353 dəfə oxunub ,   0 şərh   Çap et

İşlərim yolunda getmir, qazancımın bərəkəti yoxdur, ailədaxili münasibətlərim korlanıb, içim daralır, heç nədən zövq almıram, övladım olmur…. bütün bu problemlərin həlli yolu var. İstiğfar. Ramazan ayı məğfirət ayıdır. Bizlərin də bir an əvvəl hərəkətə keçib, tövbə-istiğfar etməmiz lazımdır ki, bu məğfirətdən faydalanaq. İstiğfar hər dərdə dərmandır. Evdə krantdan suyun axması yetərli deyil, açıb yumadıqca əllərimiz kirli qalar. 

İbn Abbasdan (r.a) rəvayət olunur Rəsulullah səllallahu əleyhi və səlləm belə buyurdu: 

منْ لَزِم الاسْتِغْفَار ، جعل اللَّه لَهُ مِنْ كُلِّ ضِيقٍ مخْرجاً ، ومنْ كُلِّ هَمٍّ فَرجاً ، وَرَزَقَهُ مِنْ حيْثُ لا يَحْتَسِبُ

“Bir şəxs istiğfarı dilindən düşürməsə, Allah Təala ona hər çətinlikdən bir çıxış, hər üzüntüdən bir qurtuluş yolu göstərər və ona gözləmədiyi, heç ummadığı yerdən ruzi yetirər.” (Əbu Davud, vitir 26. İbn Macə, ədəb 57)

Quranı Kərimə nəzər salsaq görərik ki, öncəki dövrlərdə gələn peyğəmbərlər öz qövmlərinə istiğfar etməyi əmr etmişdir. Onlar da bundan boyun qaçırınca həlak edilmişlər. Məsələn Həzrət Hud (ə.s) qövmünə belə deyir:

وَيَا قَوْمِ اسْتَغْفِرُوا رَبَّكُمْ ثُمَّ تُوبُوا إِلَيْهِ يُرْسِلِ السَّمَاءَ عَلَيْكُمْ مِدْرَارًا وَيَزِدْكُمْ قُوَّةً إِلَىٰ قُوَّتِكُمْ وَلَا تَتَوَلَّوْا مُجْرِمِينَ

Ey qövmüm, Rəbbinizdən bağışlanmanızı diləyin! Sonra Ona tövbə edin ki, göydən sizə bol-bol yağış göndərsin və gücünüzə güc qatsın. Günah işləyərək (haqdan) üz çevirməyin!” (Hud 11/52)

Həzrəti Nuh (ə.s) da öz qovmu haqqında belə deyir:

فَقُلْتُ اسْتَغْفِرُوا رَبَّكُمْ اِنَّهُ كَانَ غَفَّارًاۙ  يُرْسِلِ السَّمَاءَ عَلَيْكُمْ مِدْرَارًاۙ وَيُمْدِدْكُمْ بِاَمْوَالٍ وَبَنينَ وَيَجْعَلْ لَكُمْ جَنَّاتٍ وَيَجْعَلْ لَكُمْ اَنْهَارًا

“Mən dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Şübhəsiz ki, O, çox bağışlayandır. O, göydən sizə bol-bol yağış göndərsin, Mal-mülk və oğullar verərək sizə yardım etsin, sizin üçün bağlar və çaylar yaratsın.” (Nuh, 71/10-12)

  Həzrət Ömər (r.a.) quraqlıq, qıtlıq səbəbi ilə yağmur duasına çıxdığında istiğfar etməklə kifayətlənir. Yanındakılar: “Niyə yağmur için dua etmədin?”- deyə sual verdilər. “Mən, səmanın yağmur gələn qapılarına döyəclədim” – demiş, sonra da bu ayəni oxumuşdu.

Həsən əl-Bəsrinin məclisində bir nəfər quraqlıqdan şikayət etdi. O da: “İstiğfar et!” dedi. Başqa biri maddi sıxıntılardan, bir başqası uşağının olmamasından, başqa biri torpaqların məhsuldarlığının az olmasından dərdləndi. Böyük İmam onlara da eyni şeyi tövsiyəni etdi. Bu cavablar məclisdəkilərin ürəyincə olmadı O, “Məğfirət diləyin ki üzərinizə bol-bol yağmur endirsin. Sizə mal və övlad ehsan buyursun, sizə bağçalar, çaylar, su kanalları nəsib eləsin.” ayəsini oxudu.



Açar sözləri

istiğfar

Bənzər məqalələr

İstiğfarın əhəmiyyəti

“Kim israrla daim tövbə edər və onu xarakterinin ayrılmaz parçasına çevirərsə, Allah ona hər sıxıntıdan bir çıxış qapısı, hər kədərdən bir qurtuluş çarəsi göstərər və heç ummadığı yerlərdən ruzi verər”.

Dua, dua, dua – 3

Hər cür xətadan, günah və üsyandan Rəbbimizin xoşlanmadığı hallardan, qul olaraq da bizə yaraşmayan davranışlardan min dəfə Əstəğfirullah edir, bağışlanma diləyirik.

Tövbə və istiğfar haqqında

Allaha and olsun, mən gündə yetmiş dəfədən çox Allaha istiğfar və tövbə edirəm

İstiğfar

Allahdan bağışlanma dilə! Əlbəttə, Allah bağışlayandır, rəhm edəndir!


Şərh yaz