1. 082 dəfə oxunub ,   0 şərh   Çap et

 

 عَنْ أَب۪ي هُرَيْرَةَ  عَنِ النَّبِيِّ  قَالَ: «اَلْإ۪يمَانُ بِضْعٌ وَسَبْعُونَ أَوْ بِضْعٌ وَسِتُّونَ شُعْبَةً: فَأَفْضَلُهَا قَوْلُ لَا إلَهَ إلَّا اللّٰهُ، وَأَدْنَاهَا إِمَاطَةُ الْأَذٰى عَنِ الطَّر۪يقِ، وَالْحَيَاءُ شُعْبةٌ مِنَ الْإ۪يمَانِ»

Əbu  Hureyrə (r.a.) Nəbilər Sərvərinin (s.ə.s.)  belə buyurduğunu nəql etmişdir:

“İman təxminən yetmiş və ya altmış hissədən (şöbədən) ibarətdir. Ən üstünü “Lə iləhə illəllah” (“Allahdan başqa ilah yoxdur!”) həqiqətini demək, kəlimeyi-şəhadət gətirməkdir. Ən aşağı şöbəsi isə insanlara əziyyət verən daş, tikan, çöp kimi şeyləri yoldan təmizləməkdir. Həya da imanın bir şöbəsidir”. [Buxari, İman 3; Müslim, İman 58]

 عَنْ أَب۪ي سَع۪يدٍ الْخُدْرِيِّ  قَالَ: كَانَ رَسُولُ اللّٰهِ  أَشَدَّ حَيَاءً مِنَ الْعَذْرَاءِ ف۪ي خِدْرِهَا، فَإِذَا رَأَى شَيْئًا يَكْرَهُهُ عَرَفْنَاهُ ف۪ي وَجْهِهِ.

Əbu Səid əl-Xudri (r.a.) demişdir:

“Allah Rəsulu (s.ə.s.) həyası ilə bakirə qızdan da utancaq idi. Bir şeyi xoşlamadığını üzünün cizgilərindən başa düşərdik”. [Buxari, Ədəb 72; Müslim, Fədail 67]



Açar sözləri

həya hissi

Şərh yaz