Aylıq namaz vaxtları
1. 155 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Televizya və internetdən Afrika və Asiya ölkələrində köməyə ehtiyacı olan insanları görürük. Bu qəbildən olan kasıb ölkələrdə qurban kəsdirmək olarmı?

Cavab: Bir şəxs vacib olan qurbanı özü kəsə biləcəyi kimi, vəkalət yolu ilə başqasına da kəsdirə bilər. Çünki, qurban mal ilə edilən ibadətdir. Maddi imkanlarla edilən ibadətlərdə isə vəkalət caizdir. Vəkalət yolu ilə qurban kəsdirən şəxs özü yaşadığı yerdə başqasına vəkalət verə biləcəyi kimi, başqa bir yerdəki şəxsə və ya təşkilata da vəkalət verə bilər. Vəkalət sözlə, yazılı və ya telefon, internet, faks və bənzəri informasiya vasitələri ilə verilə bilər.[1]

Quranı Kərimə  və Peyğəmbərimizin (s.ə.s) hədislərinə nəzər saldıqda kəsən şəxsin də qurban ətindən bir parça yeməsinə təşviq olduğu görülməkdədir. “… Onlardan özünüz də yeyin, biçarə (zavallı) yoxsullara da yedirdin.”[2] “… (ətindən) özünüz də yeyin, (yanınızda olub utandığından) əl açmayana (lakin verilənə etiraz etməyənə) və dilənçiyə də yedirdin.[3]

İbn Abbas (r.a), Hz. Peyğəmbərin (s.ə.s) kəsdiyi qurbanla əlaqəli nəql edir ki: “O, üçdə birini ailəsinə yedirər, üçdə birini yoxsul olan qonşularına verər, geri kalan üçdə birini də sədəqə kimi paylayardı.”[4]

Ayə və hədislərin işığında deyə bilərik ki, imkanımız varsa qurbanı yaşadığımız yerdə kəsmək daha yaxşıdır. Ancaq öz qurbanından əlavə olaraq kəsilən ikinci qurbanı ˗ xanımın, vəfat etmiş bir şəxsin və s. adına kəsiləcək qurban ˗ kasıb ölkələrə göndərmək də mümkündür.


[1] Türkiyə DİB Fətva qurumu
[2] Həcc, 22/28.
[3] Həcc, 22/36.
[4] Kəsani, Bədai, V, 6264.


Açar sözləri

afrika kəsmək qurban

Bənzər məqalələr

Hansı heyvanlardan qurban kəsmək olar?

Kəsiləcək qurbanlıq heyvan cins (növü), yaş, çəki (neçə adama çatması) baxımından müəyyən xüsusiyyətlərə malik olmalıdır. “İslam alimləri, yalnız xırdabuynuzlu və iribaş heyvanların qurban kəsilməsinin səhih olması ilə bağlı həmfikirdirlər. Bu heyvanlara camış, dəvə, inək, öküz, keçi, qoyun, qoç və təkə daxildir. Bu heyvanların erkəyi ilə dişisi, axtası ilə qeyri-axtası arasında fərq yoxdur”.

Ov heyvanlarından qurban kəsilər?

Sual: Əhliləşdirilmiş maral, ceyran, cüyür, çöl öküzü, çöl qoyunu, dağ keçisi, vəhşi iribuynuzlu heyvan, vəhşi camış, vəhşi dəvə və zürafə kimi əti halal olan otyeyən heyvanları qurban kəsmək olar?

Qurban kəsmək kimlərə vacibdir?

Qurbanın vacib olması üçün bəzi tələblər var. Belə ki, qurban bayramında qurban kəsmək əqli cəhətdən sağlam olan, yetkinlik yaşına çatmış, səfərdə olmayan, azad və şəriətə görə maddi imkanı çatan hər bir müsəlmana vacibdir.

Qurbanın əsaslandığı dəlillər

Əbu Hənifəyə görə qurban kəsmək vacib, əksər İslam hüquqşünaslarına görə isə sünnədir.

məscid namaz dua
Bayram namazı necə qılınır?

Bayram namazları iki rükətdir. Camaatla və səsli qılınır. Azan və qamət oxunmur.


Şərh yaz

*