tesvir
Üç hərfli varlıqlar – cinlər

Cin sözünü eşidəndə ürpəririk. Bu səbəbdən də cin sözünün əvəzinə üç hərfli varlıqlar ifadəsindən istifadə edirik. Cin deyəndə həmin varlıqlar yanımıza gəldiyini düşünürük. Bu varlıqların insanlarla ortaq bir çox xüsusiyyətləri var. Əsas fərq ondan ibarətdir ki, biz onları görmədiyimiz təqdirdə, onlar bizi gözə bilirlər. Onlar təkcə adının çəkildiyi yerdə yox, hər yerdə ola bilirlər.

7. 468 dəfə oxunub 0 şərh yazılıb
tesvir
İblis mələkdir yoxsa cin?

Sual: İblis mələklərdən yoxsa cinlərdəndir? Mələklərdən idisə niyə Allahın əmrinə boyun əymədi? Cavab: Quranda buyrulur “Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– dedikdə, İblisdən başqa (hamısı) səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir oldu.”

3. 869 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Cin sözünün mənası nədir?

Metafizik varlıqlardan biri də cinlərdir. Cin kəlməsi ərəbcə “örtülü” və “bağlı” mənalarına gəlir. Həmin kəlmə ilə eynikökdən törəmiş bir çox söz mövcuddur.

12. 292 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Cinlərdə ruh varmı?

Cin, ruh və mələk qanununu ağlı, şüuru, idrakı olmaqla yanaşı, həmçinin izafi və nisbi olmayan həqiqi varlığa sahibdirlər. Bu səbəblə İslam alimlərindən biri Quranın: “De: “Ruh Rəbbimin əmrindədir” (“İsra”, 17/85) ayəsini bu şəkildə izah edir: Ruh canlı, şüurlu, nurani, xarici vücudu (maddi varlığı, qılıfı) olan qanundur. Əgər əşyadakı qanunlara hər şeyi xəlq edən Rəbbimiz xarici vücud (qılıf) geyindirsə, hamısı ruh olar. Əgər ruh bədən libasını və başındakı şüuru çıxarsa, yenə ölməz qanun formasına düşər.

3. 076 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Qurani-Kərimdə cinlər

Bəşər övladı tarix boyu gözlə görünməyən qeyri-adi varlıqların mövcudluğuna inanmışdır. Cinlərin gözlə görünməsi qeyri-mümkün varlıqlar olmasından dolayı qədim dövrlərdə insanlara onlar haqqında doğru-düzgün məlumat əldə etmək müyəssər olmamışdır.

12. 988 dəfə oxunub 0 şərh yazılıb
tesvir
İnsanları günaha çəkən varlıqlar − şeytanlar

“Şeytan” sözünün lüğəvi mənası haqqında iki fərqli fikir mövcuddur. Birinci fikrə görə, “ş-t-n” kökündən əmələ gəlib, “uzaq olmaq, müxalifət etmək”, ikinci fikrə görə isə, “ş-y-t” kökündəndir, “qəzəblə yanmaq” mənasını verir. İslami ədəbiyyatda isə şeytan vəsvəsələri ilə daima insanları yoldan azdırmağa çalışan, oddan yaradılmış, azğın və təkkəbbürlü varlıqlara verilən addır. Quranda ilk şeytandan “İblis” deyə bəhs […]

4. 581 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Cinlər insanlara hansı hallarda zərər verir?

Cinlər iman əhlinə və dəstəmazsız-namazsız yaşayanlara daha çox cünub və heyz-nifas hallarında müsəllət olub, onları fərqli üsullarla və müxtəlif dərəcələrdə yoldan çıxara bilirlər. İşlənən hər bir günah şeytana və xəbis cinlərə qapı açmaq deməkdir. Xüsusilə, həssas təbiətli insanlar, yaxud ruhu kirlənmişlər, duadan və dualı ağızların əhatəsindən uzaq, laübalı həyat sürənlər cinlərin təsirinə daha tez düşürlər. […]

4. 018 dəfə oxunub 1 şərh yazılıb
tesvir
Cinlərlə əlaqə qurmaq mümkündürmü?

Bəzi insanların ruhları cinlərlə əlaqəyə qurmağa münasibdir, yəni bəşəri hüdudlardan kənara çıxa, onların aləmi və dilləri ilə əlaqə qura bilirlər. Bu, fitrətdən irəli gəlir. Ancaq buna görə kiminsə digərlərindən üstün insan olduğunu düşünmək də düzgün deyil. Bu görünməz qüvvələrin tabe olduqları müəyyən prinsiplər vardır. Dolayısilə, insan istədiyi vaxt onları işlədə bilməz. Çünki onlar yalnız və […]

7. 412 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Cin və şeytanların şərindən qorunmaq üçün

Cin və şeytanların şərindən qorunmaq üçün daima dua etmək lazımdır. Dua və zikirlərlə gül ətirli bir ab-hava və atmosfer meydana gətirmək gərəkdir. Mömin “Gül gül içində bitər” fəlsəfəsi ilə hərəkət etməli, daima “əuzu billəhi minəş-şeytanir-racim” nərdivanı ilə Ucalar Ucasının qüdsi qalasına sığınmalıdır. Çünki şeytan və xəbis cinlər oraya girə bilməz, əlləri o müqəddəs sığınacağa çatmaz.

23. 039 dəfə oxunub 0 şərh yazılıb


  Facebook səhifəmizi bəyənin