Alimlər sübut etmişlər ki, orqanizmdəki enerji gündüz və gecəyə müvafiq olaraq tənzimlənir. Belə ki, orqanizm gündüzlər daha enerjili olur. Gündüz saatlarında bədəndəki bütün sistemlər, xüsusən immunitet sistemi lazımi enerjini istehsal etmək üçün maksimum gücü ilə işləyir. Axşam saatlarında doğru bu enerji azalmağa başlayır. Gecə sastları bizə rahat görünsə də, gündüzlər oruc tutmağın hikməti də elə budur.
Fitrə, ramazan ayının sonunda nisab miqdarı mala malik müsəlmanların verməklə mükəlləf olduqları vacib sədəqədir.
Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.
Mədəyə su, qan və s. getməmək şərtilə dişə qoyulan plomb orucu pozmur. Maye getdiyi təqdirdə oruc pozulur və qəza edilməlidir.
Siqaret və qəlyan çəkmək orucu pozur. Həmin oruca qəza və kəffarə gərəkir. Başqasının çəkdiyi siqaret tüstüsünü bilərək ciyərlərinə çəkən şəxsin də orucu pozulur.
İslam oruc tuta bilməyəcək dərəcədə yaşlı olanları tuta bilmədikləri hər gün üçün bir kasıbı doyurmaq şərti ilə bu ibadətdən azad etmişdir.