İslamda halal qazancın etik prinsipləri

Halal gəlirin ölçüsü könül məmnuniyyətdir. Qurana görə ticarətin məqbul olması qarşılıqlı riza bağlıdır.

1. 051 dəfə oxunub 0 şərh yazılıb
Ticarətdə kar həddi

İslamda alış-verişdə hər hansı kar məhdudiyyəti (həddi) qoyulmamışdır. Yəni Quran və Sünnədə və səhabələrin tətbiqatında buna rast gəlinmir. Ticarətdə hər hansı kar (qazanc) məhdudiyyətinin gətirilməməsi, ticarət həyatının daha canlı olması nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir. Əgər ticarətdə hər hansı kar həddi qoyulmuş olasaydı bir çox çətinliklər ortaya çıxardı.

6. 778 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Ticarət həyatında dua

“Kim bazara girəndə “Allahdan başqa ilah yoxdur. O, birdir, şəriki yoxdur. Mülk və həmd Ona məxsusdur. Dirildir və öldürür. O, Hayydır, ölməz. Xeyir Onun əlindədir. Onun gücü hər şeyə yetər” deyərsə, Allah ona minlərlə savab yazar, onun minlərlə günahını əfv edər və onu minlərlə dərəcə yüksəldər”.

18. 005 dəfə oxunub 1 şərh yazılıb
tesvir
Müştəriyə fürsət vermək

Kim bir müsəlmanın alış-veriş sövdələşməsini ləğv etmək istəyini qəbul edərsə, Allah da onun günah və xətalarını bağışlayar”.

2. 866 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Əliaçıqlıq insanı Allaha yaxınlaşdırır

“Əliaçıq adam Allaha yaxındır. İnsanlara yaxındır. Cənnətə yaxındır. Cəhənnəmdən uzaqdır. Xəsis Allahdan uzaqdır, insanlardan uzaqdır, cənnətdən uzaqdır. Cəhənnəmə isə yaxındır”. (Tirmizi, Birr, 40; Təbərani, Mücəmül-əvsat, III, 27) Əliaçıqlıq Cənnətdən dünyaya uzadılan bir budaqdır. Sədəqə, qurban, tələbə təqaüdü və hədiyyə kimi vəsilələrlə könülləri sevindirmək, möhtacların köməyinə çatmaqdır. Əliaçıqlıq ağacının bir budağından yapışan bəxtəvərlər Tuba ağacının budağından […]

3. 682 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Ticarətçi nələri bilməlidir?

İş adamı və ticarətçilər də İslamın qanun və prinsiplərini bilməli, qarşılaşdığı problemlərin həllini də mütəxəssislərdən soruşub öyrənməlidirlər. Çünki iş adamı və ticarətçi məlumatsızlıq ucbatından yaxşı niyyətli olsa belə, haram işlər görə bilər. Bu səbəbdən də bir çətinliyə düşəndə, bir problemlə üzləşib naçar qalanda İslami hökmləri yaxşı bilən insanlarla məsləhətləşməlidir.

2. 504 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Allah dürüst ortaqların yanındadır

İslam dini bir çox sahədə olduğu kimi ticari və iqtisadi həyatda da birlikdə hərəkət etməyi, tək və təkbaşına iş qurmamağı tövsiyə edir. Allah Rəsulu müsəlman ticarətçiləri şərikli işləməyə təşviq etmiş, özü də gəncliyində Həzrət Xədicə ilə şərikli iş görmüşdür.

2. 687 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Tərəzidə ən ağır gələn əməl

“Qiyamət günü möminin tərəzisində gözəl əxlaqdan daha ağır gələn bir şey yoxdur, Allah-Təala bütün əməlləri çirkin və pis olan, çirkin və pis şeylər dilindən düşməyən insanı sevməz”.

3. 186 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Ən xeyirli qazanc

İnsanın özünün və ailəsinin ruzisini təmin etmək, borcu varsa, qaytarmaq üçün işləyib qazanması fərzdir. Ticarət, əkinçilik və sənət üç əsas qazanc yoludur və bunların hansı ilə olur-olsun, əl əməyi və alın təri ilə əldə edilən halal qazanc müqəddəsdir və ən fəzilətli dolanışıq yoludur. İnsanı dəyərli edən şey də əl əməyi və alın təridir.

7. 644 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Ticarətdə çox and içməyin zərərləri

And həmsöhbətimizi (müştəriyə) bir şeyə inandırmaq və qəbul etdirmək, bir şeyi etmək və ya etməmək üçün özümüzü və ya başqasını həvəsləndirib hərəkətə gətirmək üçün müəyyən qəliblərdə dilə gətirilən sözlərə deyilir. Doğru da olsa, alış-verişdə and içilməsini qəbul etməyən dinimiz yalan yerə and içməyi isə Allaha ortaq qoşmaq, ana, ataya üsyan etmək, haqsız yerə adam öldürmək kimi böyük günahlar arasında qeyd edir. Yalan yerə and içmək təkcə ticari sahədə deyil, həyatın hər bir sahəsində çirkin bir davranış sayılır.

1. 984 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Möhtəkirin aqibəti

Möhtəkirlik insanların ehtiyacı olmasına baxmayaraq, ticari dəyərə malik əmtəəni anbara yığmaq, bazara çıxarmayıb bahalaşmasını gözləməkdir. Belə bir qadağa qoyulmasında məqsəd topluma zərər vurulmasının qarşısını almaqdır. İslam dini bazar qiymətlərinin azad rəqabətlə tənzimlənməsini və formalaşmasını əsas götürdüyü üçün möhtəkirliyə müsbət baxmır.

1. 664 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Müştərini qızışdırmamaq

“Ticarətçilər, sənətkarlar şirin dilli, gülərüzlü, olduqca təvazökar, doğru sözlü olmalı, əsla yorulmadan, bezib-usanmadan çalışmalıdır. Bu məsələlər hər bir peşə sahibi üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, xalqla birlikdə işləyən və insanların xeyrində və ya zərərində az rol oynamayan bu iki sinif üçün daha əhəmiyyətlidir”

1. 630 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Dəllalıq etməmək

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) həm üxrəvi, həm də dünyəvi işlərdə möminlərin ən etibarlı və əsl rəhbəridir. O, insanların əbədi səadəti naminə əzmlə çalışdığı kimi dünya işlərində də zülmü aradan qaldırmaq və haqq sahibinin haqqını vermək üçün böyük əmək sərf etmişdir. Özü də cəmiyyət həyatında mühüm rol oynayan iqtisadi və ticari sahə ilə yaxından maraqlanmışdır.

1. 724 dəfə oxunub 0 şərh yazılıb
tesvir
İşçinin haqqını təri qurumadan vermək

İşçinin haqqı gecikdirilməməlidir. İşçiyə gücü çatmayana iş tapşırılmamalıdır. “Ən xeyirli qazanc insanın əlinin zəhməti və dürüst alış-verişlə əldə etdiyi qazancdır”

3. 672 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Ticarətdə dürüstlük

İslamın ticarət əxlaqını əsas götürən hər bir ticarətçi dürüstlüyü, doğru sözlülüyü və etibarı ilə insanlar arasında etimad qazanmalıdır. Müştərinin məlumatsızlığından, diqqətsizliyindən və ehtiyac içində olmasından sui-istifadə etməməli və heç kimi aldatmamalıdır. Aldatmağı və hiylə işlətməyi İslamdan çıxmaq kimi görməli və belə bir aqibətə düçar olmaqdan qorxmalıdır.

7. 822 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Ticarət və faiz arasındakı fərq nədən ibarətdir?

Sual: Bəqərə surəsi 275-ci ayədəki: “Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir” ifadəsini necə anlamalıyıq?

3. 143 dəfə oxunub 0 şərh yazılıb


  Facebook səhifəmizi bəyənin