1. 305 dəfə oxunub ,   0 şərh   Çap et

Onunla bağlı məlumatlar təkcə Ondan əvvəl gələn peyğəmbərlərin dilində dolaşmır, onların arxasınca gedən arif adamların da muştərək mövzusunu təşkil edirdi. İşığını peyğəmbərlərin qoyduğu mirasdan alan bu insanlar da hər fürsətdə sözu Onun üstünə gətirir və toplumdakı missiyaları nisbətində gələcək günlərlə bağlı insanları məlumatlandırmaq vəzifəsini də icra edirdilər. Ən yaxın yerdən Hindistan kimi uzaq ölkələrə qədər bir cox bölgədə oxşar məlumatlar dolaşsa da, bu məlumatların daha geniş yayıldığı məkanlar Yəmən, Şam (Dəməşq) və Hicaz bölgələri idi.

1. Yəmən

Yəmən − Peyğəmbərimizin babalarından Adnanın iki oğlundan biri olan Akkın qohumluq əlaqələri qurub yerləşdiyi bir bölgə idi. İşlərin artıq axara düşdüyü sonrakı dönəmdə Rəbia ibn Nəsr adlı bir məlik burada hökmranlıq edirdi. O, bir gecə qəribə bir yuxu görmuş və bundan cox təsirlənmişdi. Yuxusunu danışmadığı nə bir kahin, nə də bir sehrbaz qalmışdı. Amma heç cur  yuxunu yozdurub rahatlıq tapa bilmirdi. Ölkəsindəki butun müdrikləri, alimləri yığsa da, onların dedikləri Rəbia ibn Nəsri razı salmamışdı. Artıq elə bir vəziyyətə

gəlib catmışdı ki, ondan yuxusunu soruşanlara da inanmırdı. “Əgər yozumunu biləndirsə, danışmamış yuxudan agah olmalıdır,” − deyə düşünürdü.

Nəhayət, müdriklərdən biri məlikin bu halına aydınlıq gətirmək üçün ona bir tövsiyə etdi: əgər məlik yuxusunun yozumu ilə cox maraqlanırdısa, onda Satih və Şıqq adlı iki kahinə müraciət etməli idi.Çünki bu iki kahin həm vücud quruluşu, həm də verdikləri xəbərlərlə insanların diqqətini cəlb etmiş, yaşadıqları bölgədə insanların yeganə pənahgahına çevrilmişdi. Onların ikisi də məşhur kahin Tarifənin ölduyu gün anadan olmuşdu və sanki, Tarifə kahinliklə bağlı butun məharətini onlara miras qoyub getmişdi. Bu iki kahinin bədən quruluşu da cox qəribə idi. Satihin bədəni sanki, bir hissədən ibarət idi; uzu sinəsinə yapışmışdı, sanki. Hətta demək olar ki, bədəni sumuksuz idi. Adını da buna uyğun almışdı. Hirsləndiyi vaxt oturduğu yerdə şişib qalır və hərəkət edə bilmirdi. Şıqqa gəlincə onun da bədənində bir qəribəlik vardı; yarım insana bənzəyirdi. Məlik yuxusunun bu iki kahin tərəfindən düzgün yozulacağını eşidən kimi hər ikisinə xəbər gondərdi. Satih Şıqqdan tez gəlmişdi.

Məlik əvvəlcə məqsədini danışdı. Sonra da kahinin məharətini yoxlamaq üçün dedi:

− Əgər yuxumu bilirsənsə, yozumunu da bilərsən.

Satih özünə çox güvənirdi. O:

− Yuxunu yozaram, − deyir arxayınlıqla… Və məlikin yuxusunu ondan hec nə eşitmədən danışmağa başlayır:

− Yuxunda zülmət qaranlığın icindən qara bir cismin cıxdığını gördün. Sonra bu cisim Təhmə adlı yerə tərəf getdi. Sonra da başı olan hər bir canlı ondan yeməyə başladı.Məlik heyran qalmışdı. Bəli… Bəli… Yuxuda gordukləri eynilə Satihin danışdığı kimi idi. Heyrət və caşqınlığını gizləyə bilməyən Məlik:

− Bəli, bəli, ey Satih! Hec bir səhvə yol vermədin, yuxuda gördüklərim eynilə dediyin kimi idi. Yaxşı, bəs bunun yozumu necədir? − deyir.

− Ey məlik, inandığım bütün dəyərlərə and içirəm ki, sənin hökmranlıq etdiyin ərazilərə həbəşlilər hücum edəcək və Əbyənlə Cəraş arasındakı bölgəyə hakim olacaqlar!

− Bu, bizim üçün fəlakət deməkdir, ey Satih. De görüm, bu hadisə mənim dövrümdə olacaq, yoxsa məndən sonra?

− Bu, səndən bir müddət − altmış və ya yetmiş il sonra baş verəcək.

− Onların səltənəti davam edəcəkmi, yoxsa onun da bir sonu olacaq?

− Yetmiş ildən bir az kecmiş süqut edəcək. Onlar hücuma məruz qalacaqlar, bir hissəsi öldürüləcək, bir qismi də bu yerlərdən qaçıb gedəcək.

− Bəs onların yerinə kimlər gələcək?

− Zi-Yezənlər… Onlar Adn tərəflərdən gələcək və Yəməndə bir nəfəri də sağ qoymayacaqlar.

− Bəs bunların hakimiyyəti davam edəcəkmi, yoxsa onlar da süquta uğrayacaq?

− Onların da sonu gələcək.

− Bəs onların hakimiyyətinə kim son qoyacaq?

− Nəbiyyi-Zəki. Ona Uca Aləmlərdən vəhy gələcək.

− Həmin peyğəmbər kimlərdən olacaq?

− Qalib ibn Fihr ibn Malik oğullarından… Artıq məliklik qiyamətə qədər Onun qövmünün əlində qalacaq.

− Həqiqətən də, bu həyatın sonu olacaqmı?

− Bəli. Həmin gün birincilər və sonradan gələnlər hamısı bir yerə toplanacaq. Kamal sahibləri və məsud yaşayanlar yüksələrkən quldurluq edənlər ayaq altında zəlil və rüsvay olacaqlar.

− Həqiqətən, bu danışdıqların doğrudurmu?

− Əlbəttə! Şəfəqin aydınlığına, gecənin qaranlığına və ağaran dan yerinə and olsun ki, sənə danışdıqlarım doğrudur və bunlar baş verəcəkdir.

Məliklə Satih arasındakı bu dialoqdan cox kecməmiş Şıqq da gəlir. Məlik bu dəfə də Satihin dediklərindən bircə kəlmə acmadı. O, məsələni Şıqqın dilindən də eşitmək istəyirdi. Hər iki kahinin birbirindən xəbərsiz yuxunu yozmasını yoxlamaq istəyirdi. Şıqqın da danışmağa sözü vardı:

− Bəli, − dedi və əvvəlcə məlikin yuxusunu danışdı:

− Yuxunda zulmət bir qaranlığın içindən qara bir cismin çıxdığını görmüsən. Sonra həmin bu cisim təpəlik və bağlıq bir yerə tərəf getdi. Bundan sonra da hər bir canlı ondan yeməyə başladı. Məlikdə şübhədən əsər-əlamət qalmamışdı; hər ikisi də eyni şeylərdən bəhs edirdi. Ancaq Satih yerin adını dəqiq bildirdiyi halda Şıqq yalnız bölgənin əlamətlərini demişdi. Satih “başı olan hər bir canlı” dediyi halda, Şıqq “hər bir canlı” deyərək məsələni qısaca izah etmişdi.

− Hər şey dediyin kimidir, heç bir səhvin olmadı, ey Şıqq! Bəs səncə, bu yuxunun yozumu necədir?

− Bu iki isti bölgə arasında olan hər bir insana and olsun ki, sudanlılar sizin torpaqlarınıza gəlib hər yeri istila edəcək. Sonra da Əlyən ilə Nəcran arasında hakimiyyət qurub məskunlaşacaqlar.

− Ey Şıqq, atanın adına and içirəm ki, bu, bizim üçün fəlakət deməkdir. Bütün bunlar nə vaxt baş verəcək, mənim dövrümdə, yoxsa məndən sonra?

− Xeyr, səndən bir müddət sonra baş verəcək. Sonra sizi onların əlindən qüdrəti və şanı uca olan bir şəxs xilas edəcək, onlara böyük əzab da daddıracaq.

− Yaxşı, bu qüdrətli insan kimdir?

− Zi-Yezən evləri arasından cıxacaq bir qəhrəman gənc…

− Onun hakimiyyəti davam edəcəkmi, yoxsa o da tənəzzül edəcək?

− Onun səltənəti də süqut edəcək. Həm də din və fəzilətlə göndərilən, ədaləti və haqqı təmsil edən bir Rəsulun əli ilə… Bundan sonra “fasıl günü”nə kimi hakimiyyət də Onun qövmünə məxsus olacaq.

− “Fasıl günü” nə deməkdir?

− Doğulan hər bir canlının hesaba çəkildiyi, səmadan ölü və diri hər kəsin eşidəcəyi səslərin gəldiyi və hamının haqq-hesab üçün bir yerə toplandığı gün deməkdir. O gün muttəqilər üçün qurtuluş və xeyir vardır.

− Bu danışdıqların, həqiqətən də, doğrudurmu?

− Səmanın və yerin Rəbbinə və bu ikisinin arasındakı hər şeyə and olsun ki, sənə danışdıqlarımın hamısı doğrudur və şübhəsiz ki, hər biri də gerçəkləşəcəkdir. Hər iki kahindən eyni sözləri eşidən məlik gələcək qorxusu ilə övladlarını Fars ətraflarında bir bölgəyə göndərməyə cəhd göstərmiş, bununla da öz təhlükəsizliyini təmin edəcəyini düşünmüşdü. Ancaq bütün bu görülən tədbirlər qədərin öz hökmünü  icra etməsinə mane

ola bilməyəcək və Yəmən torpaqları vaxtı gəlincə məlikin kahinlərdən eşitdiklərinə əskiksiz şahid olacaqdı. (Suyuti, Hasaisu’l-Kübra, 1/60. Bütün bu hadisələrin nəticəsini qeyd etmək məqsədilə bildirək ki, aradan əsrlər

ötəcək və həqiqətən, Satihlə Şıqqın dediyi kimi, Seyf ibn Yezən adlı bir hökmdar bizanslılarla və farslarla əlbir olaraq bütün Yəmən bölgəsin iöz hakimiyyəti altına alacaqdı. Bu vaxt ətrafdakı qəbilələrdən onu təbrik etmək və hədiyyə vermək üçün gələnlərin arasında Qureyş dəstəsi də var idi. Bu dəstənin arasındakı bir nəfər Seyf ibn Yezənin diqqətini cəlb edir.Bu, Abdulmuttalib idi. Onunla danışmaq istəyirdi, yaxınlaşıb kim olduğunu soruşur. Sonra ona da gözlədiyi Peyğəmbər haqqında bildiklərini bir-bir danışır. Əlbəttə, onun bu sözləri baba Abdulmuttalibə də qucaq dolusu müjdə və sevinc bəxş edirdi. Bax: İbn Kesir, el-Bidaye ve’n-Nihaye, 2/328)

 

Əbu Kərbin Mədinəyə hücumu

Yəmən məliki Rəbianın dövrü artıq başa çatmış, hakimiyyəti Əbu Kərb adlı başqa bir məlik təhvil almışdı. Çılğın xarakterə malik olan və öz gücünə  hədsiz güvənən Əbu Kərb çox keçmədən qonşu ölkələrin fəthinə başlamışdı. Bu fəthlərin gedişatında sonralar Mədinəyə də yönəlmiş, ancaq Qureyza oğullarından olan iki müdrik yəhudinin sozlərindən təsirlənib Mədinəyə basqın etmək fikrindən daşınmışdı. Belə ki, məlik şəhərə hucuma hazırlaşdığı bir vaxtda bu iki yəhudi onun qarşısına dikilmiş:

− Ey məlik! Əsla belə bir işə yol vermə! İllah da: “İstədiyimi edərəm,”− deyirsənsə, bil ki, yolunu maneələr kəsər və sən buna əsla nail ola bilməzsən.

− Bunun səbəbi nədir?

−Cunki bu məkan axırzamanda Harəm torpaqlarında Qureyş arasından çıxacaq Peyğəmbərin hicrət yeridır. Bura Onun evi və məskunlaşacağı bölgə olacaqdır.( Taberi, Tarih, 1/426)

Eşitdiyi sözlər əlindəki imkanlardan daha güclü idi, beləcə, məlik Mədinə və mədinəlilərlə döyüşmək  fikrindən daşınacaq, ağıllarına heyran qaldığı bu iki müdrik yəhudinin dinini qəbul edəcək, onları özu ilə Yəmənə aparacaqdı. İki səmimi könül insanından aldığı enerji ilə, sanki, yenidən doğulan məlik artıq daxili aləminin fəthinə başlamış və öz ruh dünyasında bu iki gəncin həyəcanını yaşayırdı. Buna gorə də Yəmənə qayıdar-qayıtmaz həyəcanını və coşqusunu xalqı ilə bölüşmək istəyəcək, Hımyer xalqı bu dəvəti əvvəlcə qəbul etməyəcək və dəvət edildikləri etiqadla bağlı dəlil axtarışına başlayacaqdı. Onların müqəddəs saydıqları bir atəşləri var idi. Məlikin sözlərini yoxlamaq üçün onu bu alovla imtahana dəvət edirlər. Məlikin isə heç bir qorxusu yox idi və onların dəvətini qəbul edib müqəddəs hesab etdikləri odun yanına gedir. Xalqın inancına görə, bir məsələnin doğru olub-olmadığını ancaq bu oda  danışmaqla aydınlaşdırmaq olardı.Atəş kimə zərər verərdisə, həmin tərəfin haqsız olduğuna dair hökm verməklə məsələni isbat olunmuş sayırdılar. Məsələ oda ərz olunduğu zaman həmin iki yəhudi də məlikin yanında hazır dayanmışdı. Onlar boyunlarından muqəddəs kitablarını asmış, dillərində Tövrat ayələri, Rəblərinə təvəkkül edə-edə növbənin çatmasını gözləyirdilər. Bu zaman bütləri ilə oda yaxınlaşan adamların bütün bütləri yanıb külə donmuş, ancaq bu iki yəhudi ilə məlikdə heç bir yanıq izi meydana gəlməmişdi. Onlar oda yaxınlaşdıqca alov kiçilir, alovun dilləri çıxdığı yerə qayıdıb, sanki, yox olurdu. Bundan sonra Himyer xalqının əksəriyyəti bu iki müdrik yəhudi gəncin dinini qəbul etmiş və ilk dəfə olaraq yəhudilik Yəmənə qədəm basmışdı.Daha sonra bu iki yəhudinin tövsiyəsi ilə Əbu Kərb Kəbənin təmiri üçün müəyyən işlər görmüşdu. Belə ki, ona yuxuda Kəbəni qalın örtüklə örtmək söylənmiş, o da Kəbənin üzərinə örtuk çəkən ilk şəxs

olmuşdur. Bundan sonra iki dəfə də buna bənzər yuxular görmüş və hər dəfə də daha keyfiyyətli parça ilə Kəbəni örtməsi deyilmiş, o da Kəbəni dövrünün ən keyfiyyətli qumaşları ilə örtmuş, bu işi özündən sonrakılara da vəsiyyət etmişdi. Artıq özünə rəhbər bildiyi bu iki yəhudinin sözlərinə o qədər aludə olmuşdu ki, gələcəyindən bəhs etdikləri Sonuncu Peyğəmbərə, sanki, aşiq olmuş, onun adını sayıqlamağa başlamışdı. Şeirlərinin birində

hətta bunları soyləyəcəkdi:

Mən Əhməd adında bir insanı tanıyıram ki, O, Allah tərəfindən

göndərilən bir Rəsul və yaradılmışların ən şərəflisidir.

Əgər ömrüm Onun ömrünə çatarsa, Ona ən sadiq vəzir və əmioğlu olacağam.

Bu gun mən qılıncımla Onun düşmənlərinə müharibə elan etmişəm ki,

Beləcə, Onun qəlbində meydana gələ biləcək sıxıntıları indidən aradan qaldırım… (Taberi, Tarih, 1:427-429)




Şərh yaz