Hədislərə nəzər saldıqda Rəsulullahın (s.ə.s) oruclu ikən misvakdan istifadə elədiyinə şahid oluruq. Belə ki, Amir ibn Rəbia (r.a): “Mən dəfələrlə Rəsulullahın (s.ə.s), oruclu ikən misvakdan istifadə etdiyinə şahid oldum.”, – deyir. (Buxari, Savm: 27; Əbu Davud, Savm: 26; Tirmizi, Savm; 29)
İbn Ömər (r.a) isə: “Oruclu, günün başında və sonunda misvak istifadə edə bilər.” – buyurur. (Buxari, Savm 25)
Oruclu ikən misvakdan istifadə etmək orucu pozmur.
Oruclu bir şəxsin diş təmizliyi üçün su ilə isladılmış misvak və fırça istifadə etməsi, İmam Əbu Yusufa görə məkruhdur. İmam Azam Əbu Hənifə və İmam Muhammədə görə isə oruclu şəxs su ilə isladılmış misvak və ya fırçadan istifadə edə bilər. Bu məkruh deyildir.
Fitrə, ramazan ayının sonunda nisab miqdarı mala malik müsəlmanların verməklə mükəlləf olduqları vacib sədəqədir.
Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.
Mədəyə su, qan və s. getməmək şərtilə dişə qoyulan plomb orucu pozmur. Maye getdiyi təqdirdə oruc pozulur və qəza edilməlidir.
Siqaret və qəlyan çəkmək orucu pozur. Həmin oruca qəza və kəffarə gərəkir. Başqasının çəkdiyi siqaret tüstüsünü bilərək ciyərlərinə çəkən şəxsin də orucu pozulur.
İslam oruc tuta bilməyəcək dərəcədə yaşlı olanları tuta bilmədikləri hər gün üçün bir kasıbı doyurmaq şərti ilə bu ibadətdən azad etmişdir.