اللَّهُمَّ اغْفِرْ لِي وَارْحَمْنِي وَعَافِنِى وَاجْبُرْنِي وَاهْدِنِي وَارْزُقْنِي، وَارْفَعْنِي
Allahım, məni bağışla, mənə mərhəmət eylə, afiyət lütf et. Məni doğru yola hidayət eylə, ruzi ver. Çatışmayan cəhətlərimi tamamla, qırıq-töküyümü düzəlt və məqamımı ucalt. .
رَبِّ هَبْ لِى قَلْبًا تَقِيًّا نَقِيًّا مِنَ الشِّرْكِ بَرِيًّا لَا كَافِرًا وَلَا شَقِيًّا
Rəbbim, mənə, təqva duyğusuyla dolu, şirkə bulaşmamış, talehsiz və nankör olmayan pak bir qəlb lütf elə.
ربِّ اغْفِرْ وَارْحَمْ وَتَجَاوَزْ عَمَّا تَعْلَمُ، إِنَّكَ أَنْتَ الْأَعَزُّ الْأَكْرَمُ
Rəbbim, bağışla və mərhəmət et. Xəta və günah olaraq bildiyim şeyləri sıfırla, əfv eylə; şüphəsiz yeganə Әziz və Kərim Sənsən.
Kim inanaraq və savabını umaraq ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar
Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.
İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.
Dua Allahla qul arasında qüvvətli bir bağdır.
Bəxtinə düşdüm, ey yeganə Mətlubum, Məqsudum, Məhbubum; nə olar, tövbəmi qəbul eylə, qəlbimə təkrar həyat bəxş eylə!