14. 646 dəfə oxunub ,   0 şərh   Çap et

İman

“İman” sözü “inanmaq, əminlik vəd etmək, başqalarının təhlükəsizliyini təmin etmək, ya da əmin, etibarlı olmaq” mənalarını ifadəedir. İman sözünün dini-terminoloji mənası isə Peyğəmbərimizə (əleyhissalatu vəssalam) uca Allahın nazil etdiyi hökmlərdə (dinin zəruri əsasları) Onu təsdiq etmək, xəbər verdiyi məlumatları tərəddüdsüz qəbul etmək, bunların həqiqət olduğuna ürəkdən inanmaq deməkdir. Vicdanən etiraf etmək və qəlbən anlamaq deməkdir. İmanın tərifi haqqında qəlbin təsdiqi ilə yanaşı, “dil ilə təsdiq” ifadəsini əlavə edənlər də olmuşdur. Ancaq alimlərin əksəriyyəti təsdiqi (dil ilə bəyanı) yalnız dünyəvi hökmlərin tətbiqində şərt olaraq qəbul etmişlər.[1] Deməli, qəlbən iman edən insan bəzi hallarda dillə təsdiq edə bilməsə də, imanı yenə səhihdir, etibarlıdır. Məsələn, dilsizin imanı səhih olduğu kimi, bir insanın ölümlə hədələnməsi ilə məcburiyyət qarşısında dili ilə inkar etsə belə, yenə imanı səhihdir. “Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib qəlbində onu təsdiq etməyən) şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra küfr etsə (onu ağır təhlükə gözləyir). Lakin qəlbən küfrə razı olanlara (qəlbində könüllü surətdə küfrə yer verənlərə) Allahın qəzəbi tutar və onlar şiddətli bir əzaba düçar olarlar!”[2]

Qureyşlilər Yasir ilə ailəsini dindən dönməyə məcbur etməyə çalışdılar. Bunu bacara bilməyincə Yasir ilə Sümeyyəni (Allah hər ikisindən də razı olsun) dəyişik işkəncələr etdilər, ən sonunda da əl-ayaqlarını dəvələrə bağlayaraq, dartıb bədənlərin ayıraraq şəhid etdilər. Atası ilə anasının edilən zülmü görən Ammar (r.a.) müşriklərin təkidiylə onların sözlərini təkrar etdi. Peyğəmbərimiz (ə.s.) ona dinin verdiyi asanlıqdan istifadə etdiyini bildirdi. Ayə bu hadisə ilə bağlı nazil olmuşdur.

İman, insanın kainatı və öz daxili aləmini təfəkkürü nəticəsində uyğun hala gələn qəlbində Allahın alovlandırdığı bir məşəldir.

İman həm nurdur, həm qüvvətdir. Bəli, həqiqi imanı əldə edən insan kainata meydan oxuya və imanın qüvvətinə görə hadisələrin təzyiqlərindən xilas ola bilər.

Bəşərin ən mühüm məsələsi olan “iman” həqiqətini fərqli prizmalardan təhlil edək:

a. İmanın alt vacib şərti

Peyğəmbərimiz (əleyhissalatu vəssalam) bir hədisdə imanın altı şərtini, yəni Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə və qədərə imanı açıqlayır. (Baxın., Müslim İman 1; Əbu Davud Sünnə 15.) Bu hədis “Cəbrail hədisi” adı ilə də məşhurdur. Bu hədisdə həmçinin iman İslam və ehsan anlayışları ilə paralel götürülür. Burada “ehsan” sözünün mənası “Allahı görürmüş kimi Ona qulluq etmə” şəklində açıqlanır. Deməli, belə bir nəticəyə gəlmək olar ki, əgər insan ehsan şüuruna yiyələnmək istəyirsə, düşüncə və təsəvvürlərini dinin təyin etdiyi imanın şərtləri əsasında formalaşdırmalıdır. Bu imanını da namaz, infaq, oruc kimi əməli hökmlərlə dərinləşdirməlidir.

b. İmanın qəlbə yerləşdirilməsi

Allahın izni olmadan makro və ya mikro aləmdə (ənfusi və ya afaqi aləmdə) heç bir hadisə baş verə bilməz. Quranda belə buyurulur: “Hər şeyi yaradan Allahdır”[3]. Deməli, vicdan və ya qəlbdə baş verən dəyişiklik Allahın izni ilə olur, yəni imanı qəlbə hidayət edən Allahdır. Bu haqda Quranda belə buyurulur: “Allah sizə imanı sevdirdi və onu qəlblərinizdə gözəlləşdirdi” (“Hucurat” surəsi, 49/7.) “Allah kimə hidayət etsə, hidayətə çatmış olan odur..” (“İsra” surəsi, 17/97)

Qulun meyli olmasa, Allah-Təala heç kəsin qəlbinə zorla imanı yerləşdirmir. Lakin bunu da mütləq deməliyik ki, Allahın bildiyimiz və ya bilmədiyimiz bir çox hikmətlərinə görə cəbri-lütfü[4] ilə hidayət etdiyi insanlar bundan istisnadır. Cənabi-Allahın insana iman və hidayət nəsib etməsi onun bu barədə göstərəcəyi səyə bağlıdır. Necə ki əhli-sünnət alimlərinin imanla bağlı verdikləri izahları bu şəkildə yekunlaşdıra bilərik: “İman qulun cüzi iradəsindən istifadəsindən sonra onun qəlbində Cənabi-Allahın yaratdığı bir nurdur”.

c. İmanın insana qazandırdığı dəyərlər

İman insanı maddi aləmin dar, boğucu sərhədlərindən xilas edib onu mənəvi aləmlərlə bağlayan, yolunu işiqlandıran bir nurdur.

İman insanı bütün varlığın yeganə sahibi olan Allaha həmsöhbət edir və Ona bağlamasına səbəb olur, insana mənəvi rahatlıq gətirir, onu şərəfləndirir, bəli, iman belə bir əzəmətli güc qaynağıdır.


[1] “Ənam” surəsi, 6/102; “Rəd” surəsi, 13/16; “Zumər” surəsi, 39/62; “Ğafir” surəsi, 40/62.

[2] “Nəhl” surəsi, 16/106

[3] “Ənam” surəsi, 6/102; “Rəd” surəsi, 13/16; “Zumər” surəsi, 39/62; “Ğafir” surəsi, 40/62.

[4] Cəbri-lütf:  Allahı Təalanın bir kimsəyə bəxş etdiyi məxsusi hədiyyəsi. Bu ola bilsin ki, o insanda potensial olaraq var olan dəyərlərin inkişaf etməsi və iləridə mühim işlər görəcəyi üçün Allah Təalanın ondakı bu qabiliyyətlərin inkişafı adına verdiyi lütuflarıdır. Sözün həqiqətini ancaq Allah bilər.




Şərh yaz