6. 733 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Namazda qılarkən bəzən bel nahiyəsi açılır. Belə olduqda namaz pozulurmu?

Bir kimsənin açması, başqasına göstərməsi və başqasının baxması haram olan yerlərinə övrət yeri deyilir. Kişilərin övrət yeri göbəkdən diz qapağının altına qədər olan hissədir. Diz də övrət yeri sayılır. Sətri-övrət, yəni övrət yerinin örtülməsi namazın fərzlərindən biridir. Ona görə də övrət yeri açıq halda qılınan namaz qəbul olmaz. Namaz qılarkən, vücudun digər qisimlərini, qolları, başı, ayaqları, örtmək, kişilər üçün sünnədir. Bu nahiyələr açıq halda namaz qılmaq kişilər üçün məkruhdur. Hədisdə: “Göbəklə iki diz arası övrət yeridir”, – buyurulmuşdur (Əhməd ibn Hənbəl, Müsnəd, II, 18).

Qadınlarda isə övrət yerləri və kişilərdən fərqlidir. Qadın üçün övrət, üz, əl və ayaq xaricində bütün vücududur. Qadınlar namazda üz, əllər və ayaqlarını örtməsə də olar. Ancaq bəzi alimlərə görə əlin üst hissəsi və ayağın topuqdan aşağı hissəsi də övrət yeri sayılır. Qadınların saçı, qulağı, dizdən aşağı baldırı və qolları örtülü olmalıdır. Hədisdə belə buyrulur: “Qadın həddi-büluğa çatdıqda əlləri və üzü xaricində qalan yerlərini başqasına görgöstərməsi halal deyildir.” (Əbu Davud, Libas, 31)

Geyinilən paltar dərinin rəngini göstərməyəcək qalınlıqda olmalıdır. Qadınların geyindikləri incə kapronla namaz qıla bilməzlər. Bədən üzvlərini göstərəcək qədər dar paltarla da namaz qılmaq məkruh olmaqla birlikdə qılınan namaz keçərlidir. İpək paltar geyinmək kişilər üçün haram qəbul edilsə də qılınan namaz keçərlidir.

Övrət yerinin örtülməsi başqalarına görədir. Gen-bol paltar geyinmiş şəxs öz övrət yerini görərsə bu namaza mane deyildir.

Namaz qılan şəxsin istəməyərək bədənin övrət yeri sayılan üzüvlərindən birinin dörddə biri açılsa və üç dəfə “Subhanə rəbbiyyəl əzim”, yəni rüku edəcək qədər vaxt keçərsə namazı pozular, ancaq dərhal örtsə namazı pozulmaz.

Namaz qılan şəxs istəyərək övrət yerini açarsa namaz pozular. Namaz qılan qadın ürəyi sıxıldığından, istidən və s. başını açarsa namazl pozular. Uşaq tərəfindən açıldığı təqdirdə bir rüknü əda edəcək qədər vaxt keçmədən örtsə namaza davam edə bilər. Ancaq dörddə birdən çoxu açılarsa namaz pozular. Məsələn: namaz qılarkən qadının başının dörddə biri, qulağının dörddə biri və ya baldırının dörddə biri açılar və bir rükun əda edəcək qədər vaxt keçərsə namaz pozular.

Kişilərdə diz qapağı bud nahiyəsi ilə birlikdə götrüldüyü üçün və bu da bir üzvün dörddə birindən az olduğundan namaz pozulmaz. Ancaq kişilərdə diqqət yetirilməsi gərəkən bölgə bel, qurşaq hissəsidir. Dar cins şalvar və çox da uzun olmayan kofta geyildikdə rükuya və ya səcdəyə gedərkən həmin hissə açılır. Namaz qılan şəxs də bunun fərqində olmur. Belə olduqda da bir rükun rüku və ya səcdə ediləcək qədər vaxt keçdiyi üçün namaz pozulur. Ona görə də namaz qılan şəxslər bu xüsusda diqqətli olmalı, ən azından üzərindəki koftanın, köynəyin nisbətən uzun olmasına diqqət etməlidirlər. Ayrıca kişilərdə, göbəkdən aşağı hissə övrət yeri olduğu üçün başqalarının gösməsi haramdır.



Açar sözləri

övrət yeri setri avret

Şərh yaz