Aylıq namaz vaxtları
1. 818 dəfə oxunub ,   0 şərh   Çap et

İmtahan ərəfəsində olan tələbələr üzərində aparılan bir elmi araşdırmanın nəticəsinə görə, orucun həyəcana, qorxuya, sinir və şüur pozulmasına müsbət yöndə təsirləri böyükdür.

Alimlərin fikrincə, insanlarda qorxu və həyəcan doğuran imtahan və müsabiqələr, məhkəmə prosesi, dəhşətli müharibə və s. kimi hallar ruhi sarsıntıların, stress və depressiyaların başlıca səbəbidir. Üzdə və gözlərdə qan yığılması, titrəmə və dil tutulması hormonal və daxili ifrazat orqanlarının fəaliyyətində qəflətən əmələ gələn pozulmalarla bağlıdır. Tibbi araşdırmalar belə şəxslərdə qan adrenalin hormonunun səviyyəsini  yüksəltdiyini və şəkərli diabet xəstəliyi meydana gəldiyini sübut etmişdir.

Həyəcan və qorxunun dərəcə və müddətindən asılı olaraq, müvəqqəti və ya daimi, yüngül, yaxud ağır şəkərli diabet xəstəliyi meydana gəlir.

Qorxu hissi keçirən şəxslərin sidiyində qlükoza şəkəri müşahidə olunur.

Psixoloqlar bu kimi hallarla qarşılaşma ehtimalı olan şəxslərə bir müddət ac qalmağı – oruc tutmağı tövsiyə edirlər. Çünki oruc sinirlərin qorxu və sarsıntıya, gərginliyə müqavimət gücünü artırır, insanı cəsarətləndirir, hormonal ifrazatı tənzimləyir, ruhi-mənəvi gərginliyi yatırır, fəsadlarının qarşısını alır və mənəvi rahatlıq gətirir.

Oruc qorxu və sinir pozulmalarından meydana gələn ruhi xəstəliklərin müalicəsində dərman rolu oynayır.

Oruclu insan ən qorxunc, ən təhlükəli halları asanlıqla və soyuqqanlılıqla dəf edə bilər. Oruclu olaraq imtahana girən bir tələbə orucun ruhi sakitləşdirici təsirlərini açıq-aşkar hiss edir. Oruclu ikən sərt və ağır ruhi-mənəvi təsirlərə dözən sinirlər orucsuz halda buna çətin tab gətirir.



Açar sözləri

psixologiya Ramazan

Bənzər məqalələr

Zilhiccə orucu

Rəsulullah (s.a.s.) dörd şeyi tərk etməzdi; Aşura orucu, zilhiccənin ilk on günü və hər ayda üç gün oruc tutmağı, sübh namazından əvvəl iki rükət namaz qılmağı.

Nafilə oruclar

Fərz və vacib oruclardan başqa tutulan oruclara nafilə oruclar deyilir. Bəzi günlər xaric ilin bütün günlərində nafilə oruc tutmaq olar.

Şəvval orucu

Kim ramazan ayını oruclu keçirər və ardınca şəvval ayının da altı gününü oruc tutarsa, bütün ili oruclu keçirmiş kimi olar.

Fitrə nədir?

Fitrə, ramazan ayının sonunda nisab miqdarı mala malik müsəlmanların verməklə mükəlləf olduqları vacib sədəqədir.

Etikaf

Həzrət Peyğəmbər (s.ə.s) Mədinəyə gəldikdən sonra vəfatına qədər Ramazan ayının son on günündə etikafa girərdi. Buna görə etikaf Allah Rəsulunun (s.ə.s) önəmli sünnətlərindən biridir.


Şərh yaz

*