Aylıq namaz vaxtları
3. 832 dəfə oxunub ,   0 şərh   Çap et

İnsanların üstünlük haqqında meyarları müxtəlifdir. Kiminə görə var-dövlət, kiminə görə, soy-kök, kiminə görə, millət, kiminə görə də vəzifə, mövqe və s. Ancaq Uca Yaradana görə, xeyirli, üstün insan olmaq Quranı öyrənmək və öyrətməklə bağlıdır. Bu, mühümdür, çünki Quranı oxuyub dərk etmədən üstün olmağın yollarını və  buna mane olan xüsusları bilmək mümkün deyildir. Bu məsələnin eyni zamanda başqa insanlara da çatdırılması tələb olunur ki, yaxşılar və yaxşılıqlar artsın, pislər və pisliklər Quran ab-havasında əriyib getsin. Rəsulullah buyurur: “Ən xeyirli insan Quranı öyrənən və öyrədəndir”.[1]

Qurani-Kərim: “Ey insanlar! Unutmayın ki, Allah qatında ən üstün insan ən təqvalı  (Allaha sayğı göstərib haramlardan çəkinən) insandır. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır”[2] bəyanı ilə ilahi dərgahda əsl dəyərin ölçüsünü, meyarını göstərmişdir. Təqvalı olmaq isə Quranı oxumaq və anlamaqla mümkündür. Deməli, insan oxumaqla, oxuduğunu anlamaqla və öyrənməklə təqvanı əldə edir, onunla ən xeyirlilərin karvanına qoşulur.


[1]Buxari, Fədailul-Quran 21 Tirmizi, Fədailul-Quran 15.

[2]“Hucurat” surəsi, 49⁄13



Açar sözləri

quran

Bənzər məqalələr

Qurandan faydalanmaq

Qurandan faydalanmaq üçün nələrə diqqət etmək lazımdır?

Müqabilə nədir?

Müqabilə, qarşılıqlı oxumaq, oxunan mətni izləmək mənasındadır. Termin olaraq isə, Ramazan ayında bir nəfərin səsli oxuması, digərlərinin də oxuyanı izləməsinə “müqabilə” deyilir.

Peyğəmbər yolu

İman və ibadətlə əlaqəli məsələlərdə doğru yolu tapmaq Quran və Sünnəyə bağlı qalmaqla mümkündür. Dini mövzularda peyğəmbər yolunu izləməyən bir insan bir çox şeydə xəta edə bilər. Peyğəmbər yolu da məhz Uca Allahın Rəsuluna (s.a.s.) bildirdiyi vəhy və Onun (s.a.s.) həmin vəhyi təmsil şəklidir.

Dua və Quran oxumaqla müalicə

Sual: Xəstəni dua və Quran oxumaqla müalicə etmək olarmı?
Cavab: Dua ilə müalicə olunmaq caizdir. Allah-Təala “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik”, – buyuraraq Quranın şəfa olduğunu bəyan edir…

Allahın varlığının dəlilləri 2

Bu yazı Allahın varlığının dəlillərindən Qurani-Kərim, Peyğəmbərimiz və vicdan dəlilləri haqqındadır.


Şərh yaz

*