2. 930 dəfə oxunub ,   0 şərh   Çap et

Uşaqlara qarşı mərhəmət və şəfqətin ən səmərəli metodu nümunə olmaqdır. Qapıya gəlib yardım üçün əl açan bir adama ərin xanımından əvvəl, yaxud evin xanımı əri ilə birlikdə, hər ikisi olanı-qalanı ilə yardım etməyə tələsməsi, onun dərdinə şərik olub qayğı ilə dinləməsi uşaqların şəfqət hissinə yiyələnməsi baxımından təsirli nümunədir.

Uşaqların şəfqət hissini irsi yolla əldə etməsi də mümkündür. Məsələn, bəzi uşaqlar hələ kiçik yaşdan kövrək olurlar. Bu hal onların daha sonralar bir az həssas, incə, ürəyiyuxa olacağından xəbər verir.  Hərçənd, bəzən onlar da sırf diqqət cəlb etmək, istədiklərini valideynlərdən qoparmaq  üçün özlərini ağlayırmış kimi göstərirlər, amma incəlikdən doğan göz yaşı həmişə fərqli olur. Uşaqların əliaçıq, ürəyiaçıq, comərd, riqqətli, şəfqətli olmasını düşünürüksə, ailəmizin isti, mehriban olmasını və ətrafa şəfqət rayihələri saçmasını təmin etməliyik.

Uşağın xəsis, xalq deyimi ilə desək, əlibərk, dünyagir, maddiyyat düşkünü kimi böyüməsi şəraitdən asılı olaraq eqoist, mənfəətpərəst, həris, zorba və üsyankar bir adama çevrilməsinin ilkin səbəbləri hesab edilir. Əgər belə bir uşaq ilahi əxlaq çərçivəsində tərbiyə edilmir, yetişdirilmirsə, bu hal onun həm dünya, həm də axirətdə bədbəxtliyə düçar edə bilər.

Bəli, mərhəmət və şəfqət çox önəmlidir. Comərdlik və cavanmərdlik bu fəzilətin bir təzahürüdür. Şəfqət qəhrəmanları həmişə qazanır, mərhəmətsizlər isə itirirlər. Comərd adam fasiq olsa belə, yenə Cənnətə gedə bilər. Xəsis isə mömin belə olsa, Cənnətə getmə ehtimalı çox azdır. Ona görə də uşaqlarda şəfqət və acıma hissi inkişaf etdirilməli, yardımsevərlik və yaxşılıq etmə duyğusu gücləndirilməlidir ki, hərislik edib dünyadan dördəlli yapışmasınlar, Allahı və insanları unutmasınlar. Uşağa möhtaclara kömək etməyi öyrətməlisiniz ki, maddiyyat hərisi olmasın, ruhən, mənən, qəlbən, həyatın həqiqəti etibarilə Allaha bağlı yaşasın. Ancaq unutmayaq ki, yardımsevərlik xüsusiyyətini əməli olaraq göstərmədən, əməlləri sözlərlə dəstəkləmədən uşaqlara aşılmaq qeyri-mümkündür. Fəzilətləri davranışlarımızla təlqin edərkən sözlərimiz də onlara mələklərin pıçıltısı təsirini bağışlayacaqdır.



Açar sözləri

ana mərhəmət şəfqət uşaq

Bənzər məqalələr

Uşaqlara ölüm həqiqətini anlatmaq

Gəlimli-gedimli, ölümlü-itimli bir dünyada yaşayırıq. İnsan həyatında önəmli və həll edici bu hadisəyə hazır olmaq insan olmanın gərəyidir. Uşaqlara bu ölüm həqiqət kiçik yaşlarından etibarən uyğun bir dillə anlatılmalıdır. Valideyini və ya bir yaxını vəfat etdikdə, bu uşaqdan gizlədilməməlidir.

Rəsulullahın ana sevgisi

“Bir adam Allah Rəsulunun (s.a.s.) hüzuruna gələrək: “Ən çox kimə vaxt ayırmalı, kiminlə  maraqlanmalıyam?” – deyə sual verdi. Peyğəmbərimiz (s.a.s.): “Ananla!” – buyurdu. O: “Sonra kimlə?” –  deyə soruşdu. “Ananla!” – buyurdu. O: “Sonra kim gəlir?” – deyə soruşdu. “Anan!” –buyurdu. O: “Daha sonra kim gəlir?” – deyə təkrar soruşanda bu dəfə: “Atan” – dedi.

İnsan sevgisi

Möminin çevrəsi ilə sevgi və hörmətə əsaslanan münasibəti necə olmalıdır?

Valideyn övlad münasibətləri

Sual: Uşaqların valideyin üçün bir imtahan vəsiləsi olduğunu deyirlər. Bununla nə nəzərdə tutulur? Dilimizdə istifadə olunan “bala” sözü ehtimal ki, ərəbcədən dilimizə keçmişdir. “İbtila” ərəb dilində “imtahan etmək”; “bəla” kəlməsi isə imtahan, dərd, müsibət kimi mənalar gəlir. Bu yönü ilə “bala”, yəni övlad imtahan deməkdir.

Allahın varlığının dəlilləri 1

Məqalə Allahın varlığının kainat, iradə, hüdus, intizam, elm, sənət, hikmət, məqsəd, şəfqət, mərhəmət və ruzi, yardımlaşma, təmizlik, simalar, ilahi sövq, çoxçeşidlilik (tənəvvüat) dəlilləri haqdadır.


Şərh yaz