Sual: Xəstəni dua və Quran oxumaqla müalicə etmək olarmı?
Cavab: Dua ilə müalicə olunmaq caizdir. Allah-Təala “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik“, – buyuraraq Quranın şəfa olduğunu bəyan edir.[1] Qurani-Kərim etiqadi, əxlaqi, ruhi və ictimai xəstəliklərin dərmanıdır. Qurtubi yazdığı təfsirdə Quranın həm qəlbə, həm də bədənə şəfa olduğunu bildirmiş, bunu isbat etmək üçün dəlillər gətirmişdir.[2] İbn Qayyim “Zadul-Məad” adlı əsərində Rəsulullahın müxtəlif xəstəliklər üçün tövsiyə etdiyi dərmanları əlifba sırası ilə vermiş, “qaf” hərfinə çatanda Quranı qeyd edərək, “Quranın qəlb və bədən, dünya və axirət xəstəliklərinin əsl şəfa mənbəyidir“, – demişdir.[3] Hz. Aişə rəvayət edir: “Rəsulullah xəstələnəndə özünə Muavvizəteyn (“İxlas”, “Fələq” və “Nas” surələrini) oxuyardı. Xəstəliyi ağırlaşanda isə özüm oxuyur və əli ilə bədənini ovuşdururdum”.[4] Rəvayətə görə, biri xəstələnəndə Rəsulullah onu sağ əli ilə məsh edərək belə deyərmiş: “Ey insanların Rəbbi, sıxıntıları aradan qaldır, şəfa lütf et. Şafi Sənsən. Səndən başqa şəfa verən yoxdur“.[5]
Ancaq xəstəlik, sıxıntı və başqa səbəblərə görə Allahdan şəfa istəyib, dua etməklə sehr, cadu ayrı-ayrı şeylərdir. Bunları qarışdırmamalıyıq. Bu cür əməllər haramdır. Ən əsası da dərd və xəstəliklərin şəfa tapması üçün dua etmək həkimə getməyə mane deyil. Din dua ilə yanaşı, müalicə olunmağı da əmr edir. Buna əsasən xəstəliyə düşar olan şəxs mütləq mütəxəssis həkimə müraciət etməlidir.
Duanın iki növü var: feli (əməli) və sözlə dua. İnsanın üzərinə düşən öhdəlikləri səbəblər dairəsində yerinə yetirməsi, çalışıb səy göstərməsi feli duadır.
Dua ilə bəla-müsibətin ortadan qalxması da İlahi təqdirdir. Bu yönü ilə dua, bəlanın ortadan qalxmasının səbəbi, ilahi rəhmətin cəlb edicisidir. Bu qalxanın insanı oxlardan qorumasına, suyun otları bitirməyə səbəb olmasına bənzəyir. Necə ki, qəza və qədərə inansa da, əsgər yenə silahını daşımalıdır.
Ərhamurrahimin (Rəhman və Rəhmli) olan Rəbbimiz: “Mənə dua edin, Mən də sizin dualarınıza cavab verim!” (“Ğafir” surəsi, 60) məallı ayədə ilahi dərgaha yönələn yalvarışları cavabsız qoymayacağını bəyan edir. Amma müəyyən şərtlərə riayət duanın qəbul ehtimalını gücləndirir. Dualarımızın Allahın izzətli dərgahında məqbul olması üçün müəyyən məqamlara diqqət yetirməliyik: Birincisi: hər şeydən əvvəl Allahın böyüklüyü qarşısında kiçikliyimizin, acizliyimizin […]
Müqabilə, qarşılıqlı oxumaq, oxunan mətni izləmək mənasındadır. Termin olaraq isə, Ramazan ayında bir nəfərin səsli oxuması, digərlərinin də oxuyanı izləməsinə “müqabilə” deyilir.
Quran kainat kitabının tərcümanıdır. Allahın həm kainatla, həm də qayda-qanunlarla bağlı ayələrinin aynasıdır.