İmanın məqbul olması üçün bəzi şərtlər vardır:
1. İnsan ümidsizlik, təzyiq və hədə-qorxu ilə deyil, öz azad iradəsi ilə iman etməlidir.
2. Hər hansı bir hərəkət və davranışla iman əsaslarından birini inkar etmək imanı batil edir.
3. Mömin nə “Çox günahım var, mən əsla cənnətlik ola bilmərəm, mənim yerim Cəhənnəmdir” kimi sözlərlə Allahın rəhmətindən ümidini kəsməli, nə də “Hər halda, imanım var, Cənnətdə yerim hazırdır” deyərək arxayınlaşmalıdır, əksinə, həmişə qorxu ilə ümid hisləri arasında yaşamalıdır.
4. “Namaz və oruc nəyə lazımdır” kimi kəlmələrlə ibadətlərin, dini hökmlərin hikmətsiz və lazımsız olduğunu dilə gətirmək insanı imandan məhrum edir.
Müsəlman olaraq yaşamaq, müsəlman olaraq ölmək və axirət yurdunda salehlər arasına qatılmaq üçün nə etmək lazımdır
İnsan ümidlə var olur, cəmiyyət onunla canlanıb inkişaf edir. Beləliklə, ümidini itirmiş insan ölü, ümiddən məhrum cəmiyyət isə iflicdir.
Stress xarici və ya daxili mühitin mənfi, qeyri-spesifik amillərinin təsirinə cavab olaraq canlı orqanizmdə əmələ gələn spesifik fizioloji reaksiyanın adıdır. Stress bədənin kənar təsirlərə göstərdiyi fiziki və psixoloji-emosional reaksiyadır.
Sahib olduğumuz bütün nemətlər, qarşımıza çıxan hər bir çətinlik öz-özlüyündə bir imtahandır. Bununla yanaşı, ayə və hədislərin işığında bəzi mühüm sınaqları qeyd etməyə çalışacağıq.
Sual: Həşr nədir? Həşrə inanmağın faydaları nələrdir? Əgər uşaqdan böyüyə, xəstədən sağlama hər kəsi xoşbəxt etməyi düşünürsünüzsə, bütün könüllərə həşr əqidəsini nəqş etməyə çalışın. Yalnız bu zaman gənclər nizam-intizama, qayda-qanuna tabe olacaq, uşaqlar yaramazlıqdan əl çəkəcək, yaşlılar Cənnət yolçuları kimi xoşbəxt yaşayacaq, o evdə səadət məşəli alovlanmağa başlayacaq və o ailənin üzvləri axirətə getmədən üxrəvi ab-hava hiss edəcək, nəticə olaraq, dünyada Cənnəti yaşayacaqlar.