Həzrət Əlinin (kərrəməllahu vəchəhu) “Fərəc” duası
إلَهِى! طُمُوحُ الْاَمَالِ قَدْ خَابَتْ إِلَّا لَدَيْكَ ، وَعُكُوفُ الْهُمُومِ قَدْ تَعَطَّلَتْ إِلَّا عَلَيْكَ وَمَذَاهِبُ النُّفُوسِ قَدْ ضَلَّتْ إِلَّا إِلَيْك فَأَنْتَ الْمَلْجَأُ وَإِلَيْكَ الْمُلْتَجَا يَا أَكْرَمَ مَقْصُودٍ وَأَجْوَدَ مَسْؤُولٍ ، هَرَبْتُ إِلَيْكَ بِنَفْسِى ، أَتَيْتَ بِأَحْمَالِ الذُّنُوبِ ، فَاحْمِلْهَا عَنْ ظَهْرِي يَا مَلْجَأَ الهَادِينَ لَا أَجِدُ شَافِعًا إِلَيْكَ إِلَّا بِمَعْرِفَتِي بِأَنَّكَ أَكْرَمُ مَنْ قَصَدَ إِلَيْهِ المُّضْطَرُّون ، وَأَمَلَ مَا لَدَيْهِ الرَّاغِبُونَ. ياَ مَنْ فَتَقَ الْعُيُونِ بِمَعْرِفَتِهِ ، وَأَنْطَقَ الْاَلْسُنَ بِحَمْدِهِ ، وَجَعَلَ مَا امْتَنَّ بِهِ عَلَي عِبَادِهِ كِفَاءً لِتَأْدِيَةِ حَقِّهِ، لَا تَجْعَلْ لِلْهُمُومِ إِلَي قَلْبِي سَبِيلًا، وَلَا لِلْبَاطِلِ عَلَي عَمَلِي دَلِيلًا، وَاخْتِمْ لِي بِخَيْرٍ يَا أَرْحَمَ الرَّاحِمِينَ.
Rəhman və Rəhim Allahın adıyla
Ey Rəbb! Sənin cavab vermədiyin bütün arzu və xəyallar boşdur, dəyərsizdir. Sənin nəticəsini vermədiyin cəhdlər də elə hey boşa çıxar. Yolçusunu Sənə qovuşdurmayan yollar zəlalətdən başqa bir şey deyildir və o yollara bir dəfə düşən – Sənin inayən olmasa – çıxış yolu tapmaz. Həqiqi qurtuluş yerimiz Sənin dərgahındır. Ancaq Sənin uca dərgahına sığınırıq. Ey qayə seçilənlərin ən kərimi və qapısında əl açılanların ən comərdi olan Allahım! Uca dərgahına pənah gətirirəm. Belimi bükən günah yüküylə hüzuruna gəlmişəm. “Aman, aman” deyərək bu qalaq-qalaq günahların xəcalətindən məni qurtarmanı istəyirəm. Rəhmət və şəfqəti doğru yolda addımlayanların sığınacağı olan Uca Rəbbim! Sən çarəsiz və möhtac halda qapıya gələnlərə ən kərim davranansan. Sənin kərəmindən üstün kərəm yoxdur. Sənin sadiq qulların başqalarının qapısına üz tutmaz, yalnız Sənin ucalardan uca qatındakı misilsiz ərmağanlarını arzularlar. Mən də bu düşüncələri şəfaətçi edərək hüzuruna gəldim. Əl açıb, bel büküb yalvarıram: Ey bəndələrinin gözlərinə mərifət bağçalarını göstərən və dillərini həmdlə coşduran mərhəmətlilərin ən mərhəmətlisi Allahım! İzin vermə ki, kədər və qüssə oxları qəlbimi yaralasın. Arzularıma çatmağa çalışarkən batil yollara düşməkdən məni qoru və bütün işlərimi də, ömrümü də gözəl nəticələndir! Amin!
Duanın iki növü var: feli (əməli) və sözlə dua. İnsanın üzərinə düşən öhdəlikləri səbəblər dairəsində yerinə yetirməsi, çalışıb səy göstərməsi feli duadır.
Dua ilə bəla-müsibətin ortadan qalxması da İlahi təqdirdir. Bu yönü ilə dua, bəlanın ortadan qalxmasının səbəbi, ilahi rəhmətin cəlb edicisidir. Bu qalxanın insanı oxlardan qorumasına, suyun otları bitirməyə səbəb olmasına bənzəyir. Necə ki, qəza və qədərə inansa da, əsgər yenə silahını daşımalıdır.
Ərhamurrahimin (Rəhman və Rəhmli) olan Rəbbimiz: “Mənə dua edin, Mən də sizin dualarınıza cavab verim!” (“Ğafir” surəsi, 60) məallı ayədə ilahi dərgaha yönələn yalvarışları cavabsız qoymayacağını bəyan edir. Amma müəyyən şərtlərə riayət duanın qəbul ehtimalını gücləndirir. Dualarımızın Allahın izzətli dərgahında məqbul olması üçün müəyyən məqamlara diqqət yetirməliyik: Birincisi: hər şeydən əvvəl Allahın böyüklüyü qarşısında kiçikliyimizin, acizliyimizin […]
Varlıq aləmi içərisində insan dua etmək üçün yaradılmışdır. İnsan, yaradılmış hər şeydən fərqlidir. Onun əsas vəzifəsi Allaha qul olmaq, ona ibadət və dua etməkdir.
Kim inanaraq və savabını umaraq ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar