Aylıq namaz vaxtları
904 dəfə oxunub ,   0 şərh   Çap et

Niyyət bir işi görmək fikrində olmaq, yönəlmək, qəti qərar və şüur mənalarına gəlir. İnsan niyyət sayəsində haraya yönəldiyini, nə istədiyini bilir və onu tapma, əldə etmə şüuruna yiyələnir.

İnsanın bütün hərəkət və davranışlarının əsasında niyyət dayanır. İradənin sarsılmaz əsası və bir işi görmə gücünün ən sağlam bünövrəsi də niyyətdir. Hətta kainatda və insan nəfsində hər şeyin həm başlanğıcı, həm də davam etməsi niyyətdən asılıdır. Ona söykənmədən nə bir şeyi ərsəyə gətirmək, nə də onu davam etdirmək mümkün deyil.

Hər şeyin ilk cizgiləri əvvəlcə beyində çəkilir. İkinci sırada plan mərhələsi gəlir. Daha sonra əzm və qətiyyətlə həyata keçirilir. Bu ilkin layihə və plan olmadan bir işə başlamaq nəticə vermədiyi kimi, iradə və əzm olmadan da onu gerçəkləşdirmək mümkün deyildir. Niyyətin güc və təsirini görmək o qədər çətin deyildir. Əfsuslar olsun ki, çoxları məna aləminə deyil, ancaq maddi dünyaya baxdıqları üçün bu güc və təsirdən də xəbərsiz yaşayırlar.

Əməllərə dəyər qazandıran niyyət, puç edən də yenə niyyətdir. Elə kiçik əməllər var ki, niyyətin sayəsində böyüyür, birə min olur, damladan dəryaya dönür. Əksinə, dağ boyda yaxşılıq və əməllər sırf pis niyyət ucbatından puç olub hədər gedir. Peyğəmbərimiz (s.a.s.) belə buyurur:

Xülasə, niyyət möminin həyatında hər şeydir. Fərdin bütün əməllərinə can verən niyyət, onun həyatını başdan-ayağa “bərəkətli tarla”ya çevirən də yenə niyyətdir. Fani dünyada, bu qısa ömürdə əbədi həyatın bütün qapılarını açan niyyət, əbədi bədbəxtliyə aparan da yenə niyyətdir.

Niyyətin nə qədər önəmli və faydalı olduğunu Peyğəm­bə­rimizin sözlərindən də görürük. Həzrət Ömər Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət edir: “Əməllər (başqa şeyə görə deyil) ancaq niyyətlərə görədir. Hər kəsin niyyəti nədirsə, onu da əldə edəcək. Kim Allah və Rəsulunun (rizası və məmnunluğu) üçün hicrət edirsə, Allah və Rəsuluna hicrət etmiş olur. Kim də bir dünya malı və ya bir qadından ötrü hicrət edirsə, onun hicrəti də məqsədinə görədir”.[1]

 [1]. Buxari, Bədül-Vəhy, 1



Açar sözləri

niyyet niyyət

Bənzər məqalələr

Oruca necə niyyət etməli?

Orucun şərtlərindən biri niyyətdir. Niyyətsiz oruc səhih deyil. Buna görə də oruca nə zaman və necə niyyət ediləcəyini bilmək lazımdır.

İman və ümid

İnsan ümidlə var olur, cəmiyyət onunla canlanıb inkişaf edir. Beləliklə, ümidini itirmiş insan ölü, ümiddən məhrum cəmiyyət isə iflicdir.

Niyyət nədir?

Niyyət məram, məqsəd, plan, amac, qəti iradə, qəlbin bir şeyi bilməsi, bir şeyi qərara alıb o işin nə üçün edildiyini anlaması və o işə yönəlməsi mənasını verir.

Niyyət və hicrət

Əməllər niyyətlərə görədir. Kimin niyyəti nədirsə, onu da əldə edəcək.


Şərh yaz