2. 443 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:Cavanlığımda, tələbə olarkən bir nəfərdən borc almışdım. İndi isə o, adamı tapa bilmirəm nə etməliyəm

Cavab:Borc verən axtarıldığı halda tapılmasa , vəfat edibsə özündən sonra mirasçıları ( oğlu, qızı, xanımı, ata-anası və s. ) da yoxdursa bu vəziyyətdə o şəxsin adından kasıblara , imkansızlara, yetimxanalara, xeyriyyə təşkilatlarına bu borc ödənilə bilər. Əgər, vəfat edənin mirasçıları varsa borc onlara verilər. Çünkü ölənin mirası mirasçıya keçir.



Açar sözləri

borc

Bənzər məqalələr

Zəkat borcunu ödə, kasıbın haqqını ver!

“Zəkat insanın istəyinə buraxılmış bir sədəqə deyil, eqoizminə və xəsisliyinə qalib gələ bilən möminlərin həmrəyliyini reallaşdıran bir növ müəssisələşmiş, məcburi və dəruni bir ədalətdir. Zəkat hər şey kimi mal-mülkün də Allaha aid olduğunu, insanın ondan kefi istədiyi kimi istifadə etmək haqqını daşımadığını, hər kəsin cəmiyyətin bir üzvü olduğunu daima xatırladır”.

Axır zaman

Əbu Said Əl-Xudri r.a rəvayət edir: “Bir gün Rəsulullah (s.ə.s) bizə ilkindi namazı qıldırdı. Sonra bir söhbət etdi. Bu söhbətində, Qiyamət vaxtına qədər olacaq hər şeyi bizə xəbər verdi. Bunu yadda saxlayan saxladı, unudan unutdu. Söylədikləri arasında bu da vardı: “Dünya cazibəlidir, şirindir. Allah sizi buraya xəlifə olaraq göndərmişdir, necə rəftar edəcəyinizə, nə işlər görəcəyinizə […]

Borcu olan şəxs sədəqə verə bilərmi?

Sədəqənin hər hansı miqdarı yoxdur. Buna görə sədəqənin azı da, çoxu da məqbul sayılır. Bir dəfə Rəsulullahdan (s.ə.s) soruşdular: “Allah dərgahında əməllərin ən məqbul olanı hansıdır?” Peyğəmbərimiz (s.ə.s) “Allah qatında əməllərin ən məqbulu az da olsa davamlı (mütəmadi) olandır.” − buyurdu. Borcu olan şəxs sədəqə verə bilər. Məsələn, borcu olan şəxsin ac olan birisinə bir qarın yemək yeyəcək pul verməsi sədəqə sayılır.

Borc alıb-vermək

Borc alıb vermək təbii hadisədir. Müəyyən ehtiyacları təmin etmək və ya sərmayə qoymaq məqsədilə borca girməkdə bir qəbahət yoxdur. Peyğəmbərimiz (s.ə.s) də ehtiyacı olanda borc almış, hətta bir yəhudidən borca buğda alıb zirehini girov qoymuşdur. Lakin insan “ayağını yorğanına görə uzatmalı”, qaytara bilməyəcəyi ağır borc yükünü üstünə götürməməli və təyin edilən vaxta riayət edərək ödəniş zamanı gəldikdə – üzrlü səbəb yoxdursa – borcu geri qaytarmalıdır.

Namaz borcu olan şəxs nə etməlidir?

Sual: Mən bir neçə ildir ki, namaza başlamışam. Ancaq əvvəllər qılmadığım namazların sayı çoxdur. Həmin namazları qəza etməliyəmmi?


Şərh yaz