14. 622 dəfə oxunub ,   0 şərh   Çap et

İslamda boşama haqqı yalnız kişiyə tanınmış da, qadın bu haqdan tamamilə məhrum edilmiş deyildir. Qadın da evlənərkən boşama haqqını tələb etmişsə kişi kimi o da boşana bilər. Ayrıca qadın qanuni bəhanələri varsa, məhkəməyə də müraciət  edərək hakimdən boşanma tələb edə bilər. Zənn edilməməlidir ki, İslam dinı qadını məğdur etmişdir. Xeyir, əslində İslamiyyət qadına bu kimi mövzularda haq tanımış, ümum bəşəri hüquq sisteminə yeniliklər gətirmişdir. Evliliyin gedişatını zədləyən, qadının haqq-hüququnun tapdayan hallar baş verdikdə qanuni olaraq qadın məhkəməyə müraciət edərək öz hüquqlarını tələb etmə səlahiyyətinə sahibdir.

İslam, boşamaya nə üçün icazə vermişdir? Sualının cavabını bir düşünək. “İslam boşamaya nə üçün icazə vermiş, yuvanın dağılmasına gətirib çıxan yolu önünü nə ilə  bağlamışdır?

Bu sualın cavabını tapa bilərsək, İslam hüququna görə boşama rüsxətinin tətbiq hikmətini, fəlsəfəsini başa düşəcəyik. Şübhəsiz ki, İslam evliliklə ər-arvadın arasında ömür boyu bir birlik və bağlılıq olmasını hədəf tutmuşdur. Bunun üçün də müvəqqəti evlilik aktlarını  etibarsız saymışlardır. Ancaq, ideal olanla ilə həqiqət, istənilən ilə reallaşan arasında çoxu dəfə fərqlilik olur. Müəyyən hallarda evlilik çəkilməz bir yük, dözülməz bir hal alır. Bütün bunları göz ardı edib, nə olur olsun evliliyi davam etdirmək lazımdır sözləri real olmayan bir dilək olar. İslam bunun yerinə, evliliyin davamı üçün tərəfləri maksimum səy göstərməyə təşviq etmiş; boşamağı “Allahın sevmədiyini ”  halal kimi görmüşdür. Lakin yeri gələndə, içindən çıxılmayacaq zərurət halında da bu yolu açıq tutmuşdur. Çünki zorla gözəllik olmaz; məcburiyyət ilə sevgi və mehribanlıq mühiti formalaşdırmaq olmaz.

Kağız üzərində evli qalıb, ancaq könlündən və həyatından söküb atdığı bir şəxslə ayrı yaşamağın da əxlaqi, ictimai və ailəvi zərərlərini İslam dini nəzərə alaraq bu işə rüsxət vermişdir.

Boşanma haqqının kişiyə verilməsinin səbəbləri: Boşanma yolu ilə evliliyi sona çatdırma səlahiyyəti, prinsip olaraq əvvəl ərə aiddir. Qadının bu səlahiyyətini alması isə, nikah bağlanırkən onun belə bir haqqı tələb etməsinə bağlıdır. Qadın istəsə evlənmə şərti olaraq bunu irəli sürə bilər. (Boşanma mövzusunda kişidən fərqi olmaya bilər. Bu şərti tələb etmə qadının istəyinə bağlıdır.)

Kişi də boşama səlahiyyətini istədiyi kimi istifadə edə bilməz. Boşanmağa əngəl olan mehir, nəfəqə bənzəri maliyyə mükəlləfiyyətlərinin yanında, ictimai, dini və əxlaqi maneələr də vardır. İslam cəmiyyəti, məntiqi və qanuni bir əsasa dayanmayan boşamalara qarşıdır. Məşəri-vicdanı hesaba qatmayan bu cür boşanmalara səbəb olan kişilər cəmiyyət içində öz mövqelərini itirər, etibarsız hesab edilərlər.

Evliliyə, ailə müəssisəsinə belə bir mövqedən baxdığı üçün müsəlman xalqlar arasındakı boşanmalar, digər xalqlara nisbətən çox azdır. Bu həqiqəti qərb tədqiqatçıları da qəbul edir.

Ayrıca, yuxarıda da qeyd etdiyimiz kimi, qadın-haqlı bir səbəbi varsa-məhkəməyə müraciət edərək boşanma hüququna malikdir. Hakim müraciətə baxaraq evliliyə xətm verə bilər.

Demək ki boşama haqqı, həm kişiyə, həm qadına, həm də məhkəməyə tanınmışdır. Bununla birlikdə qadının boşama haqqını ərindən tələb etməsi heç bir zaman tövsiyə edilməmişdir. Ailə daxili problemlərdən tez təsirlənən xanımın bu haqqından dərhal istifadə edərək yuvanın dağılmasına səbəb olacağından ehtiyat edilmişdir. Tarix boyunca müsəlman cəmiyyətlərdə qadınlar şəriət (İslam hüquq sistemi) tərəfindən onlara verilən bu haqqı istifadə etmədikləri üçün, bu mövzuda “İslam dini qadına boşanma haqqı verməmişdir” deyə səhv bir fikir formalaşmışdır.

Nəticə etibarı ilə deyə bilərik, İslam dini haqqında haqsız iddiaların əsasını dinin bilməmək təşkil edir.

Qaynaq olaraq Prof. Dr. Xeyrəddin Qaramanın “İslamda qadın və ailə” adlı əsərinə müraciət edilə bilər.




Bənzər məqalələr

Şeytanı sevindirən xəbər

Şeytanı sevindirən xəbər (Hekayə)

Yersiz mübahisələr və boşanma

İnsan, cavanlıq dövründə ailə içi bir problemlə qarşılaşınca dərhal “ən asan və alternativ” çıxış yolunu boşanmaq olaraq görür. “Boşanar və təkrar evlənərəm” deyə fikirləşir. Belə məqamlarda insanın əzəli və əbədi düşməni olan şeytan da boş dayanmır. Buna görə də ailədə hər kəs özünə baxmalı, öz xəta və nöqsanlarını düzəltməyə çalışmalıdır. Ailədaxili problemə görə boşanaraq başqası ilə evlənmək məsələnin tam həlli deyil. Çünki ikinci evlilikdə problem yaşmayacağımıza kimsə təminat verə bilməz.

Talaq nədir?

Talaq nədir? “Talaq” “düyünü açmaq” deməkdir. Termin olaraq isə, qadın və kişi arasında qarşılıqlı razılıqla bağlanan nikaha müəyyən sözlərlə xitam verməyə talaq deyilir. 

Boşanma

Uzun müddətdir bir qohumumun uşağı olmur. Özü də bu məsələdə çox sıxılır. Qohum əqrabası tərəfindən yoldaşını  boşaması və yaxud  ikinci bir evlilik etməsi söylənir. Siz nə tövsiyə edərsiniz? Cavab:Uşaq sahibi olmaq, evliliyin qayələrindən biridir və bu Allahın əlindədir. Quran buyurur:”Göylərin və yerin mülkiyyəti Allahındır. İstədiyini yaradır. İstədiyinə qız, istədiyinə də oğlan bəxş edər. Bəzisinə də […]


Şərh yaz