3. 911 dəfə oxunub ,   0 şərh   Çap et

Dua

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

Rəhman və Rəhim Allahın adıyla

أَلْفُ أَلْفِ أَسْتَغْفِرُ اللهَ مِنْ كُلِّ خَطَأٍ وَمِنْ كُلِّ ذَنْبٍ وَمِنْ كُلِّ مَعْصِيَةٍ وَمِنْ كُلِّ مَا لَا يُحِبُّ رَبُّنَا وَلَا يَرْضَى وَمَا لَا يَنْبَغِي لَنَا وَلَا يَلِيقُ بِنَا وَأَتُوبُ إِلَيْهِ

Hər cür xətadan, günah və üsyandan Rəbbimizin xoşlanmadığı hallardan, qul olaraq da bizə yaraşmayan davranışlardan min dəfə Əstəğfirullah edir, bağışlanma diləyirik.

اَللَّهُمَّ اجْعَلْنِي حَلِيمًا سَلِيمًا أَوَّاهًا مُنِيبًا مُتَوَاضِعًا خَاشِعًا مُتَخَلِّقًا بِأَخْلَاقِ القُرْأٰنِ وَقُورًا جُدِّيًا مَهِيبًا ذَكِيًّا فَهِمًا فَطِنًا فَصِيحًا بَلِيغًا مُخْلِصًا مُخْلَصًا مُلْهَمًا مُشْتَاقًا اِلَى لِقَائِكَ وَاِلَى لِقَاءِ حَبِيبِكَ وَأَحِبَّائِكَ أَبَدَ الْاَبِدِينَ وَدَهْرَ الدَّاهِرِينَ

Allahım! Nə olur bizləri, həlim-səlim, bağrı yanıq, könlü Sənə doğru meylli, boynu bükük, qəlbi titrək bəndələrindən eylə! Bizləri Quran əxlaqına bürü! Ağırbaşlı, ciddi, dik duruşlu, zəkalı, qavrayışı iti, ağıllı şəxsiyyətlərdən eylə! Danışarkən, kəlam edərkən axıcı, bəlağətli danışdır. Hər daim səmimi, Sənə, sənin sevdiklərinə və Səni sevənlərə qovuşma arzusu ilə ilhama, cuşa gəlmişlərdən eylə bizi!

اَللَّهُمَّ اجْعَلْنَا مِنْ عِبَادِكَ المُخْلِصِينَ المُخْلَصِينَ المُتَّقِينَ الوَرِعِينَ الزَّاهِدِينَ المُقَرَّبِينَ الرَّاضِينَ المَرْضِيِّينَ الصَّافِينَ المُحِبِّينَ المَحْبُوبِينَ المُشْتَاقِينَ اِلَى لِقَائِكَ وَاِلَى لِقَاءِ حَبِيبِكَ وَأَحِبَّائِكَ أَبَدَ الْاَبِدِينَ وَدَهْرَ الدَّاهِرِينَ

Allahım bizləri, hər şeyi ilə Sənə təslim olmuş ixlaslı, əlindən tutub qəlbini Özünə bağlayaraq ixlasa ərişdirdiyin, təyin etdiyin sərhədləri aşmayan təqvalı, halal-haram mövzusunda həsas olan vəra əhli, qəlbi dünyadan qopmuş zahid, Sənin yaxınlığını əldə etmiş müəqərrəb, Sənin ondan, onun da səndən  razı qaldığı qullarından eylə! Hər daim səmimi, Sənə, sənin sevdiklərinə və Səni sevənlərə qovuşma arzusu ilə ilhama, cuşa gəlmişlərdən eylə bizi!

اَللَّهُمَّ حُبَّكَ وَحُبَّ مَنْ يُحِبُّكَ وَحُبَّ عَمَلٍ يُقَرِّبُنَا اِلَى حُبِّكَ، وَالاِخْلَاصَ وَرِضَاكَ، وَخَالِصَ العِشْقِ وَالاِشْتِياقِ اِلَى لِقَائِكَ وَاِلَى لِقَاءِ حَبِيبِكَ وَأَحِبَّائِكَ أَبَدَ الْاَبِدِينَ وَدَهْرَ الدَّاهِرِينَ

Allahım sənin sevgini, Səni sevənlərin sevgisini, Sənin sevgini qazandıran əməllərin axtarış arzusunu qəlbimizə pərçimlə! Hər daim səmimi, Sənə, sənin sevdiklərinə və Səni sevənlərə qovuşma arzusu ilə ilhama, cuşa gəlmişlərdən eylə bizi!

اَللَّهُمَّ إِنَّا نَسْأَلُكَ عَفْوَكَ وَعَافِيَتَكَ وَرِضَاكَ وَتَوَجُّهَكَ وَنَفَحَاتِكَ وَأُنْسَكَ وَقُرْبَكَ وَمَحَبَّتَكَ وَمَعِيَّتَكَ وَعِنَايَتَكَ وَرِعَايَتَكَ وَكِلَائَتَكَ وَحِفْظَكَ وَحِرْزَكَ وَحِصْنَكَ الحَصِينِ وَالنُّصْرَةَ عَلَى أَعْدَائِنَا كُلِّهِمْ أَجْمَعِينَ، وَخَالِصَ العِشْقِ وَالْاِشْتِياقِ اِلَى لِقَائِكَ وَاِلَى لِقَاءِ حَبِيبِكَ وَأَحِبَّائِكَ أَبَدَ الْاَبِدِينَ وَدَهْرَ الدَّاهِرِينَ

Allahım! Səndən, əfv və afiyət, razılığını qazanmaq, bizləri hər daim nəzərində saxlmağını istəyirik. Yenə Səndən, rəhmət əsintilərini hər daim üzərimizdən əsdirməni, ünsiyyətini, yaxınlığını, sevgini, hər daim Sənin yanımızda olmanı, yardım etməni, görüb-gözətməni, sağlam qala divarları ilə qorumanı istəyirik. Düşmənlərimizə qarşı bizə nüsrət ver, yardım et! Hər daim səmimi, Sənə, sənin sevdiklərinə və Səni sevənlərə qovuşma arzusu ilə ilhama, cuşa gəlmişlərdən eylə bizi!

Ərzi-hal

Rəhman və Rəhim Allahın adıyla.

Ey gücü hər şeyə çatan Uca Allahım! Sənə, Sənin uca dininə, Kitabına, Peyğəmbərinə, Sənə inananlara və Sənin razılığını heç bir gözləntiyə girmədən haqq-həqiqət yolunda çalışaraq, cəhd edərək qazanmağa çalışan insanlara, mömin qardaşlarımıza, ölkəmizə, xalqımıza, millətimizə düşmənçilik edən, torpaqlarımıza göz dikən pis niyyətli, hər zaman pislik etməyi planlayıb onun ardınca gedən, həddini bilməz nadanların xaincə  planlarını həyata keçirmələrinə fürsət vermə. Əgər hidayətdən nəsibləri yoxdursa və xaincə planlarını həyata keçirməkdə israr edirlərsə  Sən onların birliyini dağıt.. sistemlərini alt-üst et.. mənfi əməllərini həyata keçirmək üçün istifadə edəcəkləri  hər cür imkanları, maddi-texniki bazalarını yarasız hala gətir.. planlarını poz.. binaları başlarına yıx.. vəziyyətlərini dəyişdir.. əcəllərini yaxınlaşdır.. heç kimsə haqqında heç bir pislik etməyə düşünmə fürsəti vermə! İçlərinə dərd sal, elə bir dərd ki, ancaq öz dərdləri ilə məşğul olsunlar. Onları, Sənin güc və qüdrətinin şanına yaraşır şəkildə cəzalandır! Ya Rəbb! Şanının ululuğuna və səltənətinin əzəmətinə yaraşır şəkildə həmd, təşəkkür ancaq Sənə layiqdir. Biz də sadəcə Sana həmd edirik. Rəsulun və həbibin Həzrət Məhəmməd Mustafaya, Əhli Beytinə və əshabəsinə səlat və salam eylə və o Nəbilər Sərvərinin üzü suyu hörmətinə bizim dualarımızı da qəbul eylə. “Salam olsun bütün peyğəmbərlərə; həmd, səna edirik aləmlərin Rəbbi Allaha…”

Dua nədir?

Dua, aciz, əlində heç bir sərmayəsi olmayan, möhtac və özünün də hər şeyin öhdəsindən gələ bilməyəcəyinin  fərqində olan insanın, boynu bükük, xəcalət içərisində və alçaq könüllülüklə Rəhməti Sonsuza üz tutub, halını Ona ərz etməsinin, istədiyini də ondan istəməsinin ünvanıdır.  O qapıya yönələn qul, Rəbbinə qarşı sağlam iman, güvən, etimad içərisindədir. O bilir ki, kainatda baş verən səbəblərin arxasındakı əsl səbəbkar Odur. Hər şeyə təsir edən, elmi, iradəsi, qüdrəti hər şeyin fövqündə olan Rəbbi vardır. Bu yönü ilə dua Bir Olana yönəlib, digər qapılardan əl-ətək çəkərək tövhidi əldə etməkdir.

Dua mətnini word və ya pdf olaraq yükləmək üçün 

Dua dua dua 3

Dua dua dua 3

 



Açar sözləri

dua istiğfar

Bənzər məqalələr

Dua etmək üçün yaradılan varlıq

Varlıq aləmi içərisində insan dua etmək üçün yaradılmışdır. İnsan, yaradılmış hər şeydən fərqlidir. Onun əsas vəzifəsi Allaha qul olmaq, ona ibadət və dua etməkdir.

Bu gecə, o gecə deyilsə…

Kim inanaraq və savabını umaraq ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar

İstiğfarın əhəmiyyəti

“Kim israrla daim tövbə edər və onu xarakterinin ayrılmaz parçasına çevirərsə, Allah ona hər sıxıntıdan bir çıxış qapısı, hər kədərdən bir qurtuluş çarəsi göstərər və heç ummadığı yerlərdən ruzi verər”.

Niyə duamız qəbul olmur

Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.

İstiğfar hər dərdə dəvadır

Bir şəxs istiğfarı dilindən düşürməsə, Allah Təala ona hər çətinlikdən bir çıxış, hər üzüntüdən bir qurtuluş yolu göstərər və ona gözləmədiyi, heç ummadığı yerdən ruzi yetirər.


Şərh yaz