188. 056 dəfə oxunub ,   0 şərh   Çap et

İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.[1]  Nəql olunur ki, Peyğəmbərimiz (s.ə.s.) oruc açarkən bu duaları oxuyarmış:

اَللَّهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ اَفْطَرْتُ

(Allahummə ləkə sumtu va alə rizqikə əftərtu)

Allahım! Sənin rizan üçün oruc tutdum. Sənin verdiyin ruzi ilə orucumu açdım.[2]

اَللّٰهُمَّ لَكَ صُمْتُ وَعَلَى رِزْقِكَ أَفْطَرْتُ فَتَقَبَّلْ مِنِّي إِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ

(Allahummə ləkə sumtu, və alə rizqukə əftərtu fə təqabbəl minni innəkə əntəs-səmiul-alim)

Allahım! Sənin rizan üçün oruc tutduq və ruzinlə iftar açdıq. (Orucumuzu) qəbul eylə. Sözsüz ki, Sən hər şeyi eşidən və bilənsən.[3]  

 اَلْحَمْدُ لِلَّهِ الَّذِي أَعَانَنِي فَصُمْتُ وَ رَزَقَنِي فَأَفْطَرْتُ

(Əlhəmdu lilləhil-ləzi əanəni fə sumtu və rəzaqani fə əftərtu)

“Allaha həmd olsun ki, Onun yardımı ilə oruc tutur, verdiyi ruzi ilə iftar açıram.[4]

اَللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِرَحْمَتِكَ الَّتِي وَسِعَتْ كُلَّ شَيْءٍ أَنْ تَغْفِرَ لِي ذُنُوبِي

(Allahummə, inni əsəlukə birahmətikə əlləti vəsi’tə kulli şəyin, ən təğfirə li zənbi)

Allahım, hər şeyi əhatə edən rəhmətinlə Səndən günahlarımı bağışlamağını istəyirəm.“[5]

اَللَّهُمَّ لَكَ صُمْتُ وَ بِكَ آمَنْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ لِصَوْمِ غَدٍ نَوَيْتُ فَاغْفِرْلِي مَا قَدَّمْتُ وَ مَا اَخَّرْتُ

(Allahummə ləkə sumtu va bikə əməntu va aleykə təvəkkəltu va alə rizqikə əftərtu va li savmi ğadin nəvəytu fəğfirli mə qaddəmtu va mə əxxərtu)

Allahım! Sənin rizan üçün oruc tutdum. Sənə inandım, Sənə güvəndim, Sənin verdiyin ruzi ilə iftar açdım. Sabahkı oruca niyyət etdim. Allahım! Keçmiş və gələcək günahlarımı bağışla“.[6]

 ذَهَبَ الظّمَأُ وَابْتَلَّتِ الْعُرُوقُ  وَ ثَبَتَ الاَجْرُ إنْ شَاءَ اللهُ تَعَالَى

(Zəhəbəz-zamə vəb təllətil-uruqu və səbətəl əcru inşəallahu təalə)

Susuzluq getdi, damar islandı və inşallah, mükafat gerçəkləşdi.”[7] 

İftar verən ev sahibinə edilən dua

Həzrət Ənəs nəql edir: “Rəsulullah (s.ə.s.) bir gün Sad ibn Übadəgilə iftara gəldi. Übadə çörək və zeytun gətirdi. Allah Rəsulu yedi və sonra belə buyurdu:

أَفْطَرَ عِنْدَكُمُ الصَّائِمُونَ وَأَكَلَ طَعَامَكُمُ الْاَبْرَارُ وَصَلَّتْ عَلَيْكُمُ الْمَلَائِكَةُ

(Əftara indəkum əssaimunə və əkələ taaməkumul-əbraruvə sallət aleykumul-mələikətu)

“Süfrənizdə oruc tutanlar iftar etsin, yeməyinizi yaxşı insanlar yesin və mələklər sizə dua etsin.”[8]


[1] Tirmizi, Dəavat, 129; İbn Macə, Siyam, 48.
[2] Əbu Davud, Savm 22; Daraqutni, Sünən, II, 185; Beyhəqi, əs-Sünənül-Kübra, IV, 399.
[3] Daraqutni, Sünən, II, 185.
[4] Beyhaqi, Şuabül-iman, III, 406.
[5] Əbu Davud, Siyam, 22.
[6] Əbu Davud, 22.
[7] Əbu Davud, Siyam, 22.
[8] Əbu Davud, III, 367, Nəsai, əs-Sünənül-kübra, VI, 81.


Açar sözləri

dua iftar iftar duası Ramazan

Bənzər məqalələr

Fitrə nədir?

Fitrə, ramazan ayının sonunda nisab miqdarı mala malik müsəlmanların verməklə mükəlləf olduqları vacib sədəqədir.

PEYĞƏMBƏRIMIZIN ETIKAFI

Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.

İmtahan duası

Duanın iki növü var: feli (əməli) və sözlə dua. İnsanın üzərinə düşən öhdəlikləri səbəblər dairəsində yerinə yetirməsi, çalışıb səy göstərməsi feli duadır.

Dişə plomb qoymaq orucu pozur?

Mədəyə su, qan və s. getməmək şərtilə dişə qoyulan plomb orucu pozmur. Maye getdiyi təqdirdə oruc pozulur və qəza edilməlidir.

Siqaret və qəlyan orucu pozur?

Siqaret və qəlyan çəkmək orucu pozur. Həmin oruca qəza və kəffarə gərəkir. Başqasının çəkdiyi siqaret tüstüsünü bilərək ciyərlərinə çəkən şəxsin də orucu pozulur.


Şərh yaz