1. 679 dəfə oxunub ,   0 şərh   Çap et

 

وَاخْفِضْ جَنَاحَكَ لِلْمُؤْمِن۪ينَ

Möminləri qanadının altına al, şəfqətlə qoru. {“Hicr” surəsi, 15/88}

وَلَوْ كُنْتَ فَظًّا غَل۪يظَ الْقَلْبِ لَانْفَضُّوا مِنْ حَوْلِكَ

Əgər qaba, sərt ürəkli ol­say­dın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. {“Ali İmran” surəsi, 3/159}

 عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: «اِتَّقُوا النَّارَ وَلَوْ بِشِقِّ تَمْرَةٍ فَمَنْ لَمْ يَجِدْ فَبِكَلِمَةٍ طَيِّبَةٍ»

Adiy ibn Hatimin (r.a.) rəvayət etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Yarım xurma ilə, o da olmasa, bir gözəl (xoş) sözlə oddan qo­­runmağa çalışın”. [Buxari, Ədəb 34, Zəkat 10; Müslim, Zəkat 66]

 عَنْ أَب۪ي هُرَيْرَةَ  أَنَّ النَّبِيَّ  قَالَ: وَالْكَلِمَةُ الطَّيِّبَةُ صَدَقَةٌ»

Əbu  Hureyrə (r.a.) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu nəql etmişdir: “Gözəl söz sədəqədir”. [Buxari, Ədəb 34; Müslim, Zəkat 56]

 عَنْ أَب۪ي ذَرٍّ  قَالَ: قَالَ ليِ رَسُولُ اللّٰهِ: «لَا تَحْقِرَنَّ مِنَ الْمَعْرُوفِ شَيْئًا وَلَوْ أَنْ تَلْقٰى أَخَاكَ بِوَجْهٍ طَل۪يقٍ»

Əbu Zərr (r.a.) deyir:

“Allah Rəsulu (s.ə.s.) mənə belə tövsiyə etdi: “Heç bir yaxşılığı – (din) qardaşını gülər üzlə qarşılamaq da olsa – əsla kiçik görmə”. [Müslim, Birr 144]



Açar sözləri

xoş söz söyləmək

Şərh yaz