1. 233 dəfə oxunub ,   0 şərh   Çap et

Dəstəmazın üzə, qollara və ayaqlara faydası hamıya məlumdur. Bəs yaxşı, dəstəmazın gözümüzə müsbət təsir etdiyini desək, necə, bu sizi heyrətləndirməz ki!? Sual edə bilərsiniz ki: “Dəstəmaz zamanı su gözə o qədər də təmas eləmir. Bəs onda nə faydası dəyir?”

Bu suala iraqlı tədqiqatçı tibb elmləri doktoru Şakir Faiqin “Zikra mövlidir-Rəsul” jurnalında yazdığı məqalədən cavab verə bilərik.

“İraqda mülki xəstəxanaların birində göz həkiminin müavini təyin olunmuşdum. Müraciət edənlərin bir çoxunun traxoma[1] xəstəliyinə tutulduğunu görəndə təəccübləndim. Bu sahədə üç il çalışandan sonra ixtisasımı təkmilləşdirmək üçün Avropaya getmək qərarına gəldim. Traxoma xəstəliyinin müalicəsində istifadə olunan ən yeni dərmanların nə cür tətbiq olunduğunu və nəticələrini tezliklə görmək istəyirdim. Lakin orada bu xəstəliyə tutulan xəstələr tək-tük olurdu.

Daha sonra professor Kölkün yanına getdim. Hər gün traxomadan danışırdıq. Bir gün professor məndən Bağdaddakı xəstəxanada traxomadan müalicə olunanların sayını soruşdu. Mən də olduğu kimi dedim. O isə təəccüblə fikrini söylədi: “Sizin müsəlman olduğunuzu bilirəm. Müsəlman beş vaxt namaz qılmaq üçün gündə beş dəfə dəstəmaz alır və üzünü yuyur. Bu adamların traxoma olması qeyri-mümkündür. Belə çıxır ki, sizin ancaq adınız müsəlmandır. Çünki siz dəstəmaz almır və namaz qılmırsınız. Yox əgər dəstəmaz alıb namaz qılırsınızsa, onda bu, traxoma deyil, başqa xəstəlikdir”.

Mən də çar-naçar dedim ki, xəstəlik, əslində, elə traxomadır, sadəcə, biz dəstəmazsız və namazsız müsəlmanlarıq. Professor dedi: “Gündə beş dəfə axar və təmiz su ilə üzünü-gözünü yuyan adam traxoma xəstəliyinə tutulmaz”[2].

Dəstəmazda, namazda, orucda və bütün digər ibadətlərdə bizim sağlamlığımız üçün bir çox faydalar mövcuddur. Yəni biz ibadət etməklə, dəstəmaz almaqla, əslində, özümüzə yaxşılıq etmiş, mənəvi və fiziki sağlamlığımızı qorumuş oluruq.

[1] Traxoma – göz qapaqlarının altında əmələ gələn və vaxtında müalicə olunmadığı təqdirdə görmə qabiliyyətinin itirilməsi ilə nəticələnən yoluxucu göz xəstəliyi.

[2] Abdullah Faruki, “Rehber” dergisi, say: 94



Açar sözləri

dəstəmaz göz sağlamlıq

Bənzər məqalələr

Oruc sağlamlıqdır

Orucdan çətin müalicə olunan və qıcqırma nəticəsində meydana gələn bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Eyni zamanda, qəbizliyin artmasının qarşısını alan ən münasib vasitələrdən biri də orucdur.

Orucun tibbi hikmətləri

Oruclu insanın orqanizmi qida fəaliyyətinin azalması nəticəsində qeyri-iradi olaraq bir çox lüzumsuz yorğunluqdan xilas olur.

Beynimiz və oxuma

İndi gözləriniz hərflər üzərində hərəkət edir. Gördükləriniz beyninizə ötürüldükdə beyninizdə sirlərlə dolu elm aləminə səyahət başlayır. Bəs görəsən oxuyub-anlamaq necə baş verir? Beyində digər mərkəzlər kimi oxuma mərkəzi də varmı?

Dəstəmazın fərzləri

“Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı başınızı məhs edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun…”

Dəstəmazın növləri

Su ilə üzü, qolları, ayaqları yumaq və başı məsh etməkdən ibarət olan xüsusi təmizliyə dəstəmaz deyilir. Dəstəmaz hökm və dərəcəsinə görə üç yerə ayrılır: fərz, vacib və məndub.


Şərh yaz

*