Aylıq namaz vaxtları
2. 135 dəfə oxunub ,   0 şərh   Çap et

Allahı görə bilməməyimizin bir çox səbəbləri vardır. Bunları dörd maddədə qruplaşdırmaq olar:

1. Yaradılış potensialımızın Allahı görəcək gücdə olmaması,

2. Allah-Təalanın bənzərinin və əksinin olmaması,

3. Zühurunun şiddətindən gizlənməsi,

4. İmtahan dünyasının bu cür tələb etməsi.

İndi isə bu maddələri qısaca aydınlaşdırmağa çalışaq:

İnsanın yaradılış potensialı Allahı görməyə kifayət eləmir

Görmək bir şeyi hərtərəfli əhatə etmək deməkdir. Məsələn, vücudumuzda mikroblar var. Hətta dişimizin dibində milyonlarla bakteriya mövcuddur. Bunlar əllərindəki imkan və “alətlər”lə dişimizi yonmağa, xarab etməyə, aşındırmağa çalışırlar. Halbuki biz nə bunların səs-küyünü eşidir, nə də varlıqlarını hiss edirik. Onlar da bizi görə bilmirlər, tamamilə əhatə etməkdən isə söhbət gedə bilməz. Bakteriylar insanı bütöv halda görüb əhatə etmək üçün ilk növbədə insandan kənarda və tamamilə müstəqil yaşamalı, həm də teleskop kimi iri gözlərə malik olmalıdırlar. Deməli, insanı əhatə edə bilmədiklərindən görə bilmirlər.

Mikro aləmə aid bu misala oxşar bir nümunə də makro aləmdən verək. Yerimizdə dayanıb dünyanın ən güclü teleskopu ilə göy üzünə baxsaq, kainatın cüzi bir hissəsini görərik. Kainat o qədər böyükdür ki, ən güclü teleskoplar belə onu əhatə edə, tam göstərə bilmir. Nəticə etibarilə, bu halda biz insanların kainatın idarəsini, ümumi şəklini və mahiyyətini görə bilməsi və anlaması mümkün deyildir. Çünki insan mikro aləmdə olduğu kimi, makro aləmdə də tam əhatə qabiliyyətinə sahib deyildir. İndi isə Allah (c.c.) haqqında fikirləşək. Peyğəmbərimiz buyurur ki: “Bütün aləmlər Allahın (c.c.) kürsüsü ilə müqayisədə səhraya atılmış bir halqa kimidir[1]. Bu böyüklük və əzəmətin ehtişamı başgicəlləndiricidir. İndi kainatla müqayisədə mikroskopik varlıqlar olan bizlərin bütün aləmləri qavrama iddiası əbəs olduğu kimi, Rəbbin Ərşi-Əzəmini (kürsüsünü) − kainat da Onun yanında mikroskopik varlıq sayılır − anlamaq cəhdləri də bihudədir. Ərşi-Əzəmə gəldikdə isə, o, Allahın əmrlərinin icra olunduğu yerdir. O halda Allahı dərk edib qavramaq mümkündürmü?

Ona görə də Qurani-Kərimdə: “Gözlər Onu (görüb) əhatə edə bilməz. O (Onun elmi) isə bütün gözləri əhatə edər…[2] – buyurulur. Bəli, gözlər Onu dərk və əhatə edə bilməz. Görmək üçün əhatə etmək lazımdır.

Bənzərinin və əksinin olmaması

İnsanın Allahı görüb dərk edə bilməməsinin mühüm bir səbəbi də Allahın bənzərinin və əksinin olmamasıdır. Biz əşya və hadisələri bənzəri və əksi olduğuna görə dərk edə bilirik. Məsələn, soyuq olmasa, istinin, acı olmasa, şirinin, işıq olmasa, qaranlığın nə olduğunu heç vaxt bilməzdik. İnsanlar bizə heç vaxt görmədiyimiz bir şeydən danışanda “Nə cürdür, nəyə oxşayır?” kimi suallar verib onun mahiyyətini dərk etməyə çalışırıq.

Bütün bunlar göstərir ki, biz insanlar əşyaları iki yolla tanıyır. Birincisi, bilmədiyimiz və görmədiyimiz bir şeyi onun oxşarına baxıb tanımağa çalışırıq. İkincisi, əvvəllər görmədiyimiz və bilmədiyimiz bir şeyi onun əksinə baxmaqla dərk edirik.

Məhz bu səbəbdən də biz insanların Allahı qavraması mümkün deyildir. Çünki Onun varlıq içərisində nə bir bənzəri, nə də bir əksi vardır. Allah-Təala da özünü “İxlas” surəsində bu cür tanıdır: “(Ya Peyğəmbər!) de: “O Allah birdir (heç bir şəriki yoxdur); Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!) O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir bənzəri də yoxdur!” Başqa bir ayədə isə belə buyurur: “Ona bənzər heç bir şey yoxdur”.[3]

Zühurunun şiddətindən gizlənməsi

Allahı görə bilmərik, çünki O, zühurunun şiddətindən gizlənmişdir. Bunun nə demək olduğunu Günəşin nümunəsində anlamağa çalışaq. Əgər günəş böyüyüb bütün yer üzünü əhatə etsəydi və eyni anda dünyanın hər tərəfinə işıqlarını versəydi, onu görə bilməzdik. Çünki günəş şüaları yer üzünə fasiləsiz düşdüyü üçün daima gündüz olardı. Bu zaman isə biz günəşin və işığın nə olduğunu anlamazdıq. Deməli, həm günəş, həm də işığı zühurunun şiddətindən gizlənmiş olacaqdı.

Allah da varlığını fasiləsiz olaraq − hər an, hər saniyə həyat, elm, rəhmət, iradə və qüdrət kimi sifətləri ilə elə şiddətlə hiss elətdirir ki, zühuru şiddətindən gizlənir.

İmtahan dünyasının bu cür tələb etməsi

İnsanın Allahı görə bilməməsinin mühüm bir səbəbi də bu dünyanın imtahan dünyası olmasıdır. Əgər Allah insanı fərqli şəkildə yaratsa idi, yəni Zatını görüb əhatə etmə qabiliyyəti versə idi, o zaman imtahan sirri pozulardı. Belə ki, Onu hər kəs görüb istisnasız imana gələrdi. O halda dünya həyatındakı imtahanın məqsədi reallaşmazdı. Bu imtahan müəlliminin suallarla birlikdə cavabları da şagirdlərə verməsinə bənzəyərdi. Məqsəd inananla inanmayanın, yaxşı ilə pisin ayırd edilməsi deyilmi?

Buna görə də Allah imtahan zərurətindən irəli gələrək gözlərimizdən gizlənmişdir. Amma yaratdığı əsərlərlə, yəni kainat qalereyasında sərgilədiyi sənət əsərləri ilə, göndərdiyi kitab və peyğəmbərlərlə varlığını “ağıl göz”lərimizə göstərmişdir. O halda önünə sərilmiş ilahi əsərlərə baxıb Sənətkarını görməyi bacaran və bu əsərlərin yaradılış qayəsini açıqlayan rəhbərlərə – peyğəmbərlərə iman edənlər və onların yolunu tutanlar bu sınaqdan alnıaçıq çıxacaq, görməyi bacarmayan və ya görmək istəməyənlər isə imtahanda uğursuzluğa düçar olacaqdır.


[1] “Təcridi-Sarih”, 9/7.

[2] “Ənam” surəsi, 6/103.

[3] “Şura” surəsi, 42/11.



Açar sözləri

Allah görmək

Bənzər məqalələr

Allahın varlığı haqda 2 sual

1. Deyirlər ki, hər şeyi yaradan Allahdır. Elə isə, bəs Allahı kim yaradıb?
2. İndi ki, Allah bizə bu qədər yaxındır, bizi yaradandır, bizim nə düşündüyümüzü, nə etdiyimizi bilir, o zaman nə üçün biz Allahı görmürük?

Allahın varlığının dəlilləri 1

Məqalə Allahın varlığının kainat, iradə, hüdus, intizam, elm, sənət, hikmət, məqsəd, şəfqət, mərhəmət və ruzi, yardımlaşma, təmizlik, simalar, ilahi sövq, çoxçeşidlilik (tənəvvüat) dəlilləri haqdadır.

Beynimiz və oxuma

İndi gözləriniz hərflər üzərində hərəkət edir. Gördükləriniz beyninizə ötürüldükdə beyninizdə sirlərlə dolu elm aləminə səyahət başlayır. Bəs görəsən oxuyub-anlamaq necə baş verir? Beyində digər mərkəzlər kimi oxuma mərkəzi də varmı?

Elm Allahı bilməkdir

Elm “oxumaqla əldə edilən bilik, məlumat” mənasındadır. Lüğətlərə nəzər saldıqda elm sözünün “bir şeyi həqiqi mahiyyəti ilə qavramaq, həqiqətlə eyni olan və qəti olaraq bilinən şey, bir şeyin şəklinin zehində formalaşması, əşyanı bütün və hissələri ilə anlamağa çalışmaq” və bənzər mənalarının olduğunu görürük. Elm kəlməsi cəhalət və elmsizlik (savadsızlıq) kəlmələrinin antonimidir.

Peyğəmbərə itaət Allaha itaətdir

Müsəlman olaraq biz həm Allaha, həm də Rəsuluna (s.ə.s) iman edirik. Yəni Allahın göndərdiyi Quran və Rəsulunun sünnəsinə tabe olmaqla mükəlləfik. Çünki Allah Rəsulullah (s.ə.s) vasitəsilə əmr və qadağan etdiklərinə tabe olmağı əmr etmişdir.


Şərh yaz

*