2. 814 dəfə oxunub ,   0 şərh   Çap et

وَقُلْ رَبِّ زِدْن۪ي عِلْمًا

“Ey Rəbbim! Mənim elmimi artır!” de. {“Ta ha” surəsi, 20/114}

قُلْ هَلْ يَسْتَوِي الَّذ۪ينَ يَعْلَمُونَ وَالَّذ۪ينَ لَا يَعْلَمُونَ

De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?!” {“Zümər” surəsi, 39/9}

يَرْفَعِ اللّٰهُ الَّذ۪ينَ آمَنُوا مِنْكُمْ وَالَّذ۪ينَ أُوتُوا الْعِلْمَ دَرَجَاتٍ

Allah sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın.! {“Mücadilə” surəsi, 58/11}

إِنَّمَا يَخْشٰى اللّٰهَ مِنْ عِبَادِهِ الْعُلَمَاءُ

Allahdan bəndələri içində ancaq alimlər layiqincə qorxar! {“Fatir” surəsi, 35/28}

 عَنْ مُعَاوِيَةَ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ : «مَنْ يُرِدِ اللّٰهُ بِهِ خَيْرًا يُفَقِّهْهُ فِي الدّ۪ينِ»

Müaviyə (r.a.) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu nəql etmişdir:

“Uca Allah kimə xeyir nəsib etmək istəsə, ona dində dərin anlayış verər (onu dini mövzularda fəqih – alim səviyyəsinə yüksəldər)”. [Buxari, Elm, 10; Müslim, İmarə 175]

 عَنْ سَهْلِ بْنِ سَعْدٍ  أَنَّ النَّبِيَّ  قَالَ لِعَلِيٍّ : «فَوَاللّٰهِ لَأَنْ يَهْدِيَ اللّٰهُ بِكَ رَجُلاً وَاحِدًا خَيْرٌ لَكَ مِنْ حُمْرِ النَّعَمِ»

Səhl ibn  Sadın (r.a.) rəvayətinə görə, Allah Rəsulu (s.ə.s.) Həzrəti Əliyə (r.a.) xitabən belə buyurmuşdur:

“Ya Əli! Allaha and olsun ki, Allahın sənin vasitənlə bir adamı hidayətə çatdırması sənə (qiymətsiz) qırmızı dəvələrin bəxş edilməsindən, sənin də onları sədəqə verməyindən daha xeyirlidir”. [Buxari, Məğazi 38; Müslim, Fədailus-səhabə 34]

 عَنْ عَبْدِ اللّٰهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ   أَنَّ النَّبِيَّ  قَالَ: «بَلِّغُوا عَنّ۪ي وَلَوْ آيَةً، وَحَدِّثُوا عَنْ بَن۪ي إِسْرَائ۪يلَ وَلَا حَرَجَ، وَمَنْ كَذَبَ عَلَيَّ مُتَعَمِّدًا فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ»

Abdullah ibn Amr ibn əl-As (r.a.) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu nəql etmişdir:

“Mənə nazil olan Qurandan bir ayə də olsa, (öyrəndiklərinizi) insanlara bildirin (çatdırın). İsrail oğullarının ibrətverici qissələrindən də bəhs etməkdə heç bir qəbahət yoxdur. Lakin kim qəsdən mənim adımdan yalan uydurarsa (demədiyim şeyləri “söylədi” deyərsə), Cəhənnəmdə  yerini hazırlasın”. [Buxari, Ənbiya 50]

 عَنْ أَب۪ي هُرَيْرَةَ  أَنَّ رَسُولَ اللّٰهِ ، قَالَ: «وَمَنْ سَلَكَ طَر۪يقًا يَلْتَمِسُ فِيهِ عِلْمًا سَهَّلَ اللّٰهُ لَهُ بِهِ طَر۪يقًا إِلَى الْجَنَّةِ»

Əbu Hureyrə (r.a.) nəql edir:

“Allah Rəsulu (s.ə.s.) belə buyurdu: “Kim elm öyrənmək məqsədilə yola çıxarsa, Allah onun üçün Cənnətə gedən yolu asanlaşdırar”. [Müslim, Zikr 39]

 عَنْ أَبِي الدَّرْدَاءِ  قَالَ: سَمِعْتُ رَسُولَ اللّٰهِ  يَقُولُ: «مَنْ سَلَكَ طَر۪يقًا يَبْتَغ۪ي فِيهِ عِلْمًا سَهَّلَ اللّٰهُ لَهُ طَر۪يقًا إِلَى الْجَنَّةِ، وَإِنَّ الْمَلَائِكَةَ لَتَضَعُ أَجْنِحَتَهَا لِطَالِبِ الْعِلْمِ رِضًا بِمَا يَطْلُبُ، وَإِنَّ الْعَالِمَ لَيَسْتَغْفِرُ لَهُ مَنْ فِي السَّمٰوَاتِ وَمَنْ فِي الْأَرْضِ حَتّٰى الْح۪يتَانُ فِي الْمَاءِ، وَفَضْلُ الْعَالِمِ عَلَى الْعَابِدِ كَفَضْلِ الْقَمَرِ عَلٰى سَائِرِ الْكَوَاكِبِ، وَإِنَّ الْعُلَمَاءَ وَرَثَةُ الْأَنْبِيَاءِ وَإِنَّ الْأنْبِيَاءَ لَمْ يُوَرِّثُوا د۪ينَارًا وَلَا دِرْهَمًا وَإِنَّمَا وَرَّثُوا الْعِلْمَ،

فَمَنْ أَخَذَهُ أَخَذَ بِحَظٍّ وَافِرٍ»

Hz. Əbu Dərdanın (r.a.) nəql etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Uca Allah elm öyrənmək məqsədi ilə yola çıxan adama Cənnət yollarını açır. Mələklər elmə və onu öyrənənə məmnuniyyət və təvazö əlaməti olaraq qanadlarını yerə sərirlər. Göylərdə və yerdə nə varsa, hətta su içində balıqlar da elm talibi (öyrənmək istəyən, öyrənmək üçün yollara düşən) üçün Allahdan mərhəmət diləyir. Bədirlənmiş ay görünən ulduzlardan necə üstündürsə, alim də abiddən elə üstündür. Alimlər peyğəmbərlərin varisləridir. Peyğəmbərlər miras kimi qızıl və ya gümüş deyil, yalnız elm qoymuşdur. O elmdən pay almaq böyük və dəyərli bir şeyi əldə etmək deməkdir”. [Tirmizi, Elm 19; Əbu Davud, Elm 1]

 عَنِ ابْنِ مَسْعُودٍ  قَالَ: سَمِعْتُ رَسُولَ اللّٰهِ  يَقُولُ: «نَضَّرَ اللّٰهُ امْرَءًا سَمِعَ مِنَّا شَيْئًا فَبَلَّغَهُ كَمَا سَمِعَهُ، فَرُبَّ مُبَلَّغٍ أَوْعٰى مِنْ سَامِعٍ».

İbn Məsudun (r.a.) nəql etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Allah bizdən bir şey eşidib onu olduğu kimi başqalarına danı­şan­ların əxlaqını gözəlləşdirib üzünü ağ etsin. Bunları eşidən elə insanlar var ki, onu bilavasitə məndən eşidib nəql edənlərdən daha yaxşı anlayar və qoruyar”. [Tirmizi, Elm 7]

 عَنْ أَب۪ي هُرَيْرَةَ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ : «مَنْ سُئِلَ عَنْ عِلْمٍ فَكَتَمَهُ، أُلْجِمَ يَوْمَ الْقِيَامَةِ بِلِجَامٍ مِنْ نَار»

Əbu Hureyrə (r.a.) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu nəql edir:

“Bir insan ona elmindən faydalanmaq məqsədilə verilən sualı cavabsız qoyarsa (bildiyi halda deməyib gizlədərsə), axirətdə onun ağzına oddan yüyən vurulacaq”. [Tirmizi, Elm 3]

 عَنْ أَب۪ي هُرَيْرَةَ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ : «مَنْ تَعلَّمَ عِلْمًا مِمَّا يُبْتَغٰى بِهِ وَجْهُ اللّٰهِ  لَا يَتَعَلَّمُهُ إِلَّا لِيُص۪يبَ بِهِ غَرَضًا مِنَ الدُّنْيَا لَمْ يَجِدْ عَرْفَ الْجَنَّةِ يَوْمَ الْقِيَامَةِ» يَعْنِي: ر۪يحَهَا.

Əbu Hureyrənin (r.a.) nəql etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur: “Allah rizasını qazanmaq məqsədilə öyrənilməli olan bir elmi sırf mənfəət əldə etmək üçün öyrənən (o elmi dünyaya (dünya mənfəətlərinə) vasitə və alət edən) adam Qiyamət günü Cənnətin qoxusunu da ala bilməz”. (Əbu Davud, Elm 12)

 عَنْ عَبْدِ اللّٰهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ   قَالَ: سَمِعْتُ رَسُولَ اللّٰهِ  يَقُولُ: «إِنَّ اللّٰهَ لَا يَقْبِضُ الْعِلْمَ انْتِزَاعًا يَنْتَزِعُهُ مِنَ النَّاسِ، وَلٰكِنْ يَقْبِضُ الْعِلْمَ بِقَبْضِ الْعُلَمَاءِ حَتّٰى إِذَا لَمْ يُبْقِ عَالِمًا، اِتَّخَذَ النَّاسُ رُؤُوسًا جُهَّالاً فَسُئِلُوا فَأَفْتَوْا بِغَيْرِ عِلْمٍ، فَضَلُّوا وَأَضَلُّوا»

Abdullah ibn Amr ibn əl-As (r.a.) nəql edir: “Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu eşitdim: “Allah elmi insanların köksündən zorla çəkib çıxarmaqla deyil, həqiqi alim qalmayana qədər alimlərin ruhunu almaqla ortadan qaldıracaqdır. Bundan sonra isə camaat bəzi cahilləri özlərinə rəhbər edəcək. Bu alim görünüşlü insanlar elmsiz olduqları halda, onlardan soruşulan məsələlər haqqında fitva verəcəklər. Beləliklə, həm özləri yolunu azacaq, həm də xalqı sapqınlığa sürükləyəcəklər”. [Buxari, Elm 34; Müslim, Elm 13]



Açar sözləri

fəzilət

Bənzər məqalələr

Quran oxumağın əhəmiyyəti

Quran kainat kitabının tərcümanıdır. Allahın həm kainatla, həm də qayda-qanunlarla bağlı ayələrinin aynasıdır.

Quran oxumağın fəziləti

Quran oxumağın fəziləti haqqında hədislər

Səhabələri nümunə götürmək

Necə etmək olar ki, insanlar səhabələri nümunə götürsünlər?

Cümə gününün sünnətləri

Cümə həftənin ən bərəkətli və fəzilətli günüdür.


Şərh yaz