8. 346 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: 25 yaşım var. İbadətlərimdə nöqsanlar olsa da dualarıma diqqət edirəm. Lakin fikir verirəm ki,  dua etdikcə işlərim düz gətirmir. Bilmirəm, duamda səmimi deyiləm, yoxsa bununla imtahan olunuram? Buna görə çox pis oluram. Hal-hazırda biri qızla evlənmək istəyirəm. İstixarəyə yatdım, yaxşı yuxu gördüm. Lakin valideynlərim razı olmadığına görə onunla evlənə bilmirəm. Uşaqlığımdan etibarən valideynlərimlə sözüm düz gəlmir. Hamıya kömək etməyə çalışıram. Lakin özümə heç bir faydam toxunmur. Bu vəziyyətdən qurtulmaq üçün nə edə və ya hansı duanı oxuya bilərəm?

Cavab: Əvvəla, hər şey imtahandır. Bunu heç vaxt unutmayın.

İkincisi, hadisələrə baxış bucağınızı dəyişməyə çalışın. Məsələn, hər şeyi gözəl görməyə və haqqında gözəl düşünməyə çalışın. Onda görəcəksiniz ki, dünya daha gözəldir və rəngarəngdir.

Üçüncü olaraq da,

Fətih  və İnşirah surələrini,

“Ya Fəttah” ismini (489 dəfə)

“Rabbişrahli sadri” duasını oxuya bilərsiniz. Bundan əlavə, Rəsulullahın (s.ə.s) səhabələrindən birinə öyrətdiyi üzüntü, yoxsulluq və tənbəlliyə qarşı tövsiyə edilən duanı səhər və axşam namazlarından sonra oxuyun. Allahın iznilə işlərinizin  düzələr, bəxtiniz açılar.  

Bir gün Rəsulullah (sallallahu aleyhi və səlləm) məscidə girdikdə, orada ənsardan olan Əbu Ümamənin kədərli şəkildə oturduğunu gördü və soruşdu: “Namaz vaxtı deyil, nə üçün burdasan?” Əbu Ümamə, “Ya Rəsulullah içimdə bir sıxıntı var və borclarımı ödəyə bilmirəm” − dedi. Bunu eşidən Allah Rəsulu (sallallahu aleyhi və səlləm), “Sənə sıxıntını yox edəcək, borcunu ödəməyinə vəsilə olacaq dua öyrədimmi?” − buyurdu. “Bəli” − deyən Əbu Ümaməyə aşağıdakı duanı sabah və axşam namazlarından sonra oxumasını tövsiyə etdi.

  اَلَّلهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْهَمِّ وَالْحَزَنِ، وَأَعُوذُ بِكَ مِنَ الْعَجْزِ وَالْكَسَلِ، وَأَعُوذُ بِكَ مِنَ الْجُبْنِ وَالْبُخْلِ، وَأَعُوذُ بِكَ مِنْ غَلَبَةِ الدَّيْنِ وَقَهْرِ الرِّجَالِ

Mənası: Allahım sıxıntıdan, kədərdən, acizlikdən, tənbəllikdən, qorxaqlıqdan, xəsislikdən, borc altında qalıb əzilməkdən və insanların məni əzməsindən sənə sığınıram.[1]

Dördüncüsü, yaxşılıq etməyə davam edin. Unutmayın ki, edilən hər yaxşılıq əməl dəftərimizə qeyd olunur. Şeytan insana vəsvəsə verərək xeyirli işlərdən uzaqlaşdırmağa çalışır. Bununla yanaşı yaxşılığı yalnız Allah rizası üçün etmək lazımdır. İnsan qohum-əqrəbasına Allah rizasından başqa düşüncə ilə yaxşılıq etdikdə ummadığı nəticələrlə qarşılaşar. Onlardan umduğunu ala bilmədikdə isə xəyal qırıqlığına uğrayar. Atalar sözüdür, “Yaxşılıq elə at dəryaya, balıq bilməsə də Xaliq bilər”. İnşəallah bu yaxşılıqlar axirətdə mükafat olaraq qarşınıza çıxacaqdır.

Beşincisi, saleh insanlarla oturub-durmağa çalışın. Söhbəti-canan məclislərinə davam edin. O məclislər, söhbətlər, müzəkirələr həqiqətən sizi rahatladacaqdır.

Altıncısı, valideynlər bizim başımızın tacıdır. Heç bri valideyn övladının pisliyini arzu eləməz. Ancaq anlamaqda çətinlik çəkdikləri məsələlər varsa bunu onlara izah etmək lazımdır.  

Nəticə olaraq, imtahan dünyasında yaşadığımızı və başımıza gələn hər bir hadisənin bizim üçün bir imtahan olduğunu unutmamalıyıq.

[1]  Buxari, Dəavat 36; Əbu Davud, Səlat, 367.



Açar sözləri

borc dua qismət

Bənzər məqalələr

Bu gecə, o gecə deyilsə…

Kim inanaraq və savabını umaraq ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar

Zəkat borcunu ödə, kasıbın haqqını ver!

“Zəkat insanın istəyinə buraxılmış bir sədəqə deyil, eqoizminə və xəsisliyinə qalib gələ bilən möminlərin həmrəyliyini reallaşdıran bir növ müəssisələşmiş, məcburi və dəruni bir ədalətdir. Zəkat hər şey kimi mal-mülkün də Allaha aid olduğunu, insanın ondan kefi istədiyi kimi istifadə etmək haqqını daşımadığını, hər kəsin cəmiyyətin bir üzvü olduğunu daima xatırladır”.

Niyə duamız qəbul olmur

Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.

İftar duası

İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.

Peyğəmbərimizin Ramazan dua və zikrləri

Dua Allahla qul arasında qüvvətli bir bağdır.


Şərh yaz