkən mənim arxamdakı (məndən sonrakı) ilk sırada kişilər, onların arxasındakılar, sonra da onların arxasında duranlar.“[1] − buyuraraq, ilk sırada kişilərin, sonra varsa oğlan uşaqlarının, axırıncı sırada isə qadınların namaz qılmalarını əmr etmişdir.

Rəsulullah (s.ə.s) bundan əlavə bir neçə nəfərin namaz qılarkən sırada necə durmalı olduğunu da öyrətmişdir. Ənəs ibn Malik (r.a) nəql edir ki, Allah Rəsulu (s.ə.s) onun evində qonaq olub onlara namaz qıldırarkən, (Rəsulullah (s.ə.s) imam olmuş), özü bir yetimlə ilk sırada, anası Ümmü Süleym (r.anha) də onların arxasında namaza duraraq namaz qılmışlar.[2] Digər bir hədisdə, Allah Rəsulunun (s.ə.s) namaz qıldırarkən ilk sıraya kişiləri, sonra oğlan uşaqlarını, ən son sıraya da qadınları sıralayaraq namaz qıldırdığı rəvayət edilmişdir.[3]

Evdə ər-arvad və ya ailənin digər üzvləri birlikdə camaat namazı qıla bilərlər.İmamla namaz qılacaq sadəcə bir məhrəm qadın varsa, o, imamın arxasında dayanaraq namaz qılmalıdır. Əgər yer dardırsa imamın ayaqlarının olduğu xətdən geridə, onun sağında duraraq namaz qıla bilər. Əgər qadının boyu imamolan şəxsdən (həddi-büluğ yaşına çatan oğlan uşağı da imam ola bilər) uzunboylu olar və səcdəyə gedərkən boyu imamımın boyunu keçərsə,namaz keçərlidir.

Qeyd etmək lazımdır ki, qadınla kişi eyni vaxt namazını camaatla eyni sırada qılarsa kişinin namazı pozular. Ancaq ayrı-ayrı qılsalar pozulmaz.

[1]Müslim, Səlat122; ƏbuDavud, Səlat95.

[2]Buxari, Azan 78; Nəsai, İmamət 62.

[3]ƏhmədibnHənbəl, Müsnəd, V, 344.



Açar sözləri

cərgə namaz səf səf sıra

Şərh yaz

*