Aylıq namaz vaxtları
1. 898 dəfə oxunub ,   0 şərh   Çap et

Kahin, falçı, sehrbazlara müraciət etmək və onları təsdiq etmək qəti qadağan edilmişdir

 عَنْ عَائِشَةَ  قَالَتْ: سَأَلَ رَسُولَ اللّٰهِ  أُنَاسٌ عَنِ الْكُهَّانِ، فَقَالَ: «لَيْسُوا بِشَيْءٍ» فَقَالُوا: يَا رَسُولَ اللّٰهِ إِنَّهُمْ يُحَدِّثُونَا أَحْيَانًا بِشَيْءٍ فَيَكُونُ حَقًّا؟ فَقَالَ رَسُولُ اللّٰهِ : «تِلْكَ الْكَلِمَةُ مِنَ الْحَقِّ يَخْطَفُهَا الْجِنِّيُّ فَيَقُرُّهَا ف۪ي أُذُنِ وَلِيِّهِ، فَيَخْلِطُونَ مَعَهَا مِئَةَ كَذْبَةٍ».

Həzrəti Aişə (r.anhə) nəql edir:

“Bəzi səhabələr Allah Rəsulundan (s.ə.s.) kahinlərin vəziyyəti (onların söz və xəbərlərinin keyfiyyəti) barədə soruşdular. Peyğəmbərimiz (s.ə.s.): “Onların söylədiklərinin heç bir qiyməti yoxdur,” – buyurdu. Ancaq onlar: “Ey Allahın Rəsulu! Onların bizə dedikləri şeylər bəzən düz çıxır,” – dedilər. Allah Rəsulu (s.ə.s.): “Onların düz çıxan sözləri varsa, o da bir cinin (mələklərdən) oğurlayıb o kahin dostlarının qulağına pıçıldadığı xəbərlərdir. Kahinlər də bu bircə doğrunun içinə yüz yalan qatırlar (guya kahinlik edirlər),” – buyurdu”. [Buxari, Tövhid 57; Müslim, Salam 122]

 عَنِ ابْنِ عَبَّاسٍ   قَالَ: قَالَ رَسُولُ اللّٰهِ : «مَنِ اقْتَبَسَ عِلْمًا مِنَ النُّجُومِ اقْتَبَسَ شُعْبَةً مِنَ السِّحْرِ زَادَ مَا زَادَ».

İbn Abbas (r.anhumə) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql edir:

“Kim ulduzlardan (ulduz falçılığından) bir məlumat öyrənər və ya ulduzlarla əlaqəli bir məsələyə vaqif olarsa (münəccimliklə məşğul olarsa), demək ki, sehrin bir sahəsində bilik sahibi olar. O bu mövzuda təkmilləşdikcə peşəkar sehrbazlığa doğru irəliləyər”. [Əbu Davud, Tibb 22]

 

 İzah: Hədisin زَادَ مَا زَادَ  “zədə mə zədə” şəklində bitən son hissəsini, yəni son cümləsini bu cür tərcümə etmək də olar. “Allah Rəsulu (s.ə.s.) bu mövzuda kifayət qədər məlumat verdi. Məsələni təfərrüatı ilə izah etdi”.

Bundan başqa, burada ulduzlarla məşğul olma qadağası astronomiya ilə deyil, astrologiya ilə bağlıdır.

 عَنْ أَب۪ي مَسْعُودٍ الْبَدْرِيِّ  أَنَّ رَسُولَ اللّٰهِ  نَهٰى عَنْ ثَمَنِ الْكَلْبِ وَمَهْرِ الْبَغِيِّ وَحُلْوَانِ الْكَاهِنِ.

Əbu Məsud əl-Bədri (r.a.) nəql edir:

“Allah Rəsulu (s.ə.s.) it alqı-satqısını, əxlaqsızlıqdan əldə edilən pulun və falçının “qazancını”n sədəqə kimi verilməsini qadağan elədi”. [Buxari, Buyu 25; Müslim, Musaqat 40]

İzah: Hədisdə itin gəlir gətirən mal kimi istifadə olunması qadağan edilir. Amma bu məsələdə məzhəblər arasında ixtilaflar var. Şafiilər itin satışına heç bir halda müsbət yanaşmırlar. Bəzi hənəfi alimlərinə görə isə, vəhşi itlər istisna, digər itlərin satışı caizdir. Bu mövzuda ehtiyatı əldən qoymayıb  keşikçi, çoban, polis və ov iti kimi növlərin ehtiyaca uyğun istifadəsi istisna olmaqla, it alğı-satqısından əldə edilən gəlirdən uzaq durmaq lazımdır.



Açar sözləri

falçı hədis sehirbaz

Bənzər məqalələr

Ayə və hədislərlə ramazan

Kim fəzilətinə inanaraq və qarşılığını yalnız Allahdan gözləyərək Ramazan orucunu tutarsa keçmiş günahları bağışlanar.

Peyğəmbərimizin sünnəsini necə anlamalıyıq?

İslam alimləri Rəsulullahdan (s.a.s.) nəql olunan bütün sünnələrə əməl etmək haqqında fərqli fikirlər irəli sürmüşlər. İlk əsrlərdən bəri alimlər hansı sünnələrə tabe olmaq lazım gəldiyini təsnif etməyə çalışmışlar.

Sehr və cadudan necə qorunmalı?

Sual: Elə insanlar var ki, qarşılaşdıqları bir çox hadisəni − ən xırda çətinlikləri belə cadu ilə əlaqələndirir, özlərinə cadu edildiyini düşünür, bundan qurtulmaq üçün qapı-qapı gəzərək “nəfəsi qüvvətli” adam axtarırlar. Bizim əqidəmizə görə bu nə dərəcədə doğrudur? Cavab: Metafizik varlıqların gücündən istifadə edərək insanlara zərər yetirmək, aldatmaq və ya gəlir qazanmaq məqsədilə edilən gözbağlayıcılıq və […]

Həqiqi zənginlik

“Həqiqi zənginlik çoxlu sərvətə sahib olmaq deyil, qənaətcil olub gözütox yaşamaqdır”. (Buxari, Riqaq 15; Müslim, Zəkat 130)

İbn Macə və “Sünən” adlı əsəri

“Kutubu sittə”yə daxil olan altı kitabdan birinin müəllifi İbn Macədir. İmam İbn Macə mühəddis olmaqla yanaşı müfəssir və tarixçi idi. Tanınmış mühəddis Əbu Yala əl-Xəlili onun haqqında “İbn Macə hədis elmində böyük alim və höccətliyi bir çoxları tərəfindən qəbul edilmiş şəxsiyyətdir.” – demişdir. Onun təlif etdiyi ən böyük əsərinin adı “əs-Sünən”dir.


Şərh yaz