Aylıq namaz vaxtları
909 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:”Dərman içdim, sağaldım” kimi cümlələrin işlədilməsi düzgündürmü?

Bu, qədərə, taleyə aid mövzudur. Qədərə inanan adamın hər anı “Allah görür”  düşüncə və imanı ilə keçir. Qurani-Kərimdə: “Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!”[1]– buyurulur. Bizim hər cür işlərimizi, əməllərimizi yaradan Allahdır. Allah izni ilə yeyir, içir, yatıb-qalxır, düşünür və danışırıq. Əslində, məxluq, yəni yaradılmış nə varsa – hamısı Allah tərəfindən var edilmişdir. Deməli, əməlləri də yaradan Allahdır. Biz gündəlik söhbətlərdə “Yedik, içdik, oturduq, qalxdıq…” kimi sözlər işlətsək də, əslində, yedirdən də, içirdən də, oturdan, qaldıran da Allah-Təaladır. Hər halda, vərdiş etdiyimizə görə belə sözlər deyirik.

Əslində, biz Allah-Təalanın adını bəsit işlərlə birgə çəkməmək üçün belə deyirik. Doğru olan isə “Allah su içirdi, Allah yemək yedirdi, Allah meyvə yedirdi” şəklindədir.

İndi suala qayıdaq. Bir həkimin yanına gedənə, bir girəndə tez-tez belə sözlər eşidirik: “Filan həkimin yanına getdim, mədəm yaxşılaşdı”, “Əməliyyat oldum, ağrılarım qurtardı”, “Bu dərman başağrısı üçün çox yaxşıdır”, “Bu dərmanı atın, sapsağlam olacaqsınız”. Bu sözləri inanaraq desək, Allaha şərik qoşma təhlükəsi ilə üzləşə bilərik! Qədər yönündən baxanda bütün vasitələr – yəni dərman, müalicə və s. hər biri bir səbəbdir. Lakin bu cür sözlərin işlədilməsi səbəblərin ilahlaşdırılmasına, yəni Allahın yerinə qoyulmasına gətirib çıxarır. Allah qorusun, bu cür halar insanı fərqində omadan şirkə aparar. Bunlar gündəlik həyatda tez-tez qarşılaşdığımız hallar olduğuna görə, bəlkə də, məcazi mənada qəbul edilə bilər. Amma bir şeyi unutmamalıyıq ki, bunların hamısı Allah-Təalanın izni ilə baş verir.

Tibbin, yaxud başqa bir elm sahəsinin özünəməxsus dili və ədəbiyyatı ola bilər. Lakin hər bir müsəlman tövhid (Allahın bir olması, hər şeyə qüdrətinin çatması) anlayışı ilə danışmalıdır. Məsələn: “Dərman aldım, Allahın izni ilə başımın ağrısı keçdi”, “İmtahandan 500 bal yığdım. Allah mənə bu ağılı verməsəydi, toplaya bilməzdim” kimi…

Madam ki Qurani-Kərimdə: “Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!”[2] – buyurulur, elə isə gördüyümüz işlərdən, danışdığımız sözlərdən, etdiyimiz yaxşılıqlardan bizim payımıza acizlik və zəiflikdən başqa bir şey düşmür. Biz də acizliyimizi dərk edib yeganə qüdrət sahibi Allah-Təalaya yönəlməliyik.



[1]. “Saffat” surəsi, 96

[2]. “Saffat” surəsi, 96



Açar sözləri

dərman şəfa

Bənzər məqalələr

Qulaq yudurmaq orucu pozurmu?

Qulaqla boğaz arasında bir kanal mövcuddur. Qulaq pərdəsi bu kanalın önünü kəsdiyinə görə qulağa daxil olan su və ya damızdırılan dərman boğaza gedib-çatmır. Buna görə də, qulağa damızdırılan dərman və qulağın yuyulması nəticəsində oruc pozulmur.

Dilaltı həblər orucu pozurmu?

Ürəyində narahatlıq olan bəzi şəxslərin istifadə elədiyi dilaltı həblər birbaşa ağız toxumaları tərəfindən qana sovrulur, mədəyə gedib çatmır. Buna görə də dilin altına qoyulan həblərdən istifadə etmək orucu pozmur.

Tərkibində spirt olan dərman

Sual: Tərkibində spirt olan dərman içməyin hökmü nədir? Cavab: Rəsulullah (s.ə.s) bir hədisində buyurur, “Çoxu haram olan şeyin azı da haramdır. Allah haram buyurduğu şeylərdə şəfa yaratmamışdır.”

Xəstələrin şəfa tapması üçün dua

Bismillahirrahmanirrahim, Fərdun, hayyun qayyumun hakəmun adlun quddusun. “Allah hər çətinlikdən sonra bir rahatlıq gətirir”


Şərh yaz

*