8. 441 dəfə oxunub ,   0 şərh   Çap et

Günəşi bir ulduz, onun ətrafında dönən doqquz planeti və bu planetlərin peyklərini, asteroid və quyruqlu ulduzlardan mütəşəkkil sistem adlandırsaq da günəş sisteminin böyüklüyünü tam ifadə etmiş olmarıq.

Günəş sisteminin genişliyi və böyüklüyünə baxanda insanı heyrətləndirən mənzərə ilə qarşılaşırıq. Planetlər iki yerə ayrılır: günəş sisteminin daxili və xarici planetləri. Sistemin xarici planetləri − Yupiter, Saturn, Uran və Neptun − Yerin də içində olduğu digər qrupdakı planetlərdən yüzlərcə dəfə daha böyük, soyuq qaz topaları halındadır. Bu planetlərin həcm və kütlələri böyükdür, üstəlik Günəşdən çox uzaqdırlar. Həmin planetlərdə hər hansı təbəqə, metal əsaslı elementlər, daş və torpaq yoxdur. Bu sistemin sonuncu planeti Pluton haqqında isə hələlik elmə çox az şey məlumdur. Günəş sisteminin daxili planetləri isə Merkuri, Venera, Yer və Marsdır. Günəşin daxili planetləri içərisində ən böyüyü Yer kürəsidir.

Bu mükəmməl sistem içərisində Ayın da özünəməxsus yeri var. Ay Yerin peyki sayılır. Digər planetlərin də ətrafında dönən peyklər mövcuddur. Ancaq bu peyklər planetlərə nisbətən çox kiçikdirlər. Ayın diametri və çevrəsi Yerdən dörd dəfə kiçikdir. Ayın radiusu 1738 km, kütləsi 7,3477×1022 kq, orta sıxlığı isə 3,3·103 kq/m3-dur. Əgər bir addımımızın Yerin radiusu (6378 km) qədər olduğunu fərz etsək Aya altmış adımda çata bilərdik. Günəşə çatmaq üçün isə iyirmi min addımın lazım gəldiyini düşünəndə, Ayın bizə Günəşdən daha yaxın olduğunu deyə bilərik. Böyüklük və yaxınlığına görə Yer və Aya bəzən qoşa planet kimi baxırlar. Diqqətçəkən başqa xüsus isə, dünyadan baxanda Ay və Günəşin görünən böyüklüklərinin eyni olmasıdır. Günəş tutulması zamanı Ay, Günəş və Dünya arasına girir və Günəşin qabağını tamamilə kəsir . 

Ayın səthinda Yerdəkindən daha çox kraterlər var. Bu kraterlər Ayda atmosfer olmadığına görə çoxsaylı asteroid, meteorit və quyruqlu ulduzun çarpışması nəticəsində meydana gəlmişdir. Ayın səthində əmələ gələn bu izləri silə biləcək, daxili geoloji hərəkətlənmə, su və külək eroziyası olmadığından-orda baş verən vulkanların izləri itmədən qalmışdır. Ayın səthindəki bu mənzərə milyonlarla ildir ki dəyişmədən qalmaqdadır. Ayın səthi bu kraterlərdən əlavə görünüşdə okeana bənzəyən geniş sahələrlə əhatə olunub. Əvvəllər buraların su ilə dolu olduğunu düşünürdülər. Əslində Ayın səthində görünən bu mənzərə su yox, lavalar imiş.

Kosmik tədqiqatlar və götürülən nümunələrin analizi ayın səthində keçmiş dövrlərdə maqmatik-tektonik (ələlxüsus bazalt) hərəkətlənmə və partlamaların baş verdiyini göstərir. Dünyadan Aya haradan və nə zaman baxılarsa baxılsın həmişə Ayın eyni tərəfi görünür. Bunun səbəbi, Yerin öz oxu ətrafında dönmə sürəti ilə Ayın Yerin ətrafındakı hərəkət sürətinin eyni olmasıdır. Ayın öz oxu ətrafında fırlanma sürəti, Yerin ətrafındakı hərəkət sürətinə yaxın olduğuna görə onun əks tərəfini görmək olmur. Əgər kosmosa gedilməsəydi Ayın o biri üzü görülməyəcəkdi.

Əslində milyonlarla il əvvəl, Ay Yerə daha yaxın idi və o da öz oxu ətrafında fırlanırdı. Lakin  Yer ilə arasında olan cazibə qüvvəsinin təsirindən öz oxu ətrafında fırlanması sonradan dayandı. Ay tədricən Yerdən uzaqlaşmağa başladı, bunun üçün lazım olan momentumu də tamamilə Yerin dönməsindən əldə elədi. Nəticədə Yerin öz oxu ətrafında dönmə sürəti bir neçə milyard ildir ki, yavaşlamağa başladı. Hal-hazırda da Ay Yerdən hər il dörd santimetr uzaqlaşır və bir Dünya gününün də, hər il təxminən on mində bir nisbətində uzanmasına səbəb olur. Bu proses baş vermədən əvvəl isə günlər daha qısa idi. 

Ayın kosmosa gedildikdən sonra görə bildiyimiz digər üzü, bizə görünən tərəfi kimi deyildir. Ən böyük fərq, bizə baxan üzündəki kimi çox geniş qaranlıq sahələrin olmamasıdır. Ancaq buna baxmayaraq, görülməyən üzündə krater sayı daha çoxdur. Bunun səbəbi hələlik bilinmir. 

Ay və Günəşin bucaq diametrləri təxminən eynidir, digər planetlərin isə sıfra yaxındır. Ona görə də digər planetlərdən gələn enerji Günəş və Ayın enerjisi qədər bizə təsir etmir. Hal-hazırda Günəşin səthində temperatur təxminən 5.5000C, Ayın səthində isə ortalama -200C-dir. Günəşin Dünyaya göndərdiyi enerji, Ayın verdiyi enerjidən iki yüz əlli min dəfə (fiziki temperatur əmsalı Kelvin) çoxdur. Burada sözügedən enerji, cisimlərin öz mənbələrindən verdikləri enerjidir. Yoxsa Ayın bir güzgü kimi Günəşdən gələn işığı əks etdirərək bizə göndərdiyi enerji, özünün verdiyi enerjidən qat-qat çoxdur.

Keçmiş zamanda bir gün 

Çox uzaq keçmişdə Dünyaya gələn enerjini hesablayaq. Ay o zamanlar tamamən bazaltik maqma dənizi ilə örtülü idi (temperaturu 1.7000C olaraq fərz edək). Dünyadan uzaqlığı bugünkünün onda biri qədər (bucaq diametri də indikinin on qatı qədər) idi. Belə olan halda Günəşdən gələn enerjinin Aydan gələn enerjiyə nisbəti, bugünkündən daha az idi. Günəşin yaydığı işığın da bugünkünə nisbətən 15% az olduğunu nəzərə alsaq, onda Dünya aldığı enerjinin çoxunu Günəşdən yox, Aydan alardı. 

Belə bir zamanda, bir Yer gününün necə olduğunu təsəvvürümüzə gətirək. Ayın yaydığı şüanın əksər hissəsi qırmızı idi. Ay bizə on dəfə daha yaxın olduğundan, bugünkündən on dəfə daha böyük görünürdü və Yerin ətrafında fırlanırdı. Yer də öz oxu ətrafında çox sürətli fırlanır, yerdən baxdıqda Günəşin göy üzündə görünmə periodu az olub qısa fasilələrlə görülürdü. Belə bir qısa gündə, indiki kimi bir gecə də olmurdu. Yay mövsümündə şimal yarımkürəsinin qütbündəki kimi aydınlığa nisbətlə çox qısa müddətli  qaranlıqlar bir-birini təqib edirdi. 

Bu gün Yer öz oxu ətrafında təqribən 24 saata dövrünü tamamlayır. Gündüz və gecənin müəyyən uzunluqları var. Yer öz oxu ətrafında dönərkən Günəş ətrafında da ona təyin olunan orbitdə fırlanır. Yerin fırlanma oxunun Günəş ətrafında hərəkət orbitinin, bilinənin əksinə, meylli olması və bu oxun il ərzində paralel qalması ilə təxminən 23o bucaq əmələ gəlir. Nəticədə fəsillər əmələ gəlir. Həmçinin bu bucaqdan ötrü ilin müəyyən günlərində Günəş göy üzündə zirvədə durur, şüaları düz və daha uzun müddətli düşür. Həmin vaxt ilin qalan vaxtlarına görə günlər daha uzun və isti olur. Bu isti və uzun günlərə “yay”, əks vaxt dilimlərinə də “qış” deyirik. Bir yaydan sonrakı yaya qədər Yer Günəşin ətrafında tam bir dövrə vurur. Yuxarıda bəhs olunan keçmişdə Günəşin bu təsiri ayırd edilmirdi. Çünki Yerdəki gün ərzindəki temperatur fərqi, daha çox Ayın meyl və uzaqlığına bağlı idi. Belə vəziyyətdə, günümüzdəki kimi yay-qış periodundan yola çıxaraq, Yerin Günəş ətrafında döndüyünü və il məfhumunun nə olduğunu anlamaq mümkün deyildi.

Daha mükəmməli varmı? 

Kosmosda zaman olmayıb, Yer-Ay sisteminin keçmişi və gələcəyi bilinsə və bu, ən bədəvisindən, ən böyük aliminə qədər bütün insanlığa bir cümlə ilə izah ediləsi olsaydı, görəsən, bu ifadələrdən daha bəlağətli izah edilərdimi? “Biz gecə və gündüzü (qüdrətimizə dəlalət edən) iki əlamət müəyyən etdik. Rəbbinizdən ruzi diləməniz, illərin sayını və hesabı (vaxt ölçülərini) bilməyiniz üçün gecənin əlamətini (qaranlığı) silib (yerinə) gündüzün işıqlı (görünən) əlamətini gətirdik. Biz (ehtiyac hiss etdiyiniz) hər şeyi (Quranda) müfəssəl izah etdik.” (İsra, 17/12.)

İstifadə olunan ədəbiyyat:
Halil Nalbant Bir Zamanlar Ay Sıcaktı ve Gece Yoktu”, Sızıntı dərgisi, Oktyabr, 2002.
Astronomiya, (orta məktəblər üçün dərs vəsaiti)
Vikipediya, “Ay” haqqında.


Açar sözləri

ay planet yer

Bənzər məqalələr

Necə olur ki, Allah həm hər yerdədir, həm də məkandan uzaqdır, məkana sığmır?

Bir cismin ətrafına güzgü düzsək, eyni anda hamısında görünər. Güzgülərin sayı artdıqca görüntülərin də sayı artar. Cism bir ədəd olduğu halda, minlərlə görüntüsü ola bilir. Məsələn, göy üzündən asılmış işıq və istilik mənbəyi günəş bir dənədir, amma yer üzündəki milyardlarla parlaq, şəffaf əşyalarda, hətta su damlalarında işığı, istisi və yeddi rəng çaları ilə özünü göstərir. Günəş bir ədəd və milyonlarla kilometr uzaqda olmasına baxmayaraq, işığı və istiliyi ilə bizə çox yaxındır və milyardlarla əşyada əks olunur.


Şərh yaz