2. 481 dəfə oxunub ,   0 şərh   Çap et

“Elm öyrənmək hər bir müsəlmana fərzdir”.

(İbn Macə, Müqəddimə, 17)

Uca dinimizdə elm öyrənmək hər bir müsəlmanın vəzifəsi sayılır. Belə ki, Qurani-Kərimdə yüzə yaxın yerdə “elm” sözü işlənmiş, səkkiz yüz yerdə isə elmlə bağlı mənalara yer verilmişdir.

Elmsiz din də olmaz. Çünki Allahın müxatəb və dində mükəlləf qəbul etdiyi  şəxslər əqli cəhətdən sağlam və ilahi bəyanları düzgün anlayıb doğru izah etməyi bacaran insanlar olmalıdır. Bunun üçün elm mühüm şərtdir.

İslam elmi və elmə marağı bir hədəf kimi qarşıya qoymaqla yanaşı, bəzi məsələlərdə məlumatlı olmağı bir vəzifə və borc saymışdır. Müsəlman namaz qılmaq üçün ən azı bəzi  məsələləri bilməyə məcburdur. Bunlar dəstəmazın düzgün alınmasını, namazın səhih qılınmasını və məqbul olmasını təmin edən biliklərdir. Qurandan heç bir şey bilməyən insanın namazı səhih ola bilməz. Buna görə də hər möminin Qurani-Kərimdən “Fatihə” ilə birlikdə ən az iki qısa surəni düzgün öyrənməsi fərzdir.

Müsəlmanların İslamı düzgün yaşaması və tətbiq etməsi bəzi vacib hökm və əsasları öyrənməkdən asılıdır. Bunların bir hissəsi namaz, bir hissəsi oruc, bir hissəsi zəkat, bir hissəsi həcc, bir hissəsi də həyatın digər sahələri ilə bağlıdır.

İş adamı və ticarətçilər də İslamın qanun və prinsiplərini bilməli, qarşılaşdığı problemlərin həllini də mütəxəssislərdən soruşub öyrənməlidirlər. Çünki iş adamı və ticarətçi məlumatsızlıq ucbatından yaxşı  niyyətli olsa belə, haram işlər görə bilər. Bu səbəbdən də bir çətinliyə düşəndə, bir problemlə üzləşib naçar qalanda İslami hökmləri yaxşı bilən insanlarla məsləhətləşməlidir. Bu, ayədə də açıq-aşkar bəyan olunur: “De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?! Bunu yalnız ağıl sahibləri tam düşünər!” (“Zümər” surəsi, 39/9)

İslam dini həyatdan uzaq, təcrid edilmiş bir sistem deyil. Ticarət və iş həyatının bütün prinsiplərini ehtiva edən əmr, tövsiyə və qadağalara malikdir. Dolanışığını ticarətlə qazanan müsəlman kişi və qadınlar da bu barədə məlumat əldə etməyə, Allahın razılığına uyğun ticarət etməyə, iş qurmağa borcludur. Onlar heç olmasa nəyin haram, nəyin məkruh olduğunu, haram və ya halalın şərtlərini bilməlidirlər. Həzrət Ömər buyurur: “Ticarətin İslami hökmlərini bilməyən bizim bazarlarda alış-veriş etməsin”. (Tirmizi, Vitr, 21)

Hənəfi məzhəbinin fiqh alimlərindən İbn Abidin yuxarıdakı hədisi əsas götürərək hər kəsə fərz olan elmləri saymış və bunu da əlavə etmişdir: “… Hər bir insanın məşğul olduğu işdə (sənət, peşə, ticarət, elm və s.) haram işləməkdən çəkinmək üçün lazımi məlumatları və hökmləri öyrənməsi fərzdir… Həmçinin ticarət, nikah, talaqa dair məlumatları bilmək də bu məsələlərlə məşğul olan şəxslərə fərzdir”. (Rəddül-muxtar, 1/29)

Həyatın təbii axarında elə bir insan yoxdur ki, bazar-dükandan nəsə almasın. Buna görə də hər bir müsəlmanın ticarətə aid İslami qanun və prinsiplərdən xəbərdar olması bir zərurətdir. Ancaq bu məsələdə, xüsusilə, ticarətçilər daha həssas olmalı və bilmədiklərini də öyrənməlidirlər. Elm hər şeydə olduğu kimi ticari və iqtisadi həyatda da uğurların açarıdır. Bu elmin həm dünyaya, həm də axirətə dair yönlərini yaxşı bilməliyik ki, hər iki dünyanın da səadət qapısını açmağa müvəffəq olaq.

Mövzunu Allah Rəsuluna aid gözəl bir dua ilə yekunlaşdıraq: “Allahım! Fayda verməyən elmdən, qəbul edilməyən duadan, (Səndən) qorxmayan qəlbdən və doymayan nəfsdən Sənə sığınıram”. (Tirmizi, Dəavat, 68)



Açar sözləri

tacir ticarət

Bənzər məqalələr

İslamda halal qazancın etik prinsipləri

Halal gəlirin ölçüsü könül məmnuniyyətdir. Qurana görə ticarətin məqbul olması qarşılıqlı riza bağlıdır.

Ticarətdə kar həddi

İslamda alış-verişdə hər hansı kar məhdudiyyəti (həddi) qoyulmamışdır. Yəni Quran və Sünnədə və səhabələrin tətbiqatında buna rast gəlinmir. Ticarətdə hər hansı kar (qazanc) məhdudiyyətinin gətirilməməsi, ticarət həyatının daha canlı olması nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir. Əgər ticarətdə hər hansı kar həddi qoyulmuş olasaydı bir çox çətinliklər ortaya çıxardı.

Ticarət həyatında dua

“Kim bazara girəndə “Allahdan başqa ilah yoxdur. O, birdir, şəriki yoxdur. Mülk və həmd Ona məxsusdur. Dirildir və öldürür. O, Hayydır, ölməz. Xeyir Onun əlindədir. Onun gücü hər şeyə yetər” deyərsə, Allah ona minlərlə savab yazar, onun minlərlə günahını əfv edər və onu minlərlə dərəcə yüksəldər”.

Müştəriyə fürsət vermək

Kim bir müsəlmanın alış-veriş sövdələşməsini ləğv etmək istəyini qəbul edərsə, Allah da onun günah və xətalarını bağışlayar”.

Əliaçıqlıq insanı Allaha yaxınlaşdırır

“Əliaçıq adam Allaha yaxındır. İnsanlara yaxındır. Cənnətə yaxındır. Cəhənnəmdən uzaqdır. Xəsis Allahdan uzaqdır, insanlardan uzaqdır, cənnətdən uzaqdır. Cəhənnəmə isə yaxındır”. (Tirmizi, Birr, 40; Təbərani, Mücəmül-əvsat, III, 27) Əliaçıqlıq Cənnətdən dünyaya uzadılan bir budaqdır. Sədəqə, qurban, tələbə təqaüdü və hədiyyə kimi vəsilələrlə könülləri sevindirmək, möhtacların köməyinə çatmaqdır. Əliaçıqlıq ağacının bir budağından yapışan bəxtəvərlər Tuba ağacının budağından […]


Şərh yaz