6. 031 dəfə oxunub ,   0 şərh   Çap et

Peyğəmbərimizin (s.ə.s.) səmavi kitablarda xatəmi-nübüvvət kimi təqdim edilmiş, Əhli-Kitab arasında da axırzaman Peyğəmbəri peyğəmbərlik möhürü ilə tanınmışdır. Bu təkcə Peyğəmbərimizə (s.ə.s.) aid olduğu üçün də bir möcüzədir.

Saib ibn Yezid rəvayət edir: “Xalam məni Allah Rəsulunun hüzuruna apardı. Peyğəmbərimizə:

– Ey Allahın Rəsulu! Bacım oğlu ağrıyır, – dedi.

Peyğəmbərimiz mübarək əlləri ilə bașımı ovdu. Mənə bərəkətlə dua etdi. Dəstəmaz aldı.. Onun arxasında namaz qıldım. Kürəyindəki peyğəmbərlik möhürü qırmızı, qabarıq ət parçası kimi görünürdü”.[1]

Qurtubinin nəqlinə görə, bu möhür elə iri olub ki, rahat görmək olurmuş.[2]

Bu mövzuda Cabir ibn Səmura bir hədis rəvayət edir: “Rəsulullahın (s.ə.s.) çiyinləri arasındakı möhürü gördüm. Göyərçin yumurtası boyda qırmızı bir ət parçası idi”.[3]

Rumeysənin (r.a.) rəvayət etdiyi bir hədisi isə belədir: “Mən Rəsuli-Əkrəmə o qədər yaxın idim ki, istəsəydim, nübüvvət möhürünü öpərdim. Ancaq kamalının heybətindən öpə bilmədim. Elə bu vaxt Sad ibn Übadənin vəfat xəbəri gəldi. Peyğəmbərimiz:

– Sadın ölümünə ərș titrədi, – buyurdu”.[4]

Daha əvvəl də qeyd etdiyimiz kimi, keçmişdə dindar insanlar axırzaman peyğəmbərinə xas bir xüsusiyyət kimi nübüvvət möhüründən tez-tez bəhs edərdilər. Səlman Farisinin müsəlman olması ilə əlaqədar rəvayətlərdə bunu aydın görürük:

“Səlman Farisinin Vadil-Qurada bir yəhudiyə satılmaqla bașlayan köləlik həyatı, on ağadan sonra Mədinəli yəhudi sahibdə bənd olur. Səlman Farisi Mədinəni gördüyü zaman Əmuriyyə rahibinin Tövrat və İncilin məlumatları əsasında təsvir etdiyi yerin elə Mədinə olduğu qənaətinə gəlir. Səlman Farisi artıq axtardığı yeri tapmıșdı. İndi O uca insanı tapmaq zamanı idi… Səlman axtardığı Peyğəmbəri səbirsizliklə gözləyərkən bir gün xəbər alır ki, Həzrəti Məhəmməd (s.ə.s.) Mədinəyə hicrət edərək bu müqəddəs șəhərin giriș yolu üstündə yerləşən Quba kəndinə gəlib. Ömrünün bu ən həyəcanlı zaman dilimini onun öz dilindən dinləyək:

“Bir gün sahibimlə xurma bağlarında ișləyirdim. Bir Yəhudi qaça-qaça yanımıza gəlib Allah Rəsulunun Mədinəyə gəlișindən narahatlığını ifadə edərkən:

– Allah Qaylə oğullarının bəlasını versin, – deyərək müsəlmanların Qubada Həzrəti Məhəmmədin (s.ə.s.) ətrafına toplaşmasından xəbər verdi. Mən də bu sözü eșidəndə çox həyəcanlanmıșdım. Az qala xurma yığmaq üçün çıxdığım ağacdan yıxılacaqdım. Həmin yəhudiyə:

– Nə dedin, nə dedin? – deyə soruşdum. Sahibim bundan hirslənib mənə möhkəm yumruq vurdu:

– Bundan sənə nə? Sən öz ișinlə məșğul ol.

Mən də:

– Heç nə. Eləcə nə dediyini bașa düșmək istədim, – cavabını verdim.

Nəhayət ki, o gün axșam oldu. Peyğəmbərimizin (s.ə.s.) Qubada müsəlmanlarla bir yerdə olduğu evə gedən Səlman Farisi Onu (s.ə.s.) görəndə ömür boyu axtardığı o uca insanın hüzuruna gəldiyini anlamıșdı. Sivrihisarda rahibdən öyrəndiyi “Son Peyğəmbərin vəsflərini” dəqiqləșdirmək üçün gətirdiyi xurmaları Həzrəti Məhəmmədə (s.ə.s.) təqdim edib:

– Sizin yaxşı bir insan olduğunuzu öyrəndim. Yanınızda yoxsul insanlar da var. Bu xurmaları sizə sədəqə kimi vermək istəyirəm. Məncə, burada buna ən layiq sizsiniz,– deyir. Peyğəmbərimiz ona təqdim edilən xurmaları yeməyib səhabələrinə verir. Səlman özü-özünə: “Bu, son Peyğəmbərə aid xüsusiyyətlərdən biridir,” – deyib Peyğəmbərimizin hüzurundan ayrılır.

Allah Rəsulu Qubadan Mədinəyə gələndə Səlman yenə bir az xurma hazırlayıb Onun hüzuruna gedərək:

– Sədəqədən yemədiyinizi gördüm. Bunu isə sizə hədiyyə gətirmişəm, – deyib xurmaları verir. Allah Rəsulu (s.ə.s.) dostlarını da dəvət edir və hədiyyə gəlmiş xurmaları birlikdə yeyirlər. Səlmanı Farisi özü-özünə bu dəfə: “Bu da mənə söylənilən peyğəmbərlik əlamətlərindən ikincisidir,” – deyir.

Sivrihisar rahibinin xəbər verdiyi Son Peyğəmbərin üçüncü xüsusiyyətini də dəqiqləșdirmək üçün Allah Rəsulunu (s.ə.s.) gözdən qoymur. Səlman Farisi bir gün Onun bir səhabənin dəfni üçün əshabı ilə birlikdə Cənnətül-Baqi qəbiristanlığında olduğunu görüb Peyğəmbərlik möhürünə baxmaq qərarına gəlir. Peyğəmbərimiz onun niyyətini bașa düșüb köynəyini açır. İki çiyni arasında parıldayan göyərçin yumurtası boyda Peyğəmbərlik möhürünü görən Salman Farisi Peyğəmbərimizə sarılıb həyəcanla möhürü öpür.[5]

Peyğəmbərlik möhürü ilə əlaqədar Abdullah ibn Sərcis (r.a.) də belə rəvayət edir: “Bir gün hüzuru-səadətə, Allah Rəsulunu (s.ə.s.) ziyarətə gəldim. Əshabı ilə oturmuşdu. Arxa tərəfə keçib Ona tərəf getdim. Niyyətimi anlamıșdı. Cübbəsini arxaya doğru çəkdi. Ovucun içi boyda olan nəbilik möhürünü gördüm. Peyğəmbərlik möhürünün ətrafında inci kimi xallar var idi. Daha sonra düz qarșısına keçib:

– Allah Səni məğfirət etsin (bağışlasın), ya Rəsulallah, – dedim. Mənə:

– Səni də, – buyurdu. Orada olan dostlarım:

– Allah Rəsulu sənin üçün istiğfar etdi (günahının bağışlanması üçün Allaha dua etdi), – dedilər. Mən də:

– Bəli, həm sizin üçün, həm də mənim üçün istiğfar etdi, – dedim. Sonra Qurani-Kərimdən bu ayəni oxudu: “(Ey Rəsulum!) Bil ki, Allahdan başqa heç bir ilah yoxdur. (Ondan) həm öz günahlarının, həm də mömin kişilərin və qadınların bağışlanmasını dilə (“Məhəmməd”,  surəsi, 47/19)”[6].

İmam Beyhaqi rəvayət edir ki: “Peyğəmbərimiz vəfat edəndə mübarək üzündə bir dəyișiklik sezilmədiyinə görə səhabələr Onun vəfat edib-etməməsi məsələsində ixtilaf etmiş və șübhəyə düșmüșdülər. Əsma binti Ümeys əlini Peyğəmbərimizin mübarək kürəyinə çəkdi. Peyğəmbərlik möhürünü tapa bilməyincə Allah Rəsulunun vəfat etdiyini anladı. Çünki peyğəmbərlik möhürü çəkilmişdi”. [7]


[1]. Buxari, 1/81, 3/1301, 5/2146; Müslim, 4/1823; Tirmizi, 5/602;

 

[2]. Məvahibül-Lədünniyyə, 1/116

[3]. Müslim, 4/1822; Tirmizi, 5/602; Əhməd b. Hənbəl, 5/104

[4]. Əhməd b. Hənbəl, 6/329, Təbərani, Mucəmul-Kəbir, 24/276

[5]. Tirmizi, Şəmaili-Muhammədiyə, 1/44-45

[6]. Tirmizi, Şəmaili-Muhammədiyə, 1/46 İbn Sad, Tabaqatul-Kübra, 1/426; Əhməd b. Hənbəl, 5/82; Müslim, 4/1823

[7]. İbn Sad, Tabaqatul-Kübra, 2/271

 



Açar sözləri

möhür

Şərh yaz